Deputat: “Avropa Oyunları Azərbaycanın dünyadakı imicini daha da artırıb”
Bizi izləyin

Nida.az

Deputat: “Avropa Oyunları Azərbaycanın dünyadakı imicini daha da artırıb”

“Birinci Avropa Oyunları Azərbaycanın dünyada olan imicini daha da artırıb”.

Bunu Publika.az-a açıqlamasında Böyük Quruluş Partiyasının (BQP) sədri, Milli Məclisin deputatı Fazil Mustafa bildirib.

Onun sözlərinə görə, Azərbaycan “Bakı 2015” I Avropa Oyunlarına ev sahibliyi etməklə öz böyük potensialını ortaya qoyub. F.Mustafa deyib ki, zəif ölkələr bu cür mötəbər beynəlxalq tədbirləri təşkil edə bilmir: “Bu həm də onların komandasının uğurla iştirakına da mənfi təsir göstərir. Ancaq Avropa Oyunlarının sonunda Azərbaycan komandasının medalların sayına görə 2-ci yeri tutması onu göstərdi ki, biz heç də zəif ölkə deyilik. Bununla Azərbaycan güclü idman potensialına sahib olduğunu nümayiş etdirdi. Ona görə də Azərbaycan bu cür addımları davam etdirməlidir, idmanın inkişafı üçün daha böyük addımlar atılmalıdır ki, biz bu cür mötəbər tədbirlərdə yüksək nailiyyətlər qazana bilək”.

F.Mustafa qeyd edib ki, “Bakı 2015” I Avropa Oyunları Azərbaycanın siyasi gələcəyi üçün də önəmli hadisə olub: “Azərbaycan bu cür uğurların davamını digər platformalarda da göstərməyə başlamalıdır. Əgər Azərbaycanda diplomatik platformada da bu cür təşkilatlanma və səfərbərlik nümunəsi ortaya çıxsa, o zaman böyük problemlər yaşamarıq və daha çox uğurlar qazanarıq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm