Partiya sədri: “Bakı 2015 gələcəkdə belə tədbirlərin Azərbaycanda keçirilməsinə zəmin yaratdı”
Bizi izləyin

Nida.az

Partiya sədri: “Bakı 2015 gələcəkdə belə tədbirlərin Azərbaycanda keçirilməsinə zəmin yaratdı”

“Birinci Avropa Oyunlarının təşkili Azərbaycanın daha iri miqyaslı qitə tədbirlərinə ev sahibliyi edə bilməsi bacarığını ortaya qoydu”. Bunu Publika.az-a Azərbaycan Demokrat Partiyasının (ADP) sədri Sərdar Cəlaloğlu bildirib.

O qeyd edib ki, ölkəmizin ilk qitə oyunlarının keçriliməsinə təşkilatçılığı olduqca müsbət hadisə idi: “İlk oyunlara ev sahibliyi etməyimiz belə tədbirlərin gələcəkdə Azərbaycanda keçirilməsinə zəmin yaratdı. Oyunların açılış və bağlanış mərasimləri Azərbaycan mədəniyyətini yüksək səviyyədə tanıtdı. Bütün bunlar gənc respublikamızın dünya miqyasında oturuşmuş dövlətlər kimi böyük tədbirlər keçirmək, onun iştirakçılarının təhlükəsizliyini təmin etmək bacarığını ortaya qoydu”.

Partiya sədri, ermənilərin Azərbaycan xalqının düşmən olduğunu vurğulayaraq, həm oyunlar ərəfəsində, həm də oyunlardan sonra bu ölkənin mətbuatında dərc olunan qərəzli yazıların gözlənilən olduğunu diqqətə çatdırdı: “Ermənilər bizim düşmənimizdir. Bu səbəbdən heç vaxt düşməndən tərif gözləməməliyik. Əksinə, belə bir məsələ var, əgər düşmənin səni tərifləyirsə, deməli hansısa səhvə yol vermisən. Əgər ermənilər ilk Avropa Oyunlarını tənqid edirlərsə, deməli hər şey qaydasındadır, düz addım atmışıq”.

Ermənilərin ölkəmizlə bağlı mövqeyinin digər sahələrdə də birtərəfli olduğunu diqqətə çatdıran Sərdar Cəlaloğlu qeyd etdi ki, ağlı başında olan hər kəs düşmənlərimizin bizimlə bağlı söylədiklərini obyektiv qəbul etmir:

“Ermənilər ilk Avropa Oyunları ilə bağlı nə qədər piar aparsalar da, bu təbliğat onların öz əleyhinə işlədi. İkincisi, bu ayarışlarda həmin ölkəni təmsil edən idmançılara digər dövlətlərin idmançıları kimi münasibət göstərilməsi onların illər uzunu bizim haqqımızda apardıqları təbliğatı alt-üst etdi. Halbuki ermənilər dünyaya tamam fərqli, qərəzli təqdim etməyə can atırdılar. Əsas arqumentləri bu idi ki, guya Azərbaycan ermənilərin qatı düşmənidir. Lakin həmin ölkənin idmançılarının digər ölkələrin idmançıları kimi iştirakı bununla bağlı söylənilənlərin saxta təbliğat olduğunu sübut etdi. Bununla da ermənilər ifşa olundular”.

Anar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm