Zakir Həsənovun Litva və Latviyaya rəsmi səfəri başlayıb
Bizi izləyin

Nida.az

Zakir Həsənovun Litva və Latviyaya rəsmi səfəri başlayıb

Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Zakir Həsənov Litva Respublikası və Latviya Respublikasına rəsmi səfərə gedib.

Publika.az xəbər verir ki, müdafiə naziri iyulun 1-dən 2-dək Litvada və iyulun 2-dən 4-dək Latviyada səfərdə olacaq.

Hər iki ölkənin rəhbərliyi ilə bir sıra görüşlərin keçirilməsi, ikitərəfli hərbi əməkdaşlığın perspektiv istiqamətlərinin müzakirə edilməsi, təhlükəsizlik və digər məsələlərə dair fikir mübadiləsinin aparılması planlaşdırılır.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm