Əli Məsimli: “Azərbaycanın dünyaya tanıdılmasının yeni mərhələsi başlanıb”
Bizi izləyin

Nida.az

Əli Məsimli: “Azərbaycanın dünyaya tanıdılmasının yeni mərhələsi başlanıb”

I Avropa Oyunları başa çatdı. Oyunların Azərbaycan üçün iqtisadi dividendləri müzakirə mövzusu olaraq qalır.

Oyunların nəticələrini Publika.az-a qiymətləndirən iqtisadçı-ekspert, millət vəkili Əli Məsimli bildirib ki, I Avropa Oyunları çox yüksək səviyyədə keçib və Azərbaycan bu tədbiri möhtəşəm idman bayramına çevirə bilib: “Oyunların yüksək səviyyədə təşkili ilə Azərbaycan dünya idman tarixinə möhtəşəm bir səhifə yaza bildi. Birinci Avropa Oyunları Azərbaycanın dünyaya tanıdılmasının yeni mərhələsini başlatdı. Azərbaycan tarixi, mədəniyyəti, ədəbiyyatı və incəsənəti, mətbəxi dünyaya təqdim edildi. Azərbaycan bir daha özünün dünyaya yüksək səviyyəli mədəniyyətə malik ölkə və qonaqpərvər bir xalq olduğunu nümayiş etdirə bildi”.

İqtisadçı bildirir ki, oyunlardan Azərbaycana müasir idman infrastrukturları, irimiqyaslı beynəlxalq tədbirlərin təşkili və keçirilməsi təcrübəsi qaldı: “Bu oyunlar Azərbaycanda idman hərəkatının genişlənməsinə yeni vüsət verəcək. Müasir infrastruktur imkan verəcək ki, Azərbaycan bundan sonra az xərclə iri tədbirləri ölkəmizdə ən yüksək səviyyələrdə təşkil edə bilsin”.

İqtisadiyyat şöbəsi

Oxumağa davam et
Reklam
Reklam

Gündəm