Nida.az
Partiya sədri: “Azərbaycan Avropa Oyunlarından çox şey qazandı”
“Avropa Oyunları Azərbaycanın dünyaya güclü dövlət olduğunu təqdim etdi”.
Bunu Publika.az-a açıqlamasında Azadlıq
Partiyasının sədri Əhməd Oruc deyib.
Onun sözlərinə görə, açılış mərasimində olduğu kimi bağlanış
mərasimi də gözəl və özünəməxsus formada idi: “Xüsusilə,
Azərbaycanın milliliyinin təqdim edilməsi vacib nüanslardan oldu.
Ümumiyyətlə I Avropa Oyunları Azərbaycanın güclü və müasir dövlət
olduğunu bir daha göstərdi. Fikrimcə, ölkəmiz bundan sonra daha da
böyük tədbirlərə ev sahibliyi edə biləcək. Misal üçün, Olimpiya
Oyunları Bakıda tərəddüd edilmədən keçirilə bilər. Azərbaycan bu
gücdə olduğunu sübut etdi. Bunun üçün həm maddi imkanımız, həm də
təcrübəmiz yetər”.
Ə. Oruc Avropa Oyunlarının Azərbaycan idmanının inkişafına da
xüsusi töhfə verdiyini bildirib.
“Oyunlar üçün yaradılan infrastruktur bu ölkəyə qaldı və idman
sektoruna qoyulan kapitaldır. Bundan başqa, gəncliyin idmana marağı
daha da artıb. Qazandığımız məqamların siyahısını genişləndirmək də
olar. Lakin ümumilikdə Avropa Oyunlarından Azərbaycan çox şey
qazandı. Bu, dəyişməyən faktdır”, - deyə o vurğulayıb.
Asif Nərimanlı
-
Sağlamlıq07:37
Yaz aylarında infarkt riski artır - Hansı tədbirləri görmək lazımdır?
-
Ekopublika.az07:25
Azərbaycanda bəzi ərzaq məhsulları ucuzlaşdı - VİDEO
-
Nida Xəbər 02:19
Paris Bakı ilə münasibətlərin normallaşması üçün addım atmasa... - Hadisələr necə inkişaf edəcək?
-
Qoroskop00:46
Günün qoroskopu: şəxsi həyatınızda ciddi dəyişikliklər ola bilər
-
Hadisə17 Aprel 23:11
Aytən Səfərovanın düşdüyü qəzada ölən gəncin FOTOSU
-
Sosial17 Aprel 22:58
Sosial şəbəkələrdə satılan soyuq silahlarla bağlı DİN-dən AÇIQLAMA - VİDEO
-
Magazin117 Aprel 22:24
Azərbaycanlı bloqer Dubayda çətin vəziyyətdə qaldı - VİDEO
-
Səhiyyə17 Aprel 22:12
"Kliniki ölüm insanı “tərəvəz”ə çevirir" - Çingiz Abdullayevdən ilk açıqlama