I Avropa Oyunları zamanı fərqlənmiş tibb işçiləri təltif olunub
Bizi izləyin

Nida.az

I Avropa Oyunları zamanı fərqlənmiş tibb işçiləri təltif olunub

Azərbaycan Səhiyyə Nazirliyində “Bakı-2015” birinci Avropa Oyunları zamanı öz vəzifələrini yüksək səviyyədə icra etdiklərinə görə bir qrup tibb işçisi mükafatlandırılıb.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidmətindən bildirilib.

Mərasimdə çıxış edən səhiyyə naziri Oqtay Şirəliyev tədbir iştirakçılarını belə bir mötəbər yarışın böyük uğur və müvəffəqiyyətlə başa çatması münasibətilə təbrik edib. Nazir bildirib ki, Avropa Oyunlarının ilk dəfə Azərbaycanda keçirilməsi tarixi hadisədir və bu, böyük nailiyyət və uğur kimi xalqımızın tarixinə həkk olunub: “Bu oyunlar Avropa idman tarixində yeni səhifə açmaqla yanaşı, ölkəmizin tərəqqisinin, qüdrətinin sübutu baxımından da böyük əhəmiyyət kəsb edir. Bu tarixin yazılması Azərbaycan Prezidenti İlham Əliyevin, "Bakı-2015" birinci Avropa Oyunları Təşkilat Komitəsinin sədri Mehriban xanım Əliyevanın böyük səyi və zəhmətinin nəticəsidir”.

Vurğulanıb ki, Oyunların keçirildiyi 17 gün ərzində 600-dən artıq tibb işçisi öz vəzifələrinin bütün gözləntilərin öhdəsindən layiqincə gəliblər.

Daha sonra Bakı Şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının, Kliniki Tibbi Mərkəzin, Bakı Sağlamlıq Mərkəzinin, İİV/QİÇS, Vərəm və Malyariya ilə Mübarizə üzrə Layihə Əlaqələndirmə Bürosunun və akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin kollektivlərinə birinci Avropa Oyunlarının tibbi təminatında öz vəzifə borclarını layiqincə və yüksək səviyyədə yerinə yetirdiklərinə görə minnətdarlıq bildirilib.

Sonda fərqlənmiş tibb işçilərinə nazirliyin “Səhiyyə əlaçısı” döş nişanı, fəxri fərman və hədiyyələr təqdim olunub.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm