• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

Bahar Muradova: “Avropa Oyunları yüksək standartlar nümayiş etdirib”

  • Nida.az
  • 2 İyul 2015 10:23
  • 295 Baxış
Bahar Muradova: “Avropa Oyunları yüksək standartlar nümayiş etdirib”

“İlk Avropa Oyunlarında iştirak edən hər bir Azərbaycan vətəndaşı, o cümlədən yarışları izləməyə gəlmiş xarici ölkə nümayəndələri və televiziya ekranından bu mötəbər turnirə baxan hər bir xalqın nümayəndəsi “Bakı-2015”in çox yüksək səviyyədə keçdiyinin şahidi olub”.

Bunu Publika.az-a açıqlamasında Milli Məclisin sədr müavini, Yeni Azərbaycan Partiyasının (YAP) İdarə Heyətinin üzvü Bahar Muradova bildirib.

Onun sözlərinə görə, Avropa Oyunlarının Azərbaycana gətirdiyi dividentlərdən danışarkən ilk növbədə bu Oyunların ölkəmizdə keçirilməsi haqda qərarın verilməsinə diqqət yönəltmək lazımdır: “Çünki belə miqyaslı tədbiri keçirmək, təşkilatçılıq işini öz üzərinə götürmək, onun texniki və maddi tərəflərini təşkil etmək, imkanların olduğunun göstəricidir. Bu Oyunların bizdə keçirilməsinin özü qalibiyyət deməkdir”.

B.Muradova deyib ki, idmançıların hər biri təşkilatçılıqdan, Oyunların səviyyəsindən, Azərbaycanda gördüklərindən böyük razılıq ifadə ediblər: “Azərbaycan öz idmançı komandasının əldə etdiyi nailiyyətinə görə qalib ölkələrdəndir. Medal sıralanmasında Azərbaycan ikinci yerdə dayanırdı. 50 ölkə içərisində bizim idmançıların belə yüksək göstəricilər nümayiş etdirməsi, doğrudan da, Azərbaycanın bir idman ölkəsi olduğunu vurğulamağa imkan verir. Bu həm də bizə bu istiqamətdə göstərilən səylərin hədər getmədiyini, Azərbaycanın nəinki idman infrakstukturları, gözəl idman obyektlərinə malik ölkə olduğunu, həm də yaradılan imkandan istifadə edərək yüksək nəticələr əldə edən idmançılarımızın olduğunu da göstərir. Bu nöqteyi-nəzərdən bütün parametrlər üzrə “Bakı-2015” Azərbaycanın bir dövlət olaraq imkanları, qabiliyyətini, bu sahədəki siyasətini, idmanın insanların sağlamlığında oynadığı rolu göstərir, ölkələri, xalqları birləşdirmək üçün bir vasitə seçdiyini sübut edir. Ən əsası bu müstəvidə sülhə, əmin-amanlığa, təhlükəsizliyə daha bir töhfə verdiyini nümayiş etdirir. Oyunların açılış və bağlanış mərasimi, arenalardakı yarışların ruhu, tamaşaçıların maraqlandıqları, sevdikləri komanda və idmançıları alqışlaması, dəstəkləməsi... Hansı aspektdən yanaşsaq, ilk Avropa Oyunları yüksək standartlar nümayiş etdirdi”.

Vitse-spiker qeyd edib ki, I Avropa Oyunlarının bünövrəsi Azərbaycanda qoyulub, onun ən yüksək standartı da burada müəyyən olunub: “Hesab edirəm ki, Azərbaycandan sonra Avropa Oyunları keçirən ölkələri bu standartlarını qoruyub saxlama məsuliyyətini öz üzərinə götürməli olacaqlar. Bu səviyyəni qorumaq isə məsuliyyətdir. Azərbaycan Prezidenti cənab İlham Əliyev bu ölkəni ən yüksək səviyyələrdə təmsil edən bir insan olaraq idman sahəsində də dövlətimizin inkişafını dünyaya təqdim etdi. Birinci xanım Mehriban Əliyevanın timsalında Oyunlar yüksək səviyyədə təşkil olundu, yüksək zövqlə, Azərbaycan mədəniyyəti, tarixi, nailiyyətlərimiz təbliğ olundu, həm də bütün bunların idman həyəcanı ilə vəhdətdə təqdim edilməsi imkanlarını ortaya qoydu. Həm prezidentimiz, həm birinci xanım, həm də bu sahəyə cavabdeh olan qurumlar, icraçı funksiyaları həyata keçirən şəxslər komanda şəklində işlədi və dünyaya yeni standart nümayiş etdirdi. Bu, əlbəttə, bizim uğurumuzdur”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR