Sabir Rüstəmxanlı: “Azərbaycan Avropa Oyunları ilə tarixə imza atdı”
Bizi izləyin

Nida.az

Sabir Rüstəmxanlı: “Azərbaycan Avropa Oyunları ilə tarixə imza atdı”

“Azərbaycan Avropa Oyunları kimi mötəbər yarışın təməlini atmaqla tarixdə beynəlxalq əhəmiyyətə malik bir hadisəyə imza atdı”.


Bunu Publika.az-a açıqlamasında Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) sədri, millət vəkili Sabir Rüstəmxanlı deyib.


Onun sözlərinə görə, Azərbaycan Avropa tarixində ilk olan bu oyunların keçirilməsini öz üzərinə götürməklə böyük addım atdı: “Dünyanın müxtəlif qitələrinin özünəməxsus oyunları olsa da, Avropa qitəsinin belə bir idman oyunu yox idi. Nə yaxşı ki, belə bir oyunun keçirilməsinə Azərbaycan təşəbbüs etdi və keçirdi. Oyun əvvəldən axıradək çox yüksək səviyyədə keçdi. Oyun həm təşkilatçılıq, həm təhlükəsizlik, həm də idmançılarımızın uğurlu çıxışı baxımından yüksək səviyyədə idi. Ona görə də mən burada iştirak edən bütün insanlardan, könüllülərdən, xidmətdən çox razı qaldım. Açılış və bağlanış mərasimi möhtəşəm idi”.


S. Rüstəmxanlı qeyd edib ki, idman yarışları zamanı ümumilikdə Azərbaycan idmançılarından maksimum 20-dək medal gözləyib.


“Ancaq idmançılarımız daha yüksək nəticə göstərməklə gözləntimdən də artıq medal qazandılar. Bu idmana verilən dəyərin göstəricisi və nəticəsi idi. Çətinliklərə baxmayaraq Azərbaycan gəncliyi uğurlu çıxışı və qələbələri ilə öz mübarizliyini nümayiş etdirdi. Təkcə mübarizliyinin deyil, eyni zamanda, intellektual səviyyəsinin, ağlının nümayişi oldu”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm