Nida.az
“Bakı – Azərbaycanda idman və mədəniyyətin qovuşduğu məkan” – Braziliya mətbuatı I Avropa Oyunlarından yazdı
Braziliyanın nüfuzlu mətbu orqanlarından olan “Hoje em dia” qəzetində jurnalist İqor Patrik Silvanın “Bakı – Azərbaycanda idman və mədəniyyətin qovuşduğu məkan” adlı məqaləsi dərc olunub.
Publika.az xəbər verir ki, müəllif öncə Azərbaycan haqqında məlumat verərək ölkəmizin qədim tarixə və zəngin mədəniyyətə malik olduğunu vurğulayır. O, Azərbaycanın milli və dini müxtəlifliyi ilə seçilərək Asiya və Avropa arasında körpü rolu oynadığını bildirir.
Bakıda keçirilən birinci Avropa Oyunları barədə söz açan braziliyalı jurnalist Azərbaycanın 2016-cı ildə “Formula 1” yarışları və şahmat üzrə Dünya Olimpiadası, 2017-ci ildə isə İslam Həmrəylik Oyunları kimi beynəlxalq tədbirləri keçirməyə hazırlaşdığını da qeyd edir.
Müəllif Azərbaycanın Braziliyadakı səfirliyinin keçirdiyi “Mən Azərbaycan haqqında nə bilirəm” adlı inşa müsabiqəsinin qaliblərindən biri kimi Bakıya səfər edən Ulises Lisbonun ölkəmiz haqqında təəssüratlarını da oxucularla çatdırır.
Yazıda Bakının tarixi və müasir memarlığından bəhs olunur, bir tərəfdə qədim tarixi özündə əks etdirən İçərişəhər, Qız qalası, Şirvanşahlar sarayı, digər tərəfdə isə ölkənin müasirliyini və inkişafını xarakterizə edən Heydər Əliyev Mərkəzi, Xalça Muzeyi, “Alov qüllələri” və şəhərin digər yeni memarlıq nümunələrinin olduğu vurğulanır.
Xarici turistlərin cəlb edilməsi üçün Azərbaycan hökuməti tərəfindən turizm sahəsinə sərmayələrin yatırıldığını vurğulayan müəllif “Ağ şəhər” layihəsi haqqında da məlumat verir.
Məqalədə, həmçinin Azərbaycan ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələri tərəfindən işğal edildiyi bildirilir, ölkəmizin zəbt olunmuş ərazilərinə səfər etməməklə bağlı Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin səyahət xəbərdarlığı diqqətə çatdırılır. Sonda müəllif braziliyalı turistlərin Azərbaycana səyahət etmələri üçün bir sıra məlumatlar verir.
Məqalənin tam mətnini qəzetin internet səhifəsində oxumaq olar: http://www.hojeemdia.com.br/almanaque/baku-esporte-e-cultura-se-encontram-no-azerbaij-o-1.324979
Gülnar
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!
-
Hadisə24 Aprel 21:49
Vətən müharibəsi iştirakçısı anasının xəstəliyini eşidib intihar etdi