• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Komitə sədri Ermənistanda baş verən etirazların səbəbini göstərdi

  • Nida.az
  • 2 İyul 2015 18:19
  • 254 Baxış
Komitə sədri Ermənistanda baş verən etirazların səbəbini göstərdi

“Ermənistan işğalçılıq etməklə, oyun oynamaqla və xalqını aldatmaqla siyasət qurub. Ona görə də bu gün orada böyük etirazlar baş verir. Əgər Ermənistan qonşuları ilə normal və doğru siyasət aparsaydı, indi dilənçi ölkə olmazdı”.

Bu sözləri Publika.az-a açıqlamasında Milli Məclisin Sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bildirib.

Onun sözlərinə görə, Ermənistan yürütdüyü işğalçılıq siyasətinə görə regional və beynəlxalq layihələrdən təcrid olunub.

H.Rəcəbli deyib ki, Ermənistan bu gün regionda Azərbaycanın iştirakı ilə reallaşdırılan bir çox beynəlxalq layihələrdən, o cümlədən neft-qaz kəmərlərindən və dəmiryolu xəttindən kənarda qalıb:

“Ermənistan işğalçılıq siyasəti apardığı üçün regionda iqtisadi münasibətlər qurulmayıb. Bu isə şübhəsiz ki, Ermənistanın iqtisadi iflasına gətirib çıxarıb. Ermənistan uzun illər idi ki, sosial partlayışa doğru gedirdi. Onun apardığı ambisiyalı siyasət, normal iqtisadiyyatla deyil, dilənçiliklə məşğul olmaq buna gətirib çıxartmalı idi. Bu da artıq baş verdi.

Ermənistanda heç bir iqtisadi islahat aparılmırdı, ölkənin bütün gəlirləri dilənçi payları hesabına toplanır. Ermənistana bir tərəfdən Rusiya, digər tərəfdən isə Avropa və erməni lobbisi dilənçi payı göndərirdi. Dilənçi payı ilə də uzun müddət yaşamaq mümkün deyil. Ona görə də Ermənistanda kütləvi etirazlar başladı. Hətta mən düşünürəm ki, bundan sonra Ermənistanda daha kəskin etirazlar və çevriliş gözlənilir”.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR