İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib
Bizi izləyin

Nida.az

İlham Əliyev Aleksandr Lukaşenkoya təbrik məktubu göndərib

Azərbaycan Prezidenti İlham Əliyev Belarus Prezidenti Aleksandr Lukaşenkoya Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə təbrik məktubu göndərib.

Publika.az AZƏRTAC-a istinadən xəbər verir ki, təbrik məktubunda deyilir:

“Hörmətli Aleksandr Qriqoryeviç, Belarus Respublikasının milli bayramı – Müstəqillik Günü münasibətilə səmimi təbriklərimi qəbul edin.

Sevindirici haldır ki, qardaş Belarus sosial-iqtisadi inkişaf, ölkədə asayişin və qanunçuluğun bərqərar edilməsi sahəsində sanballı uğurlar qazanıb.

Əminəm ki, Azərbaycan ilə Belarus arasında ənənəvi dostluq münasibətlərinin daha da möhkəmlənməsinə, xalqlarımızın və ölkələrimizin tərəqqisi naminə hərtərəfli əməkdaşlığımızın və çoxşaxəli qarşılıqlı fəaliyyətimizin dinamik və konstruktiv inkişafına yönələn birgə səylərimizi bundan sonra da davam etdirəcəyik.

Hörmətli Aleksandr Qriqoryeviç, Sizə möhkəm cansağlığı, xoşbəxtlik və uğurlar, qardaş Belarus xalqına isə sülh və firavanlıq arzu edirəm".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm