Siyavuş Novruzov: “Dünya Azərbaycanın necə təşkilatçı olduğunu əyani şəkildə gördü”
Bizi izləyin

Nida.az

Siyavuş Novruzov: “Dünya Azərbaycanın necə təşkilatçı olduğunu əyani şəkildə gördü”

“Avropa Oyunları Azərbaycana bir çox cəhətdən xeyir verdi. Misal üçün, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılması əsas məqamlardan biridir”.


Bunu Publika.az-a açıqlamasında Yeni Azərbaycan Partiyasının (YAP) icra katibinin müavini, millət vəkili Siyavuş Novruzov deyib.


Onun sözlərinə görə, Azərbaycan indiyə qədər bir çox mötəbər tədbirlərə ev sahibliyi edir: “Azərbaycan öz təcrübəsinə güvənərək Avropa Oyunlarını da mükəmməl şəkildə keçirdi. Bu, Azərbaycanda olan iqtisadi inkişafın, ictimai həyatdakı sabitliyin, xalqla iqtidarın bir yerdə olmasının bariz nümunəsi idi. Yarışların həm açılış, həm də bağlanış mərasiminə bütün dünya ölkələrindən 1 milyarddan çox insan baxdı. Ölkəmizə çoxlu sayda turistlər, idmançılar gəldi. Bəzi ölkələrdə ermənilər tərəfindən Azərbaycan haqda dezinformasiyalar və mərkəzlər tərəfindən həqiqətə uyğun olmayan məlumatlar yayılsa da, ölkəmizə gələn avropalılar faktiki olaraq Azərbaycanı gördülər.

Turistlərin xərclədiyi vəsait hesabına Azərbaycanın ayrı-ayrı strukturları turizmdən gələn gəlirləri formalaşdırdı. Bu, gələcəkdə də turistlərin sayının artmasına xidmət edəcək. Yeni idman qurğuları tikilib istifadəyə verildi. Bundan sonra vətəndaşlarımızın istifadəsinə veriləcək. Azərbaycan gələcəkdə də bu cür tədbirlərə ev sahibliyi edə biləcəyini bir daha nümayiş etdirdi. Dünya Azərbaycanın necə təşkilatçı olduğunu əyani şəkildə gördü”.


S. Novruzov qarşıdakı dönəmdə Avropa Oyunlarının Azərbaycana gətirdiyi dividendlərin daha aydın şəkildə görünəcəyini düşünür.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm