• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

“Məqsəd qeyri-leqal olanda şəbəkələşməyə üstünlük verilir” – Dini ekspert

  • Nida.az
  • 8 Mart 2014 14:22
  • 1 205 Baxış
“Məqsəd qeyri-leqal olanda şəbəkələşməyə üstünlük verilir” – Dini ekspert

“Şəbəkələşmə daha çox siyasiləşmiş dini cərəyanlar, təriqətlər arasında olur. Onlar birbaşa müəyyən məqsədlərə xidmət edirlər”.

Bu barədə Dialoq və Əməkdaşlıq Uğrunda İslam Konfransı Gənclər Forumu Avrasiya Regional Mərkəzinin sədri, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi sədrinin keçmiş müavini Elçin Əsgərov Publika.Az-a açıqlamasında son vaxtlar Azərbaycanda bir sıra dini təriqətlərin dövlət qurumlarına sızması, geniş formada şəbəkələşməsindən danışarkən deyib.

Onun sözlərinə görə, şəbəkələşmiş dini cərəyanlar ilk növbədə tərəfdar toplayır və məqsədləri dindən çox, siyasi olur: “Bu məqsədin də həyata keçməsində təşkilatlanırlar. Şəbəkələşmə də təşkilatlanmanın bir formasıdır. Sadəcə olaraq şəbəkələşmənin təşkilatlanmadan bir fərqi var. Təşkilatlanmanın məqsəd və vəzifələri açıq olur, açıq, leqal yollarla mübarizə aparılır. Fəaliyyətin gizli həyata keçirilməsində, qarşıya qoyulan məqsəd qeyri-leqal olanda şəbəkələşməyə üstünlük verilir. Şəbəkələşmə zamanı təşkilatın içində ayrı-ayrı kiçik qruplar olur və çox zaman bu qruplar bir-birini tanımır. Belə olanda üzvlərin sayını, kimliyini saxlamaq və daha çox tərəfdar toplamaq asandır. Şəbəkələşmə təkcə Azərbaycanda deyil, tarixən müxtəlif ölkələrdə olub”.

Konkret nurçulara gəlincə, E. Əsgərov bu camaatla bağlı xüsusi araşdırma aparmadığını, buna görə də məlumatının az olduğunu bildirib: “Azərbaycanda camaat deyəndə ancaq nurçular nəzərdə tutulur. Halbuki Türkiyədə hər bir dini icma özünə “camaat” deyir. Nurçuların Azərbaycanda fəaliyyəti ilə bağlı məlumatım azdır. Amma mətbuatda yazılanlardan da görünür ki, onlar təhsil, media şəbəkələri var”.
Ekspert hesab edir ki, bu təriqətlər, icmalar qeyri-leqal fəaliyyət göstərsə, dövlət quruluşunu dəyişmək istəsə, bu, dövlət təhlükəsizliyinə hədədir.
“Təhlükəli məqamlardan biri də budur ki, belə camaatlar hakimiyyətin hansısa orqanlarına sirayət etmək və onları ələ almaq, bu vasitə ilə də dövlətə təsir etmək məqsədinə xidmət edirsə, bu şübhəsiz milli dövlətçiliyə təhlükədir. Müvafiq orqanlar bunun qarşısını almalıdırlar və mən ümid edirəm ki, bunun qarşısı alınır”-deyə o vurğulayıb.

E. Əsgərov nurçularla sələfilərin bir-birinə yaxınlaşması haqqında deyilənləri doğru hesab etmir. Onun fikrincə, bu iki cərəyan bir-birinə rəqabətdədir: “Onlar bir-biri ilə rəqabət aparan cərəyanlardır. Mətbuatda bu məsələnin aktuallaşmas da nurçularla sələfilər arasında olan rəqabətin nəticəsidir”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR