• USD 1,7339 0,00% EUR 1,8516 0,00%
    • GBP 2,1859 0,00% RUB 0,0272 0,00%

Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” olacaq

  • Nida.az
  • 8 Mart 2014 14:26
  • 399 Baxış
Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” olacaq


Moskvada “Rusiya-Azərbaycan: tarixi dialoq” beynəlxalq layihəsinin və layihə çərçivəsində hazırlanmış ilk kitabın təqdimat mərasimi keçiriləcək.Milli Məclisdən Publika.Az –a verilən məlumata görə, millət vəkili Mixail Zabelin mərasimində iştirak etmək üçün martın 11-də Moskvaya səfər edəcək.

STMEGİ xeyriyyə fondunun prezidenti German Zaxaryayevin “Azərbaycanda etnomədəni müxtəliflik” adlı kitabının təqdimat mərasimi Rusiya Dövlət Kitabxanasının Şərq Ədəbiyyatı Mərkəzində keçiriləcək. Tədbirin təşkilatçıları Heydər Əliyev Fondu, Ümumrusiya Azərbaycan Konqresi, STMEGİ xeyriyyə fondu, Rusiya Elmlər Akademiyasıdır.

Deputatımız Mixail Zabelin tədbirdə çıxış edərək Azərbaycandakı tolerantlıqdan, ölkəmizdə azsaylı xalqlara göstərilən qayğıdan danışacaq. Səfər martın 13-də başa çatacaq.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR