Nida.az
Musa Quliyev: “Avropa Oyunları ermənilərin apardığı yalan təbliğatına son qoydu”
“I Avropa Oyunlarının Bakıda keçirilməsi dünyanın Azərbaycanı bir idman dövləti kimi qəbul etməsi idi”.
Bunu Publika.az-a açıqlamasında Milli Məclisin
üzvü Musa Quliyev deyib.
Onun sözlərinə görə, Avropa Oyunlarından sonra beynəlxalq
ictimaiyyət Azərbaycan haqda təsəvvürünü daha da genişləndirdi:
“Cəmil iki il yarım ərzində bu oyunlarla bağlı bütün işlər həyata
keçirildi. Halbuki, Olimpiya Oyunları təcrübəsində hazırlıq müddəti
7 ildir. Azərbaycan isə bütün bu stereotipləri qırmağı bacardı. Bu,
Azərbaycan dövlətinin gücünün, qüdrətinin və Azərbaycan xalqının
mədəniyyətinin göstəricisi idi. Azərbaycan bununla sözün əsl
mənasında adını tarixə yazdıra bildi. 100 il sonra belə ilk Avropa
Oyunlarından söhbət düşəndə Azərbaycan xatırlanacaq. Necə ki,
Olimpiya Oyunlarından söhbət gedəndə qədim Yunanıstan və Afina yada
düşür. Azərbaycanın “Bakı-2015”-ə ev sahibliyi etməsinin
ictimai-siyasi, iqtisadi, turizm, istərsə də mədəniyyətimiz,
tariximizin dünyaya nümayiş olunması baxımından çox böyük
əhəmiyyəti oldu”.
Millət vəkili hesab edir ki, Azərbaycanda mübarizə aparan 6 min
idmançı bundan sonra ölkəmizin qeyri-rəsmi səfiri rolunu oynayacaq:
“Onlar istər-istəməz Azərbaycanın adı gələndə xoş günləri
xatırlayacaq və ölkəmizi təbliğ edəcəklər. Avropa Oyunları ilə
gələcək beynəlxalq idman yarışlarının Azərbaycanda keçirilməsinin
bünövrəsi qoyuldu, ölkəmiz beynəlxalq idman yarışlarına daha müsbət
şərtlərlə ev sahibliyi edəcəyi imkanını əldə etdi. Xalqımızın
tolerantlığı, müxtəlif mədəniyyətlərə, dinə və milli mənsubiyyətə
məxsus insanların Azərbaycanda dostluq və həmrəylik içərisində
yaşadığı bir daha dünyaya bəyan olundu.
Ermənilərin uzun illər Azərbaycan xalqı əleyhinə apardığı bu
təbliğata da son qoyuldu ki, Azərbaycan xalqı ilə nəinki bir yerdə
yaşamaq mümkündür, həm də bu lazımdır. Ermənilər həmişə deyirdi ki,
bizim mədəniyyət və düşüncə fərqlərimiz olduğuna görə bu xalqla bir
yerdə yaşa bilmərik. Amma dünyanın hər yerindən gələn on minlərlə
insan gördü ki, Azərbaycan xalqı tolerant xalqdır, ölkəmizin
qanunlarına hörmət edən hər kəsin burada bərabər imkanlar
şəraitində yaşamaq, uğur qazanmaq şansları var”.
Asif Nərimanlı
-
MDB16:00
Avropa Yer üzündən silinəcək, Amerika isə... - Belarusdan şok hədə
-
Rəsmi xronika15:29
İlham Əliyev və Japarov Ağdamda - FOTOLAR
-
Sosial14:51
Videomu paylaşıb məni biabır etmək istəyirlər - Cahangir Əsgərov
-
Sosial14:16
Elmira Süleymanova vəfat etdi - FOTO
-
Cənubi Qafqaz13:40
İrəvandan İlham Əliyevin təklifinə cavab gəldi: Hazırıq!
-
Sosial13:03
Prokurorluqdan Nəsib Quliyevin intihar faktı ilə bağlı çağırış: bu məlumatlar...
-
Sosial12:25
Baş nazir təyin olunan Ceyhun Cəlilov kimdir? - Dosye
-
Əmlak11:55
Qərar verildi: Ev almaq istəyənlərə 55 min manat ödəniləcək