Millət vəkili ön cəbhədə uşaqlar üçün kitab bayramı keçirdi – FOTOLAR
Bizi izləyin

Nida.az

Millət vəkili ön cəbhədə uşaqlar üçün kitab bayramı keçirdi – FOTOLAR

Millət vəkili Qənirə Paşayeva Tovuzda ön cəbhədə yerləşən Əlibəyli kəndində uşaqlar üçün kitab bayramı təşkil edib.

Publika.az xəbər verir ki, uşaqlarla bir arada olmaqdan məmnun olduğunu dilə gətirən Qənirə Paşayeva müsəlman dünyasının müqəddəs ayında –Ramazan ayında uşaqlarla görüşü əhəmiyyətli hesab etdiyini vurğulayıb və onların hər birinə həyatda arzularına çatmalarını diləyib. Ermənistanla ön cəbhədə yerləşən kəndlərimizdə yaşayan insanların fədakarlığını xüsusi vurğulayan millət vəkili bildirib ki, bu kəndlərdən çoxlu şəhid qəhrəman oğullarımız olduğundan gənclərimizə onların Vətən, torpaq sevgisini daha çox anlatmalıyıq.

Q.Paşayeva gənclərin mütləq bir peşə sahibi olmasının önəmini vurğulayaraq bildirib ki, hansı peşənin sahibi olmasından asılı olmayaraq hər bir gəncimiz eyni zamanda orta məktəb illərindən tariximizi, ədəbiyyatımızı da yaxşı öyrənməlidirlər. Qənirə Paşayeva hər bir uşaqla ayrıca söhbət edib, kitablarını onlara imzalı hədiyyə edib və kitablara, oxumağa, mütailəyə meyilli gəncləri görməkdən,onlarla söhbətdən hər zaman böyük zövq aldığını deyib.

Uşaqların hər birinə özünün müəllifi olduğu imzalı kitablarla yanaşı müxtəlif maraqlı jurnalları da hədiyyə edən millət vəkili Qənirə Paşayeva uşaqların yay tətilinə buraxılmasına toxunaraq onları bu zamanı faydalı istifadə etməyə, daha çox oxumağa, mütaliəyə, öyrənməyə, daxili dünyalarını zənginləşdirməyə çağırıb. Uşaqları yay tətili dövrlərində xarici dillərlə də xüsusi maraqlanmağa zaman ayırmağa çağıran millət vəkili onlara, özəlliklə tariximizlə bağlı kitabları və Azərbaycan ədəbiyyatını daha geniş mütaliə etməyə səsləyib: “Ölkəmizin daha da inkişafı üçün gənclərin savadlı, təhsilli, elmə və kitab oxumağın meyilli olması əsas şərtdir. Hesab edirəm ki, inkişafın yolu kitabdan, oxumaqdan, öyrənməkdən keçir!”

Tədbirdə iştirak edən bir sıra kənd ziyalıları bu cür görüş və tədbirlərin əhəmiyyətinə toxunublar və kitabla bağlı uşaqlarla müzakirələrə və onların hər birinə kitab hədiyyələrinə görə millət vəkili Qənirə Paşayevaya təşəkkürlərini bildiriblər.

Gülnar

Oxumağa davam et
Reklam
Reklam

Gündəm