Nida.az
İŞİD Qafqazda möhkəmlənir – terror qapımızda
İŞİD-in son günlər Qafqazda peyda olduğuna, həmçinin bu bölgədən qruplaşmanın tərkibinə qoşulanların sayının çoxaldığına dair xəbərlər yayılır.
Publika.az xəbər verir ki, Gürcüstanın Pankisi
dərəsinin İŞİD sıralarında döyüşən daha bir sakininin “ölüm kağızı”
gəlib. 23 yaşlı Turpal Borçaşvilinin Suriya-Türkiyə sərhədlərində
gedən döyüşlərdə öldürdülüyü ehtimal olunur.
O, əvvəlcə iş adı ilə Türkiyəyə yollanıb, daha sonra Suriyaya keçərək İŞİD-ə qoşulub. Məlumatlara görə, Borçaşvilinin məqsədi əvvəldən Suriyaya getmək olub.
Ümumiyyətlə, İŞİD döyüşçüləri sırasında Pankisi dərəsindən olanların da sayı çoxluq təşkil edir. Bunun səbəbi kimi qruplaşmanın məşhur liderlərindən olan Ömər Şişaninin məhz bu bölgədən olması göstərilir.
Məlumatlara görə, T. Borçaşvili İŞİD tərkibində döyüşərək öldürülən
14-cü pankislidir. Bir neçə həftə öncə İbrahim Satiaşvilinin ölüm
xəbəri gəlib. Onun özü ilə apardığı həyat yoldaşı və üç azyaşlı
uşağı da Suriyadadır.
Bir müddət öncə Gürcüstan Daxişi İşlər Nazirliyi Pnakisidə
əməliyyat keçirərək İŞİD üçün döyüşçü toplayan qruplaşmanı həbs
edib. Lakin onlar irəli sürülən ittihamları inkar edir.
Ekspertlərin fikrincə, bu cür əməliyyatlar problemi həll etmir.
İŞİD-ə qoşulmaların qarşısını almaq üçün Pankisi sakinlərinin
dərəni tərk etməsinə qadağa qoyulması təklifləri var. Lakin bu,
insan haqlarının pozulması və etnik ayrı-seçkilik kimi qəbul oluna
bilər. Buna görə də rəsmi Tiflis Pankisidə İŞİD-ə qarşı aksiyalar
keçirir, həmçinin bu işdə Türkiyə hüquq-mühafizə orqanlarının
köməyinə ümid edirlər.
Qeyd edək ki, Şimali Qafqazda da vəziyyət ürəkaçan deyil. Bu
günlərdə Şimali Qafqaz döyüşçüləri tam heyətdə “İslam
dövləti” (İŞİD) terror qruplaşması və onun lideri Əbubəkr
əl-Bağdadiyə sədaqət andı içiblər. İŞİD və onun liderinə
sədaqət andı içən “Qafqaz Əmirliyi” təşkilatı Şimali Qafqazın bütün
regionlarını-Çeçenistan, Dağıstan, İnquşetiya və Kabardin-Balkar
federal subyektlərini əhatə edir. “Youtube”də yayılan
videokadrlarda göstərilir ki, “Qafqaz Əmirliyi”nin bütün döyüşçülər
bu qərarda vahid fikrə malikdirlər.
Asif Nərimanlı
-
Magazin106:16
Əməkdar artist: “Oğlumun vəfatından sonra yatmıram”
-
Kriminal03:30
Sumqayıtda DƏHŞƏT: oğul ata-anasını qətlə yetirdi - YENİLƏNDİ
-
Magazin202:22
Məşhur model çimərlikdə çılpaq pozalar verdi - FOTO
-
Nəqliyyat01:00
ŞOK İDDİA: Dubayda su altında qalan avtomobillər Azərbaycana gətirilə bilər - VİDEO
-
Magazin100:45
“Səhvlərinizin əllərindən öpün”
-
MDB00:30
Azərbaycanlı milyarder Rusiyanın ən zəngin adamı oldu
-
Qoroskop00:15
Günün ULDUZ FALI: münasibətlər gərginləşə bilər
-
MDB18 Aprel 23:12
Bu ölkədə falçı və cadugərlərlə bağlı SƏRT QƏRAR VERİLƏCƏK