İcra hakimiyyəti binasında vəhhabilərlə görüş - Təfərrüat
Bizi izləyin

Nida.az

İcra hakimiyyəti binasında vəhhabilərlə görüş - Təfərrüat

İcra hakimiyyətinin başçısı ilə vəhhabilərin görüşü - Təfərrüat


Xaçmaz sələfiləri rayon icra hakimiyyətinin başçısı Şəmsəddin Xanbabayevlə görüşüblər. Publika.Az –n əldə etdiyi məlumata görə, görüşdə rayon sələfilərin lideri Məhəmməd Cabbarov və onu müşaiyyət edən sələfi fəallarından biri şəxs təmsil edib. Əsas danışıqlar sələfilərin ibadət etdiyi Xaçmaz şəhər məscidinin bağlanması ətrafında aparılıb.

İcra hakimiyyətinin başçısı onlara məscidin Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Qafqaz Müsəlmanları İdarəsinin birgə razılığı əsasında bağlandığını deyib. Məscid iki aydan sonra istifadəyə veriləcək. Ona qədərsə sələfilər Qobuqıraqlı məscidində ibadət edə bilərlər.Lakin həmin məscidin yararsız olduğu deyilir. Sələfilərsə həmin məscidin özləri tərəfindən təmir edilməsi üçün icazə istəyiblər. Amma məsələ hələ açıq qalır.

Mənbə deyib ki, sələfilərin əsas narahatlığı iki aylıq təmirdən sonra onların Xaçmaz şəhər məscidinə qayıtmağa icazə verilməsidir.

Qeyd edək ki, DQİDK sədrinin martın 15-də bölgəyə səfəri gözlənilir.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm