• USD 1,7369 0,00% EUR 1,8716 +0,49%
    • GBP 2,1974 -0,10% RUB 0,0274 +0,73%

XİN xarici diplomatlara iftar verdi – FOTOLAR

  • Nida.az
  • 4 İyul 2015 10:38
  • 492 Baxış
XİN xarici diplomatlara iftar verdi – FOTOLAR

Azərbaycanın Xarici İşlər Nazirliyi adından nazir müavini Xələf Xələfov müqəddəs Ramazan ayı münasibətilə müsəlman ölkələrinin Azərbaycandakı səfirlərini İftar məclisinə dəvət edib.

Publika.az-ın məlumatına görə, mərasim zamanı nazir müavini Xələf Xələfov Azərbaycanın İslam aləminin ayrılmaz hissəsi olaraq müsəlman ölkələri ilə hərtərəfli əlaqələrin inkişafina əhəmiyyət verdiyini qeyd edib.

Diplomat ölkələrimiz arasında ikitərəfli və çoxtərəfli müstəvidə siyasi, iqtisadi və mədəni sahədə əməkdaşliğın gündən-günə dərinləsdiyini bildirib.

Xələf Xələfov Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin yüksələn xətlə inkişaf etdiyini qeyd edərək, ölkəmizin təşkilatın fəal üzvü kimi üzv dövlətlər arasındakı həmrəyliyin daha da gücləndirilməsi üçün çalışdığını söyləyib.

Görüşdə Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə toxunan nazir müavini, münaqişənin həlli işində Azərbaycanın mövqeyinin müsəlman ölkələri tərəfindən dəstəkləndiyini, İslam Əməkdaşlıq Təşkilatının dəfələrlə münaqişə ilə bağlı reallığı, ədaləti, beynəlxalq hüququ və Azərbaycanın mövqeyini əks etdirən qətnamələr qəbul etdiyini bildirib. O, bu dəstəyə görə təşkilata üzv olan ölkələrə bir daha təşəkkürünü bildirib.

Xələf Xələfov müsəlman ölkələrinin Azərbaycandakı səfirlərinə fəaliyyətlərində uğurlar arzu edərək, müqəddəs ayda xalqlarına və hökumətlərinə rifah, xoşbəxtlik və inkişaf arzularını çatdırıb.

Müsəlman ölkələrinin Azərbaycandakı səfirləri adından çıxış edən Mərakes Krallığının Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hassan Hami İftar məclisinin təşkil olunmasından məmnunluq duyduqlarını qeyd edərək, həmkarları adından təşəkkürünü bildirib.

Vasif Həsənli

Xəbər lenti

DAHA ÇOX XƏBƏR