Türkiyədə Azərbaycan evi açıldı – FOTOLAR
Bizi izləyin

Nida.az

Türkiyədə Azərbaycan evi açıldı – FOTOLAR

Ankaranın Keçiören rayon bələdiyyəsinin təşkil etdiyi 6-cı Beynəlxalq Ramazan Şənlikləri çərçivəsində Azərbaycan Gecəsi təşkil olunub.

Publika.az-ın məlumatına görə, Azərbaycan Gecəsi münasibətilə sözügedən bələdiyyənin təşkilatçılığı və Azərbaycanın Türkiyədəki səfirliyinin dəstəyi ilə 6-cı Beynəlxalq Ramazan Şənliklərinin keçirildiyi sahədə ölkəmizə xas olan tarixi, mədəni və incəsənət əsərlərinin nümayiş etdirildiyi Azərbaycan Evinin açılışı da olub.

Açılışda Keçiören rayon bələdiyyəsinin Sədri Mustafa Ak, Azərbaycanın Türkiyədəki səfiri Faiq Bağırov, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev və AKP-dən olan millət vəkili Orxan Atalay iştirak edib.

Azərbaycan Evini ziyarətə gələn çoxsaylı qonaqlara "Heydər Əliyev" və "İlham Əliyev" adlı kitablarla yanaşı, "İrs-Miras" və "Diplo Atlas" jurnalları və ölkəmizlə bağlı digər materiallar hədiyyə edilib.

Tədbirin açılış nitqini həyata keçirən Keçiören rayon bələdiyyəsinin sədri Mustafa Akın, Sumqayıt şəhər bələdiyyəsinin sədri Əfülfəz Babayev, səfir Faiq Bağırov və AKP-li millət vəkili Orxan Atalay öz ürək sözlərini çoxsaylı qonaqlarla bölüşüblər.

Daha sonra natiqlər həyata keçirdikləri qısa nitqlərin ardından qarşılıqlı olaraq xatirə plaketləri təqdim ediblər.

Sonda tədbirdə iştirak etmək üçün Azərbaycandan gələn bir qrup muğam ustalarının da bir-birindən gözəl musiqiləri dinlənilib.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm