DGK: Ermənistanla heç bir xarici ticarət əməliyyatı həyata keçirilmir
Bizi izləyin

Nida.az

DGK: Ermənistanla heç bir xarici ticarət əməliyyatı həyata keçirilmir

Dövlət Gömrük Komitəsi Ermənistana ixracatla bağlı kütləvi informasiya vasitələrində gedən məlumatla münasibət açıqlayıb.

Publika.az-ın DGK-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, açıqlamada deyilir:

Son günlər bəzi yerli kütləvi informasiya vasitələrində Ermənistan Maliyyə Nazirliyinin gömrük xidmətinin hesabatına istinadən Azərbaycandan Ermənistana mal ixrac edildiyinə dair iddia yer alıb. Orada göstərilir ki, guya Azərbaycandan Ermənistana 600 dollarlıq mal idxal edilib.

Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsi rəsmi olaraq bildirir ki, yayılan bu cür informasiyaların heç bir əsası yoxdur, ümumiyyətlə Azərbaycan Respublikası ilə Ermənistan Respublikasi arasında heç bir xarici ticarət (idxal-ixrac) əməliyyatları həyata keçirilmir.

Oxumağa davam et
Reklam
Reklam

Gündəm