“Rusiya Ermənistanın labüd məhvinin qarşısını alır”
Bizi izləyin

Nida.az

“Rusiya Ermənistanın labüd məhvinin qarşısını alır”

“Ermənistanda hakimiyyət dəyişikliyi real görünmür. Lakin Serj Sərkisyan daha bu ölkəni saxlamaq iqtidarında deyil”.


Publika.az xəbər verir ki, bu barədə Milli Məclisin üzvü, politoloq Rasim Musabəyov deyib.


Onun sözlərinə görə, Rusiya Ermənistanın labüd məhvinin qarşısını alır: “Moskvanın bu günlərdə işğalçı ölkəyə etdiyi maliyyə yardımı da bunu göstərir. Lakin hər şeyin bir sonu var. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan vaxtilə deyirdi ki, Azərbaycanla münaqişəni kompromis yolu ilə həll etmədən Ermənistanın gələcəyi yoxdur. Hesab edirəm ki, bunlar ya ağıla gəlməlidirlər, ya da yaxın zamanda böhran yenidən təkrarlanacaq. Ermənistan Rusiyanın forpostu olduğu üçün ona maliyyə yardımı göstərir. Lakin Moskva çox əliaçıqlıq etmək iqtidarında da deyil”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm