Azərbaycan rusiyalı iş adamını "arzuolunmaz şəxslər" siyahısına daxil edəcək
Bizi izləyin

Nida.az

Azərbaycan rusiyalı iş adamını "arzuolunmaz şəxslər" siyahısına daxil edəcək

Qerman Sterliqov adlı şəxsin və onun ailə üzvlərinin Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində qeyri-qanuni yerləşməsi faktı hal-hazırda araşdırılır.

Publika.az xəbər verir ki, bunu mətbuata açıqlamasında XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bildirib.

H.Hacıyev deyib ki, bu şəxs qeyri-qanuni şəkildə Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinə səfər edib və Dövlət Sərhədi haqqında Azərbaycan Respublikasının Qanununu pozub: "Müvafiq prosedurlara əsasən aparılan araşdırmanın nəticəsinə uyğun olaraq bu şəxsin adı arzuolunmaz şəxslər siyahısına daxil ediləcəkdir".

Oxumağa davam et
Reklam
Reklam

Gündəm