AXCP-də maxinasiyaların üstü açılır, əlbəyaxa dava yenidən gündəmdə
Bizi izləyin

Nida.az

AXCP-də maxinasiyaların üstü açılır, əlbəyaxa dava yenidən gündəmdə

AXCP Rəyasət Heyətinin üzvü Sahib Kərimli tərəfindən döyülən partiyanın Nərimanov rayon təşkilatının keçmiş sədri Ağaşirin Tanrıverdioğlu yenidən hədə-qorxu ilə üzləşib.


Publika.az xəbər verir ki, A. Tanrıverdioğlunun partiya rəhbərliyi haqqında kəskin açıqlamaları AXCP-də narazılıq yaradıb.

Sosial şəbəkədə S. Kərimli ilə mübahisə edən A. Tanrıverdioğlu AXCP üzvlərinin kəskin ittihamları ilə qarşılaşıb. Partiya üzvləri onu “bomj”, “alkaş”, “satqın” və s. ağır ifadələrlə ittiham ediblər.


AXCP sədrinin əmisi oğlu İnqilab Kərimov A. Tanrıverdioğlunu müftəxorluq və xəbərçilikdə ittiham edib.


“Ağaşirin Badamdar qəsəbəsində işlətdiyim kafeyə gələndə deyirdi ki, mağaza toyuğu yeyə bilmir. Mən də ona yaxınlıqda satılan kənd çolpaları kəsdirirdim. Hesabını da vermirdi. Ona nə versən yeyəcək, təki yanında arağı olsun”, - deyə o bildirib.

A. Tanrıverdioğlu bütün ittihamları cavablayıb və qeyd edib ki, istər S. Kərimlinin “Şəki” kafesində, istərsə də digər cəbhəçilərin kafesində yedikləri yeməyin pulunu “yuxarıdan” ödəyiblər: “Mən Sahibin yanında müftə yeməmişəm. İkincisi, heç vaxt çağırılmayan yerə getməmişəm. Sahibin heç vaxt imkanı olmayıb ki, kiməsə müftə yemək versin. Əksinə, bizim hesabımıza o, böyük pullar silib”.


AXCP üzvü Ziya Zöhrab A. Tanrıverdioğlunun döyülməsinə haqq qazandırıb: “Ağaşirin yenə döyülmək istəyir, buynuzu qaşınır”.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm