Komitə sədri: “Rusiyanın Ermənistanda öz məqsədi var”
Bizi izləyin

Nida.az

Komitə sədri: “Rusiyanın Ermənistanda öz məqsədi var”

Milli Məclisin Regional məsələlər komitəsinin sədri, Azərbaycan-Rusiya Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Arif Rəhimzadə Rusiyanın Ermənistana silah-sursat alınması və hərbi modernizasiya məqsədilə 200 milyon dollar güzəştli kredit ayırması və “İsgəndər-M” operativ-taktiki raketləri ilə təchiz edilməsinə münasibət bildirib.

Komitə sədri A.Rəhimzadə Publika.az-a açıqlamasında deyib ki, Azərbaycan ilə Rusiya arasında münasibətlərin yaxşı səviyyədə olması o demək deyil ki, bu ölkənin öz maraqları yoxdur: “Yaxud da Rusiya öz maraqlarını bizə qurban verəcək. Bilirsiniz, Rusiyanın öz məqsədi var və bu məqsədlə də hərəkət edir. Eyni zamanda Rusiyanın Azərbaycanla da münasibətləri pis deyil və günbəgün daha da yaxşılaşır. Ancaq yenə təkrar edirəm, bütün bunlar o demək deyil ki, Rusiya son köynəyini soyunub bizə verəcək”.

A.Rəhimzadə qeyd edib ki, Rusiyanın Ermənistana hərbi yardım göstərməsinin Azərbaycan üçün elə böyük təhlükəsi yoxdur: “Bunun bizə daha çox psixoloji təsiri olacaq. Çünki Azərbaycanda ordunun inkişafına kifayət qədər vəsait ayrılır. Milli Ordumuzun maddi-texniki bazası kifayət qədər güclüdür. Ermənistana ayrılan 200 milyon heç də bölgədə hərbi güc balansını dəyişməyəcək. Bu gün Rusiyanın iqtisadi və digər maraqları var. Rusiya istehsal etdiyi məhsulunu satmaq istəyir. Ona görə də Rusiya bundan istifadə edib öz məhsulunu satır”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm