Nida.az
Müsavatla ADR arasında yeni QARŞIDURMA
Müsavat partiyası ilə Azərbaycan Demokratiya və Rifah
(ADR) hərəkatı arasında növbəti qalmaqal yaşanıb.
Publika.az xəbər verir ki, Müsavat başqanı Arif Hacılının ADR sədri Qubad İbadoğlunun İqtisadiyyat komissiyasının rəhbəri olduğu dövrdə heç bir fəaliyyətin olmadığını deməsi, keçmiş başqan İsa Qəmbərin isə bu fikri dəstəkləməsi qarşıdurmanı şiddətləndirib.
Q. İbadoğlu İsa Qəmbəri ədalətsizlikdə ittiham edib: “İsa Qəmbər
ədalət hissini çoxdan itirib. Onda azacıq da olsa ədalət hissi
qalsaydı, 2003-cü ildəki uğurlarımızda kifayət qədər əhəmiyyətli
rol oynayan iqtisadiyyat, səhiyyə, təhsil sahəsində proqramların
olduğunu xatırladar və bu açıqlamaya etiraz edərdi”.
Müsavat Gənclər Təşkilatının keçmiş sədri, ADR üzvü Amid Süleymanov
da partiya rəhbərliyini sərt ittiham edib.
“Arif Hacılı hər zaman olduğu kimi yalan danışır, İsa Qəmbər də
müdrikcəsinə yalan qarşısında susur. İsa bəy, 2003-cü ildə
debatlarda əlində tutub bərk-bərk stola vurduğun proqramlar necə
oldu bəs? İndi o proqramı yazanları bəyənmirsiniz deyə 25 illik
dostun yalan danışır, siz də susursunuz?” - deyə o bildirib.
Asif Nərimanlı
-
Sağlamlıq02:19
Qadınlarda sonsuzluğa və tüklənməyə səbəb olan nadir sindrom
-
Sosial01:45
Keçmiş məcburi köçkünlərin evləri satışa çıxarılır - QİYMƏTLƏR
-
Nəqliyyat01:30
Qazaxın Aşağı Əskipara kəndinə gedən yol açıldı
-
MDB01:15
Rusiya BMT TŞ-nin qətnaməsinə veto qoydu
-
MDB01:00
Şoyqu İvanovu vəzifəsindən uzaqlaşdırdı
-
Qoroskop00:27
Günün qoroskopu: Yaxın ətrafınızdakı şəxslərdən biri...
-
Ekopublika.az24 Aprel 23:57
Azərbaycanda da satılan məşhur şokolad məhsulu ətrafında QALMAQAL
-
İdman24 Aprel 22:04
"Qarabağ" finalda!