Aydın Əliyev: “Yaxın gələcəkdə daha 2 sürətli keçid mərkəzi açılacaq”
Bizi izləyin

Nida.az

Aydın Əliyev: “Yaxın gələcəkdə daha 2 sürətli keçid mərkəzi açılacaq”

“Gömrük xidmətləri hər bir ölkənin müstəqilliyinin əsasını təşkil edir”.

Publika.az-ın məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev bildirib.

Onun sözlərinə görə, hər bir ölkə arasında gömrük əlaqələrinin genişlənməsi bu ölkələr arasında həm iqtisadi, həm də siyasi əlaqələrin möhkəmlənməsi deməkdir. A.Əliyev deyib ki, yüklərin sərhəddən rahat keçirilməsi üçün bu gün ən yüksək tələblərə uyğun və ən son texnika ilə təchiz olunmuş mərkəzlər istifadəyə verilib: “Artıq indi belə mərkəzlərin sayı 8-ə çatıb və gələcəkdə daha 2 belə mərkəz yaradılacaq. Bu mərkəzlər məhsulların daha təhlükəsiz və sürətli keçməsinə imkan yaradacaq”.

Vasif Həsənli

Oxumağa davam et
Reklam
Reklam

Gündəm