“Ermənistan cəbhədə təxribatlara hazırlaşır” – ŞOK İDDİA
Bizi izləyin

Nida.az

“Ermənistan cəbhədə təxribatlara hazırlaşır” – ŞOK İDDİA

Azərbaycan Silahlı Qüvvələri Ermənistanın daha bir pilotsuz təyyarəsini məhv edib.


Müdafiə Nazirliyinin məlumatına görə, cəbhənin Füzuli rayonu istiqamətində Azərbaycan mövqeləri üzərində uçuşlar həyata keçirməyə cəhd göstərən Ermənistana məxsus 1 ədəd DJI Inspire1 (Quadcopter) tipli pilotsuz uçan aparatı (PUA) bölmələrimizin sayıqlığı nəticəsində vaxtında aşkar olunaraq açılan atəş nəticəsində məhv edilib.

Bu son 10 gündə Azərbaycan Ordusunun məhv etdiyi üçüncü erməni pilotsuz təyyarəsidir. “Cəbhədə gərginlik arta bilər” ehtimalları fonunda bu fakt diqqət çəkir. Qeyd edək ki, PUA-lar kəşfiyyat aparmaq məqsədi ilə istifadə olunur.


Politoloq Natiq Miri Publika.az-a açıqlamasında Ermənistanın cəbhədə təxribatlara hazırlaşdığı ehtimalının olduğunu bildirib: “Bu gün Ermənistanın Azərbaycana hansısa hücum etmək imkanı yoxdur. Lakin ola bilsin ki, düşmən tərəfi bəzi təxribatlar törətməyə hazırlaşır və bununla diqqəti ölkədəki ictimai-siyasi gərginlikdən yayındırmağı düşünür. Bu baxımdan deyə bilərik ki, Ermənistanın hərbi rəhbərliyində cəbhədə təxribatlarla bağlı nəsə hazırlanır. Azərbaycanda Avropa Oyunları zamanı Ermənistanın müdafiə naziri Seyran Ohanyanın oyunlardan sonra cəbhə xəttində gərginliyin arta biləcəyi haqda dediyi sözlər təsadüfi deyildi”.


N. Miri Azərbaycan Ordusunun ayıq-sayıq olmasının vacibliyini vurğulayıb.

“Ermənistandakı aksiyalar sosial xarakterdən siyasi xarakterə keçməyə başlayıb. Artıq qarabağlı və irəvanlı arasında münaqişə təhlükəsi artır. Bu, vətəndaş müharibəsinə qədər gətirib çıxara bilər. Bu vəziyyət Ermənistan hakimiyyətini narahat edir. Hesab edirəm ki, diqqəti yayındırmaq üçün cəbhədə təxribatlara əl ata bilərlər. Buna görə də kəşfiyyat aparatları ilə Azərbaycan Ordusu haqda informasiyalar toplamağa çalışırlar. Azərbaycan Ordusu bu cür təxribatlara qarşı həm informasiya, həm də texniki cəhətdən hazır olmalıdır”, - deyə politoloq qeyd edib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm