Sədr oğlunun yumruqla vurduğu cəbhəçidən şok açıqlamalar
Bizi izləyin

Nida.az

Sədr oğlunun yumruqla vurduğu cəbhəçidən şok açıqlamalar

AXCP Sabunçu rayon şöbəsində “pripiska” qalmaqalı davam edir.


Şöbə Məclisi sədrinin oğlu tərəfindən yumruqla vurulduğunu deyən partiya üzvü Teymur Kərim Publika.az-a açıqlamasında bütün məsələlərə aydınlıq gətirib: “Mən AXCP-nin Sabunçu rayon şöbəsində 4 ildir fəaliyyət göstərirəm. 2013-cü ildə şöbə sədri Allahverdi Allahverdiyev tərəfindən “pripiska” tutulmuşdu. O vaxt Müsavatın qərargahında Əli bəylə görüşdüm. Mənə söz verdi ki, bu məsələ araşdırılacaq. Lakin həmin vaxt prezident seçkiləri olduğuna görə bütün işimizi bu səmtə yönəltdik. Lakin hər şey 2015-ci ilin 28 iyun tarixində pik hədd çatdı. Seçkilər keçiriləndə 40 nəfərə mandat verilmişdi. Onlardan 15 nəfərini mən tanımırdım. Allahverdi Allaverdiyev öz dostları və qohumlarının adını yazdıraraq onlara mandat verir və səs toplayır. Amma sonradan mandat verilən adamların heç birini görmürük. Mən bu ədalətsizliyə etiraz etdim. Bu zaman Məclis sədri Rafael Həsənovun oğlu məni oturduğum yerdə yumruqla vurdu. Amma bu “pripiska” məsələsini yuxarılar tərəfindən araşdırılmaq əvəzinə, zəng edib nə baş verdiyini soruşurlar. Mən də buna etiraz etdim. Əbülfəz Qurbanlı söz verib ki, məsələ yaxın günlərdə araşdırılacaq. Hesab edirəm ki, şöbədə seçkinin nəticələri ləğv olunmalı, bunda əli olan saxta sədr, Məclis sədri və NTK sədri cəzalandırılmalıdır. Mənə təklif edirlər ki, fəaliyyətimi başqa rayon təşkilatında davam etdirim. Amma mən orada olan narazı qrupa söz vermişəm ki, məsələnin kökünə qədər gedəcəm. Əgər ədalətli araşdırma olmasa, mən də daxil olmaqla 10-a yaxın üzv partiyanı tərk edəcəyik”.


T. Kərim Sabunçu şöbəsinin sədri A. Allahverdiyevin telefonda onun ailəsini təhqir etdiyini qeyd edib: “Yanvar ayında mənə zəng edib təhqir edəndən sonra problemlər başladı və iyunun 28-dəki seçkilərdə pik həddinə çatdı. Bundan şöbənin gəncləri narazı qalıb. Hiss olunur ki, AXCP-nin daxilində qruplaşmalar dərinləşib. Onu da əlavə edib ki, Məclis sədrinin oğlu məni Nurəddin Məmmədli və NTK sədri Arzuman Məcidlinin gözü qarşısında yumruqla vurdu. Onlar isə heç nə demədilər və heç bir etiraz etmədilər. Çünki hər ikisi Allahverdi Allahverdiyevə bağlı adamlardır”.


T. Kərim məsələnin araşdırılması üçün narazı gənclərdən 10 gün vaxt istədiyini bildirib.


“10 gün müddətində rəhbərlik məsələni araşdırmasa, bütün baş verənləri gənclərə də açıqlayacam. O zaman qərar qəbul edə bilərik. Çox istərdim ki, hər şey detalları ilə araşdırılsın və günahkarlar qanuna uyğun formada cəzalandırılsın, haqq da yerini tapsın və bizim partiyaya inamımız sarsılmasın”, - deyə o vurğulayıb.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm