AXCP-dən şok istefa: Əli Kərimlinin daha bir müavini getdi
Bizi izləyin

Nida.az

AXCP-dən şok istefa: Əli Kərimlinin daha bir müavini getdi

AXCP sədrinin müavini, Rəyasət Heyətinin üzvü Əbülfəz Qurbanlı partiyadan istefa verib.


Publika.az xəbər verir ki, Ə. Qurbanlı bu barədə “facebook” səhifəsində yazıb.


“Dərin bağlı olduğum AXCP-dən istefa verirəm. Düz yolda olmuşam, dəyərlər uğrunda savaşmışam, bundan sonra da düz bildiyim yolda olacam. Var gücümlə sıralarımızın genişlənməsi, gənclərin AXCP-də təşkilatlanması, genişlənməsi üçün çalışmışam. İndi isə istefa verirəm, çünki bacardıqlarımı gerçəkləşdirməyə əngəllər var. Bundan sonra davam edənlərə uğur arzu edirəm. Bu addımımdan məyus olanlar, ümid verdiyim hər kəs, gənc dostlarım məni bağışlasın”, - deyə o bildirib.


Asif Nərimanlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm