Azərbaycan və Türkiyəyə qarşı ASALA-PKK ittifaqı –Terrora qoyulan ABİDƏ
Bizi izləyin

Nida Təhlil

Azərbaycan və Türkiyəyə qarşı ASALA-PKK ittifaqı –Terrora qoyulan ABİDƏ

Erməni terrorçusuna abidə qoymaq Azərbaycanın Qarabağ şəhidlərinə təhqir və hörmətsizlikdir.

“Erməni terrorçusuna abidə qoymaq ASALA-nın şəhid etdiyi türk diplomatlara, eyni zamanda, Azərbaycanın Qarabağ şəhidlərinə təhqir və hörmətsizlikdir”.

Bu barədə Publika.az-a açıqlamasında Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksal Gülbey Türkiyənin Tunceli vilayətinin Nizamiyə əyalətinə bağlı Aşağıdoluca kəndində başda Monte Melkonyan olmaqla ASALA-a terrorçularına abidə qoyulmasına münasibət bildirərkən deyib.

G.Gülbey bu ilin aprelində açılışı edilən abidənin üzərində yazılanlara diqqət çəkib.

“Qondarma abidənin üzərində belə yazılıb: “Erməni soyqırımını lənətləyirik. Armen Bakırcıyanı və Hrantı anırıq. Yüzüncü ilində erməni soyqırımı davam edir”. Bununla yanaşı, ASALA və PKK terrorçularından Armenak Bakırcıyan, Manuel Demir, Nubar Yanıkyan, Kevork Çavuş, Monte Melkonyan, Andranik Uzunyanın adları qeyd olunub. ASALA terror təşkilatının liderlərindən olan Monte Melkonyan 1993-cü ildə Qarabağ müharibəsində erməni milislərinin komandiri olaraq iştirak edib. 1980-ci ildə ASALA terror təşkilatının üzvü olaraq Avropada türk diplomatları şəhid edib. Bu qatillərin adlarının yazıldığı abidə bölgədə HDP və DBP bələdiyyələrinin kimlərlə əməkdaşlıq etdiklərinin, həmçinin, “Böyük Ermənistan” ideyasına xidmət etməsinin sübutudur”, - deyə o vurğulayıb.

ASİMDER rəhbəri qeyd edib ki, erməni lobbisi təkcə xaricdə yox, Türkiyənin içində də separatçı qruplarla birgə təxribat planları qurur: “Erməni lobbisi bir tərəfdən “Türkiyədə erməni və azlıqlara təzyiqlər artır” təbliğatı aparır, digər tərəfdən içəridə ayağımızın altını qazır. Türkiyə Ermənistanda ASALA terror təşkilatına abidələrin qurulmasına qarşı çıxaraq, bir çox platformada bu məsələni dilə gətirsə də, ölkəmizdə terrorçular üçün abidənin ucaldılması sakitcə müşahidə olunur. Hər şeydən əvvəl Xarici İşlər Nazirliyi bu qondarma abidəyə qarşı çıxaraq, şəhid diplomatlarımıza qarşı edilən hörmətsizliyə göz yummamalıdır. Daxili İşlər Nazirliyi və Tunceli valiliyi də buna son qoymalıdır. Terror təşkilatları ilə mübarizəyə başladığımız bir vaxtda bu terrorçuların adına abidənin qoyulmasına icazə verilməməlidir”.

G.Gülbey bu məsələ ilə bağlı Türkiyə prezidentinə və Baş nazirə müraciət edəcəklərini açıqlayıb.

“Bu qondarma abidənin sökülməsini və bunu edənlərin cinayət məsuliyyətinə cəlb olunmasını istəyirik”, - deyə o, diqqətə çatdırıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm