Qarabağ üçün “ikinci Minsk”: Lukaşenkonu Bakıya gətirən SƏBƏBLƏR
Bizi izləyin

Nida Təhlil

Qarabağ üçün “ikinci Minsk”: Lukaşenkonu Bakıya gətirən SƏBƏBLƏR

Belarus liderinin məhz indi səfər etməsi yeni siyasi proseslərdən xəbər verir.

Belarus prezidenti Aleksandr Lukaşenko Azərbaycanda rəsmi səfərdədir. İki gün davam edəcək səfər çərçivəsində bir sıra ikitərəfli münasibətlərin müzakirə olunacağı, yeni müqavilələrin imzalanacağı gözlənilir.

Azərbaycan və Belarusun ikitərəfli münasibətləri fonunda Luşanekonun Bakıya səfəri özündə məntiqi ardıcıllığı birləşdirir. Lakin Belarus liderinin məhz indi səfər etməsi yeni siyasi proseslərdən xəbər verir.

Noyabrın 11-də Türkiyə prezidenti Minskə səfər etdi. Ardınca Lukaşenko noyabrın 22-də Moskvaya getdi və 6 gün sonra o, Bakıdadır.

Bu səfər trafikinin arxasında bölgədə yenin siyasi təşkilatlanmanın konturları aydın görünür.

Belə ki; Seçki ajiotajının hələ də davam etdiyi Amerika və öz içində boğulan Avropanın fonunda Rusiya və Türkiyə yaxınlaşır; Ankara üzünü Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) tərəf çevirməkdədir; Belarus ŞƏT-in üzvü olmasa belə Qərbə qarşı olan Avrasiya gücünün Avropa sərhədlərindəki sonuncu ölkəsidir; regionda Türkiyə-Rusiya-Azərbaycan formatının yaradılması istiqamətində iş aparılır; Bunun fonunda Lukaşenkonun Ərdoğanla və Putinlə görüşdən sonra Bakıya gəlməsi təsadüfi deyil; Belarus da bu formata daxil olacaq və yeni siyasi gücün Qərb sərhədlərini təşkil edəcək. Bu, Lukaşenkonun səfərinin ümumi mənzərəsini təşkil edir.

Lakin arzuolunan siyasi gücün formalaşmasına qədər olan yol uzun görünür və burada hər kəs “əlini daşın altına” qoymalıdır. Qarabağ münaqişəsinin həll olunmasında rəsmi Minskə də missiya verilə bilər. Çünki yeni siyasi formatda əsas ağrılı məsələ Dağlıq Qarabağ münaqişəsidir. Hansı ki, bu münaqişənin həll olunması ilə Ermənistanın da proseslərə daxil edilməsi hesablanır. Əks təqdirdə, bölgədə siyasi güc tam olmayacaq və Qərb Ermənistan üzərindən öz müdaxilə siyasətini davam etdirəcək. Ermənistan hələ ki, bu prosesə dirəniş göstərir və münaqişənin həll olunmaması üçün bütün vasitələrdən istifadə edir. Ehtimal var ki, Rusiya və Türkiyə prosesə Minski daxil etmək fikrindədir. Burada Minskin Qarabağ da daxil olmaqla bir sıra münaqişələrin müzakirə məkanı olaraq tarixə keçməsi ilə yanaşı, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatına (KTMT) 2017-ci ildə rəhbərlik edəcəyi amili də daxildir.

1. Lukaşenko Türkiyə və Rusiyanın dəstəyi ilə Qarabağ münaqişəsində “ikinci Minsk” prosesini başlada bilər.
2. Lukaşenko KTMT-nin yeni sədrliyi dövründə münaqişənin həllində vasitəçilik edə bilər.

(Rusiyanın Belarusu prosesə cəlb etmək istəyinin səbəblərindən biri də Qərb vasitəçilərindən qurtulmaq istəyi ola bilər).

Burada Belarusun Azərbaycanla əməkdaşlığı da xüsusi xətt olaraq qeyd olunmalıdır. Hələ aprel müharibəsində Lukaşenko Azərbaycanın ərazi bütövlüyünə dəstək verdi və KTMT-də təmsil olunmasına baxmayaraq, Ermənistana hərbi dəstək verməkdən imtina etdi. Hətta belə bir ehtimala qarşı, ölkəsinin hərbi doktrinasını dəyişdirərək, “Belarus əsgərlərinin xaricdə döyüş əməliyyatlarında iştirakını qadağan edən” müddəa əlavə etdi. 2017-ci ildə Belarusun KTMT-də sədrliyə başlaması Bakının da maraqlına uyğun gəlir. Gözləniləndir ki, Lukaşenko ilə Prezident İlham Əliyev Bakıda bu məsələləri də müzakirə etsin. Lukaşenkonun KTMT-nin fəaliyyətinə bir sıra yeniliklər gətirəcəyi haqda dediklərini nəzərə alsaq, ehtimal etmək olar ki, o bu məsələdə İlham Əliyevin də istəklərini nəzərə ala bilər.

Təbii ki, bu yaxınlıq və əməkdaşlıq həm də bir sıra sahələrdə ikitərəflli əlaqələrin möhkəmləndirilməsini şərtləndrir. Güman ki, Lukaşenkonun Bakıdan bir sıra istəkləri olacaq. Bura iqtisadi əməkdaşlıqla yanaşı, hərbi əməkdaşlıq da daxildir. Artıq bu haqda Belarus mediasında informasiyalar yayılmaqdadır. Belə ki, Lukaşenko Azərbaycanın aktiv silah alıcısı kimi Belarus istehsalına da diqqət göstərməsini istəyir. Məlumatlara görə, “Polonez” raket kompleksi Bakının marağında ola bilər.

Ümumilikdə, bu səfər ikitərəfli əlaqələrə müsbət təsir etməklə yanaşı, regional əməkdaşlığın güclənməsində, həmçinin, Qarabağ münaqişəsinin həllinə müəyyən impulslar verə bilər.
Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm