• USD 1,7430 0,00% EUR 1,8487 0,00%
    • GBP 2,1929 0,00% RUB 0,0275 0,00%

Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni ssenari

Ermənilər TƏŞVİŞ İÇİNDƏ: Qarabağ üçün yeni ssenari

“Dağlıq Qarabağda yenidən həyəcanlı proseslər baş verir. Son xəbərlər göstərir ki, atəşkəs mütəmadi olaraq pozulur, cəbhədə gərginlik davam edir”.

Publika.az
xəbər verir ki, bu barədə Rusiyanın tanınmış ictimai-siyasi xadimi Mixail Belyayev “Qarabağ ətrafında buludlar yenidən qatılaşır” adlı məqaləsində yazıb.

Müəllif aprel döyüşlərində Azərbaycan Ordusunun əks-hücumla bir neçə strateji yüksəkliyi azad etdiyinə diqqət çəkərək, qeyd edib ki, münaqişə ətrafında vəziyyət “nə müharibə, nə də sülh” mərhələsinə keçir: “Bölgədə vəziyyət daha da amansızlaşır. Aprel hadisələrindən səkkiz ay ötüb, lakin danışıqlar prosesi yenidən dalandadır. İndi də məlum deyil ki, Hamburqda ATƏT-in iştirakı ilə İlham Əliyev və Serj Sarkisyanın görüşü olacaq, ya yox. Cəbhə xəttində kəskinləşmənin danışıqların növbəti raunduna hazırlıq dövründə baş verməsi də təsadüfi deyil. Ötən illərin təcrübəsi göstərir ki, həmişə prezidentlərin görüşləri ərəfəsində Qarabağda gərginlik artır”.

Mixail Belyayev əlavə edib ki, münaqişənin həlli Rusiyanın xarici siyasət prioritetlərindən biridir: “Rusiya Federasiyasının bu günlərdə təsdiq olunmuş xarici siyasət konsepsiyasında da göstərilir ki, Azərbaycan və Ermənistan heç vaxt olmadığı qədər sülhdən uzaqdır. Görünür, İrəvan hakimiyyəti aprel məğlubiyyətindən sonra cavab zərbəsinə hazırlaşır. Yüzlərlə canlı qüvvə və texnika itirən Ermənistan müdafiə naziri Seyran Ohanyanı əvəz etdi. Həmçinin, Rusiyadan güzəştli kreditlə aldığı silahların yoxlanmasını keçirtdi. Bu, deməyə əsas verirdi ki, Ermənistan cəbhədə vəziyyəti öz xeyrinə dəyişmək üçün cəhd edəcək. Bu, hər şeydən əvvəl “Qarabağ klanı”nın hakimiyyətə gətirdiyi Serj Sarkisyanın ölkə daxilində öz mövqelərini qoruması üçün lazımdır”.

Müəllif Azərbaycanın öz ordusunu gücləndirmək istiqamətindəki addımlarına diqqət çəkir.

“Hətta neft qiymətlərinin düşməsinə baxmayaraq, hərbi büdcəyə qənaət edilmir. Hərbi sahədə Azərbaycan-Rusiya əməkdaşlığı fəal şəkildə davam edir, Bakı Pakistan, İsrail və Türkiyədən silahlar alır. Azərbaycan bununla regional balansı öz xeyrinə dəyişdirmək prinsipində dönməzdir. Hətta Ermənistanın nümayiş etdirdiyi “İsgəndər” raketləri belə Bakını eyninə deyil. Görünən odur ki, son dərəcədə təhlükəli vəziyyət formalaşır. Əgər Azərbaycan aprel uğurunu təkrarlayacaqsa, o zaman danışıqlarda polad iradəsini diktə edəcək və onun dediklərini ermənilərlə yanaşı, həmsədrlər də qəbul etmək məcburiyyətində qalacaqlar”, - deyə müəllif vurğulayıb.

M.Belyayev bildirib ki, Qarabağda tammiqyaslı müharibə versiyası da gündəmdədir: “Bu, hər şeydən öncə Rusiyanın ziyanınadır. Çünki müharibənin nəticəsinə uyğun olaraq, ya Azərbaycan, ya da Ermənistan Rusiyadan üz döndərəcək. Ona görə də təcili bölgədə gərginliyin azaldılması üçün addımlar atılmalıdır. Bu, ən azından Qarabağ ətrafında 7 rayonun qaytarılması və Azərbaycan-Ermənistan iqtisadi əlaqələrinin qurulmasıdır. Moskva və Ankaranın Suriya məsələsində maraqlarının toqquşması, iki ölkənin Qarabağda xeyirli təsir göstərəcəyinə dair ümidləri kiçildir. Cənubi Qafqaz geosiyasi ziddiyyətlərin məngənəsinə sıxılıb və region xaosun potensial mərkəzinə çevrilib. Bu, barıt çəlləyinə partlamq üçün kibrit yandıranlar həmişə tapılacaq”.

Asif

Xəbər lenti

DAHA ÇOX XƏBƏR