Liderin hekayəsi: Zərbələrə qarşı inadla aparılan mübarizə
Bizi izləyin

Nida Təhlil

Liderin hekayəsi: Zərbələrə qarşı inadla aparılan mübarizə

Onlar dahi insanlar idi, yüksək vəzifə, şan-şöhrət sahibi olmalarına baxmayaraq, olduqca sadə, səmimi idilər.

Onlar dahi insanlar idi, yüksək vəzifə, şan-şöhrət sahibi olmalarına baxmayaraq, olduqca sadə, səmimi idilər.

Milli Məclisin deputatı Elmira Axundova “İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” adlı kitabında ümummilli lider Heydər Əliyev və onun xanımı Zərifə Əliyevanı belə xarakterizə edir.

Bəli, bu insanların fenomen xüsusiyyətlərə malik olması bugünkü Azərbaycanın timsalında aydın görünür. Təkcə ona görə yox ki, Heydər Əliyev hələ 1969-cu ildə “qırmızıların imperiyası”nın sərt qaydalarına rəğmən, Azərbaycan kimi müstəqil dövlətin təməllərini atdı, Zərifə Əliyeva bu işdə onun ən yaxın silahdaşı oldu. Bu iki şəxsiyyətin böyüklüyü həm də İlham Əliyev kimi bir övladı yetişdirməkdə də öz əksini tapır.

Bir çox xüsusiyyətləri ona valideynlərindən irsən keçib. Ancaq tərbiyənin də rolu az deyil. Onlar övladlarını, ilk növbədə, şəxsi nümunələri ilə tərbiyə edirdilər. Valideynlərinin əsas öyüdünü – həmişə, hər şəraitdə insanlığını itirməmək təlimini gələcək prezident yaxşı mənimsəmişdi”.

Elmira Axundova kitabında belə yazır və Prezident İlham Əliyevin gənclik illərindən başlayaraq, üzləşdiyi zərbələri necə dəf etdiyini, Heydər Əliyevin qurduğu Azərbaycanı necə qüdrətli dövlətə çevirdiyini sadə məntiq və rəngli çalarlarla qələmə alır.

İnadına heyran olduqları adam

Müəllif Azərbaycan liderinin SSRİ-nin ən nüfuzlu ali məktəblərindən birində - Moskva Dövlət Beynəlxalq Münasibətlər İnstitutunda (MDBMİ) təhsil aldığı dövrə səyahət edir, onun tələbə yoldaşları ilə münasibətlərinə toxunur, sonrakı illərdə dərs dediyi bu məktəbdə oxuduğu mühazirələrdən canlı şəkildə danışır. Və öz fikirlərini MDBMİ-nin əməkdaşı Raisa Polevayanın sözləri ilə qüvvətləndirir.

“O, qeyri-adi şəxsiyyətdir. İlham Əliyevin tələbələrə, əməkdaşlara, müəllimlərə olduqca xeyirxah münasibəti bizi bir qədər təəccübləndirirdi. Özünüz də başa düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar ailələrin övladları təhsil alırdı. İlham Əliyev bütün tələbələrdən seçilirdi”, - deyə Polevaya danışır.

Müəllif səyahət etdiyi Prezidentin tələbəlik illərində baş verən maraqlı və örnək dolu hadisələri sıralayır.

Hər şey heç də həmişə göründüyü kimi olmur: İlham Əliyev SSRİ-nin ən yüksək rəhbərliyində təmsil olunan şəxsin oğlu idi, kimsə ona nəsə deyə bilərdimi?! Polevayanın “Özünüz də başa düşürsünüz ki, institutumuz adi ali məktəb deyil, burada elitar ailələrin övladları təhsil alırdı” sözlərindən də anlamaq olur ki, kimlərsə elitar ailənin üzvü olmasından istifadə edirmiş. Bu, tarix boyu həmişə belə olub. Lakin İlham Əliyev tamam başqa cür idi.

O, inadla öz hədəfinə doğru irəliləyirdi və mən buna heyran idim”.

MDBMİ-nin keçmiş rektoru Nikolay Lebedevin bu sözləri hər şeyin əslində necə olduğunu sübut edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Və Lebedev xatırlayır: “O, aspiranturada oxuyarkən, biz onunla çox ünsiyyət saxlayırdıq. Mən onun elmi rəhbəri idim. Aramızda böyük yaş fərqinin olmasına baxmayaraq, bizim çox ilıq münasibətlərimiz var idi. Lakin o, həmişə mənə çox hörmətlə yanaşırdı. Həmçinin, insanlarla mehriban və sadə münasibəti diqqət çəkirdi. O, kömək haqqında istənilən xahişə reaksiya verir və başqa insanların problemlərinin həlli üçün Heydər Əliyevə müraciət etməkdən çəkinmirdi. Siz heç vaxt düşünə bilməzdiniz ki, o, ölkə rəhbərliyində təmsil olunan insanın oğludur. Həmin dövrdə Heydər Əliyev Moskvada SSRİ Nazirlər Sovetinin sədr müavini vəzifəsində işləyirdi. İşə görə mən tez-tez Heydər Əliyevlə görüşməli olurdum. O, İlham Əliyevin təhsili ilə yaxından maraqlanırdı. Mən İlham Əliyevin gənc yaşına baxmayaraq, inadkarlığına heyran olmuşdum. Onun namizədlik dissertasiyasının mövzusu Böyük Britaniyada Liberal Partiyası haqqında idi. Bu mövzunu özü seçmişdi. Əvvəlcə mən əmin deyildim ki, bu iş aktual olacaq. Amma o, məni öz seçiminin düzgünlüyünə inandırdı. Öz mövqeyini müdafiə edir, elmi arqumentlər gətirir və sübut edirdi ki, o, doğrudur”.

Elmira Axundova da müəllifi olduğu kitabda məhz bu amilləri incə şəkildə vurğulayır və yazır: “Gələcək prezident hələ gənc yaşlarından taleyin bir-birinin ardınca vurduğu zərbələrə mətinliklə sinə gərir”.

- Həyat heç də onu həmişə əzizləməyib - müəllif yazır - Əliyevlər ailəsi XX əsrin 80-ci illərinin ikinci yarısında böyük sarsıntılarla üzləşdi. İlham Əliyev 24 yaşında ən əziz adamını – anasını itirdi. Heydər Əliyevin səhhətində ciddi problemlər yarandı və bunun ardınca da o, vəzifəsindən istefa verməli oldu. İlham Əliyev bu zərbələrə də ləyaqətlə sinə gərib.

Kitabda sonrakı illər aydın şəkildə göstərilir. Ümummilli lider Heydər Əliyevin xalqın təkidi ilə darmadağın olmuş Azərbaycanın rəhbərliyinə qayıdışı, parçalanmış ölkəni əzmlə qurması, bu işdə İlham Əliyevin milli liderə dəstəyi detallarına qədər oxuculara təqdim edilir. Və Heydər Əliyevin qurub-yaratdığı Azərbaycanı əmin əllərə təslim etməsindən bəhs olunur.

“Prezident seçkilərində İlham Əliyevin namizədliyinin həm Azərbaycan xalqı, həm də dünya və region ölkələrinin aparıcı siyasətçiləri tərəfindən dəstəklənməsi Heydər Əliyevin seçimində yanılmadığını göstərdi. Çünki regionun əsas siyasətçiləri və çoxsaylı əcnəbi investorlar üçün İlham Əliyevin Prezidentin oğlu olması faktı önəmli deyildi. Azərbaycanın siyasi və iqtisadi kursunun ardıcıllığı onlar üçün daha vacib idi. Ancaq başlıca amil hakim partiyanın yeni nəslinə məxsus parlaq namizədin - İlham Əliyevin şəxsiyyəti idi. Ölkənin yeni liderinin qarşısında artıq fərqli vəzifələr dururdu. İndi ölkəni tənəzzüldən çıxarmaq, normal inkişaf relsinə qoymaq deyil, gələcəyə sıçrayış etmək, iqtisadiyyatı keyfiyyətcə yeni mərhələyə qaldırmaq, cəmiyyəti XXI əsrin çağırışlarına uyğun yenidən qurmaq lazım idi”, - deyə kitabda qeyd olunur.

O, bunu nəinki bacardı, həm də dünya liderlərinin sadəcə heyrətlə müşahidə etdiyi güclü ölkə yaratdı”, – Elmira Axundova yazır.

Müəllif kitabda dövlət başçısının sosial, iqtisadi, siyasi, hərbi və bir ölkənin öz ayaqları üzərində güclü şəkildə dayanmasını şərtləndirən addımlarını bir-bir sadalayır, bunları təsdiq edən faktlar təqdim edir və obyektiv təhlilini aparır.

Və qeyd edir:

- Uğurun sirri ondadır ki, respublikada ən müxtəlif istiqamətlərdə dəqiq, elmi-nəzəri, iqtisadi təmələ əsaslanan modernləşmə strategiyası işlənib hazırlanıb. Bu strategiyada sosial prioritetlər – insan, onun rifahı, sosial müdafiəsi, gələcəyi ön sıradadır.

Elmira Axundova Azərbaycan liderinin siyasi, iqtisadi və strateji fəaliyyəti fonunda onun ailəyə bağlılığını da xüsusi vurğulayır.

Axı, hər bir azərbaycanlı üçün ailə müqəddəsdir, azərbaycanlıların liderinin bu məsələdə nümunə olması isə birbaşa “ailə modeli”nin möhkəmliyinə yönəlib.

Müəllif fundamental əsərində bu faktoru unutmur, Prezident İlham Əliyevin bir ailə başçısı kimi necə olduğunu araşdırır və “Fikrimcə, Prezidentin şəxsiyyətini daha dəqiq onun xanımı Mehriban Əliyeva səciyyələndirib”, - deyə vurğulayır.

O, heç zaman dəyişmir və ətrafında səmimilik və xeyirxahlıq mühiti yarada bilir. Pafosluq və sünilik onun xarakterinə yaddır. Buna görə də tamamilə fərqli insanlar onunla ünsiyyətə can atırlar. İlham hər zaman öz prinsiplərinə və ideallarına sadiqdir. İşində, Vətənə xidmətdə heç bir kompromisə və sövdələşməyə getmir. Ölkənin və xalqın mənafeyi onun üçün sözsüz prioritetdir”, - kitabda birinci xanım Mehriban Əliyevanınn fikirlərinə xüsusi yer ayrılır.

Mehriban xanım Əliyevanın bir neçə il öncə müsahibələrinin birində dediyi sözlər də müəllifin təqdim etdiyi Prezidentin portretinə qüvvət verir.

Mehriban xanım Əliyeva deyirdi: “Həyat yoldaşımın 45 yaşı tamam olanda ona nə bağışlamaq barədə uşaqlarla uzun müddət götür-qoy etdik. Axırda uşaqlarla birlikdə şəkil çəkdirdik, bu şəkil üçün çərçivə sifariş etdik və bu sözləri yazdırdıq: “Biz səni çox sevirik”. Bu, onu çox mütəəssir etmişdi, çox razı qalmışdı və həmin fotoşəklimiz o vaxtdan bəri həmişə onun stolunun üstündədir”.

Sevgi, sevgi, yenə də sevgi: Elmira Axundova yazır: “Onun ailəyə, yaxınlarına, xalqına sevgisi də Heydər Əliyevin və Zərifə Əliyevanın övladlarına aşıladıqları başlıca örnəkdir”.

İlham Əliyev. Prezidentin portreti dəyişikliklər fonunda” kitabı Azərbaycan liderinin şəxsiyyəti fonunda ölkənin yenidən doğuluşunu, mübarizəsini, güclənməsini və zirvəyə qalxmasını rəngli çalarlarla oxuculara çatdırır.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm