İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI
Bizi izləyin

Nida Təhlil

İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI

2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni doktrina qəbul etdi.

2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni doktrina qəbul etdi.

Publika.az
xəbər verir ki, “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası” adlanan sənədin 36-cı səhifəsində Dağlıq Qarabağ münaqişəsinə toxunulur.

“Kommersant”ın şərhçisi Serqey Strokan bu məsələni təhlil edərək, bildirir ki, sənəddə ilk baxışdan heç bir sensasiya görünmür: “Moskva ATƏT-in Minsk qrupunun həmsədrləri ilə birgə Qarabağ münaqişəsini 2009-2013-cü illər ərzində Rusiya, Amerika və Fransa prezidentlərinin birgə bəyanatlarında ifadə olunan prinsiplər çərçivəsində həll etməyi dəstəkləyir. Faktiki olaraq, Rusiya həmin sənədlərə ikinci nəfəs verməyi təklif edir. Misal üçün, 2011-ci ildə “Böyük səkkizliy”in Fransanın Dovil şəhərində keçirilən toplantısında ABŞ prezidenti Barak Obama, Rusiya prezidenti Dmitri Medvedev və Fransa prezidenti Nikola Sarkozi Dağlıq Qarabağ münaqişəsi ilə bağlı birgə bəyanatla çıxış etdilər”.

Qeyd edək ki, həmin bəyanatda deyilirdi: “ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri – ABŞ, Rusiya və Fransa əmindir ki, Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə nizamlanması üçün bütün iştirakçıların qətiyyətli addımlar atmasının vaxtı çatıb”.

Dovildə həmsədr ölkələrin rəhbərlərinin Qarabağ münaqişəsi ilə bağlı fikirləri dəqiq və aydın idi. Onlar həmçinin, mövcud status-kvonun saxlanılmasının münaqişənin həllini mümkünsüz etdiyi haqda da fikirlər irəli sürmüşdü. Təsadüfi deyil ki, rəsmi Bakı bu bəyanatı ciddi şəkildə dəstəkləmişdi. Azərbaycan Prezidenti İlham Əliyev də Dovil bəyanatını şərh edərkən bildirmişdi ki, indiyə qədər belə dəqiq və ciddi bəyanatlar eşidilmirdi: “Status-kvonun dəyişikliyi haqda səslənən fikirlər o deməkdir ki, işğal olunmuş ərazilərdə işğalçı ordu çıxarılmalı və Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir”.

Ukrayna münaqişəndən sonra isə Rusiya “böyük səkkizlik”dən çıxdı. Lakin Serqey Strokan hesab edir ki, yeni xarici siyasət doktrinasında yer alan fikirlər Rusiyanın Qərblə əməkdaşlığı bərpa etmək istəyindən xəbər verir.

“Bu ssenari abstrakt görünmür. Donald Trampın ABŞ-ın prezidenti seçilməsindən sonra regional münaqişələrin həlli üçün Rusiya-Amerika münasibətlərində yeni səhifə açılır. Bununla yanaşı, gələn ilin yazında Fransanın yeni prezidenti seçiləcək. Proqnozlara görə, yeni prezident sağ Respublika Partiyasının namizədi Fransua Fiyon ola bilər. Fiyon da Rusiya ilə aktiv işləməyə hazırdır. O, xarici siyasətdə Sarkozinin mirasını tətbiq edə bilər. Rusiyaya gəlincə, o da Qarabağ münaqişəsinin həllini istəyir və status-kvonun dəyişməsinin vacibliyi fikrinə dəstək verir. Tramp Amerikası ilə normal münasibətlər, həmçinin Türkiyə ilə əlaqələrin bərpası Rusiyaya öz layihəsini – böyük Avrasiya – reallaşdırmaq üçün yeni imkanlar verir. Azərbaycan olmadan bu layihəni reallaşdırmaq mümkün deyil. Lakin Dağlıq Qarabağ münaqişəsinin mövcud olması bütün planları alt-üst edir. Bu baxımdan, münaqişənin həllinin vaxtı çatıb. Rusiyanın yeni xarici siyasət doktrinası da Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impulslar verə bilər”, - deyə şərhçi vurğulayıb.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm