Ermənistan səhra komandirlərini Qarabağa toplayır – MÜHARİBƏ
Bizi izləyin

Nida Təhlil

Ermənistan səhra komandirlərini Qarabağa toplayır – MÜHARİBƏ

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir.

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir.

Publika.az xəbər verir ki, Ermənistan prezidenti Serj Sarkisyanın dekabrın 8-də ATƏT-in Xarici İşlər Nazirləri Şurasının Hamburq toplantısı ilə eyni gündə Qarabağa getməsi danışıqlar masasına oturmaq istəmədiyinə dair mesaj kimi qiymətləndirilir. Halbuki, rəsmi Bakı Hamburqda 3+2 formatında görüşün keçirilməsini istəyirdi. 3+2 formatında Azərbaycan və Ermənistan xarici işlər nazirlərinin, həmçinin Minsk qrupunun həmsədr ölkələrin XİN rəhbərlərinin birgə görüşü nəzərdə tutulurdu. Lakin Ermənistan bu görüşdən qaçdı.

Maraqlıdır ki, Hamburq görüşünün xüsusi əhəmiyyət daşıdığı haqqında fikirlər var idi.

Bütün gözlər Hamburq toplantısına dikilib. Əgər bu toplantıda hansısa müsbət məqamlar olmasa, o zaman proseslər qaynar mərhələyə keçə bilər”, - “Bloomberg” agentliyi ötən ay belə yazmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ekspertlər də münaqişə zonasında gərginliyin yüksəldiyini, müharibənin istisna olmadığını vurğulayırdılar.

Misal üçün, rusiyalı hərbi ekspert Dmitri Litovkinin fikrincə, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır: “Hərbi büdcənin artırılması, hərbi texnikanın alınması təhlükəsizliyin təmin olunmasına hesablanıb. Görünür, tərəflər münaqişənin sülh yolu ilə həllinə artıq ümid etmirlər”.

Digər hərbi ekspert Pavel Felqenqauer də Dağlıq Qarabağda müharibə riskinin yüksək olduğunu deyib və iki ssenari irəli sürüb:

“Birinci ssenari aprel variantıdır. Yəni əsas mövqeləri tutaraq, dayanmaq. İkinci ssenari genişmiqyaslı müharibədir və bura başqa ölkələr də qoşula bilər”.

Hamburqda görüş baş tutmadı, əvəzində Serj Sarkisyan işğal altındakı Qarabağa gəldi.

Bütün bunların fonunda Ermənistanda I Qarabağ müharibəsinin komandirlərinin aktivləşməsi də diqqət çəkir.

“Komandos” ləqəbli Arkadi Ter-tadevosyan tert.am saytına açıqlamasında deyib ki, keçmiş səhra komandirləri Talış kəndinə gələrək, orada xidmət keçmək istəyirlər.

Qeyd edək ki, aprel müharibəsində Azərbaycan Ordusu uğurlu əməliyyatla işğal altındakı ərazilərin bir qismini, o cümlədən Talış kəndini azad edib.

Erməni döyüşçü isə könüllülərin Talışa gedərək orada xidmət keçmək istədiklərini bildirib: “Onların arasında məşhur döyüşçülər də var. Misal üçün Arkadi Karapetyan onlardan biridir. Biz “Yeni Talış” kəndinin əsasını qoymaq istəyirik”.

Asif

Oxumağa davam et
Reklam
Reklam

Gündəm