Qarabağda müharibənin İKİ SSENARİSİ: İrəvan Qarabağı... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağda müharibənin İKİ SSENARİSİ: İrəvan Qarabağı... – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

İrəvan Dağlıq Qarabağ üzrə danışıqlardan qaçır.

İrəvan Dağlıq Qarabağ üzrə danışıqlardan qaçır. Hamburqda Azərbaycanın təklif etdiyi 3+2 formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb. Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir və ekspertlərin fikrincə, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır. Suriyada proseslər hazırda Moskva, Dəməşq və Tehranın istədiyi məcrada gedir. Lakin ABŞ prezidenti Barak Obama noyabrın 8-də ölkənin Suriyadakı müttəfiqlərinə silah tədarükünü qadağan edən qanunu ləğv etməsi müharibənin miqyasını genişləndirə bilər.

Həftənin əvvəlində “GalandecZP” bloggerində Rusiyanın Soçi şəhərindən qalxan təyyarənin pilotu ilə dispetçerin danışıqları dərc edildi. Danışıqların mətninə görə, Azərbaycan Rusiyanın L-76 hərbi-nəqliyyat təyyarəsini Soçiyə qayıtmağa məcbur edib. İddiaya görə, təyyarə Azərbaycan üzərindən Ermənistana silah aparırdı.

Rusiya Müdafiə Nazirliyindəki mənbə news.am saytına bildirib ki, Rusiya təyyarəsinin Azərbaycan üzərindən Ermənistana silah aparması haqqında informasiya yoxdur.

İrəvan Qarabağı qaytarmasa... – Putinin “Böyük Avrasiya” PLANI

2017-ci il ərəfəsində Rusiya xarici siyasətlə bağlı yeni doktrina qəbul edib. “Rusiya Federasiyasının xarici siyasət konsepsiyası” adlanan yeni sənədin 36-cı səhifəsində Dağlıq Qarabağ münaqişəsinə toxunulur.

“Kommersant”ın şərhçisi Serqey Strokan bu məsələni təhlil edərək bildirir ki, sənəddə ilk baxışdan heç bir senssasiya görünmür. Onun sözlərinə görə, Rusiyanın yeni xarici siyasət doktrinası Dağlıq Qarabağ münaqişəsinin həllinə yeni impulslar verə bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Kremldən Qarabağ üçün yeni şərt: “CƏNUBİ QAFQAZ PLANI”

Politoloq Pavel Felqenqauerin sözlərinə görə, Rusiyanın Cənubi Qafqaza dair uzunmüddətli planları var. Politoloq qeyd edir ki, bu planlardan biri də bölgədə vahid hərbi birləşmə yaratmaqdır və bu ideya əslində, keçmiş sovet sərhədləri çərçivəsində Gürcüstan və Azərbaycanı da buraya daxil etməkdir. Pavel Felqenqauer qeyd edir ki, SSRİ vaxtı transqafqaz hərbi dairəsi mövcud idi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dekabrın 8-də Almaniyanın Hamburq şəhərində ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda 23-cü iclası keçirilib. İslasda Dağlıq Qarabağ münaqişəsi ətrafında vəziyyət də diqqət mərkəzində olub.

ABŞ Dövlət katibi Con Kerri iclasda etdiyi çıxışında Azərbaycan və Ermənistan arasında münaqişənin həllinin uzanmasının Avropanın təhlükəsizliyinə təhdid olduğunu bildirib. Onun sözlərinə görə, Avropanın üzləşdiyi təhlükə təkcə Ukrayna deyil: “Bura Dağlıq Qarabağ, Dnestryanı və Gürcüstandakı münaqişələr də daxildir”.

Rusiya xarici işlər naziri Sergey Lavrov qeyd edib ki, Dağlıq Qarabağ və digər çətin problemlərin həllində əvvəldən əldə olunmuş razılıqlara sadiq qalmaq əsasdır. S.Lavrov bildirib ki, münaqişələr bütün tərəflərin maraqlarının qorunması şərti ilə mövcud formatlar çərçivəsində həll olunmalıdır.

Avropa İttifaqının Xarici İşlər və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Federika Moqerini bildirib ki, Sankt-Peterburq və Vyana sammitlərində əldə olunan razılaşmaların həyata keçiriləcəyinə ümid edir. ATƏT-in fəaliyyətdə olan sədri, Almaniyanın xarici işlər naziri Frank Valter Ştaynmayer söyləyib ki, bu ilin aprel ayında vəziyyətin gərginləşməsi münaqişənin ciddi təhlükə olduğunu göstərdi.

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov çıxışında bildirib ki, ATƏT məkanındakı münaqişələr regionda sülh və təhlükəsizliyi təhdid edən əsas səbəblərdən biridir. “Bu səbəblər tez bir zamanda aradan qaldırılmalıdır. Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal altında saxlanılması aprel ayında münaqişə zonasında eskalasiyanın əsas səbəblərindən birdir. Bu fakt münaqişənin siyasi həllinə ən böyük maneədir. Aprel eskalasiyası göstərir ki, təmas xəttində vəziyyət təhlükəlidir və istənilən vaxt gərginləşə bilər”.

Elmar Məmmədyarov Hamburqda ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb. Lakin Azərbaycanın təklif etdiyi 3+2 (Rusiya, ABŞ, Fransa və Ermənistan, Azərbaycan) formatında xarici işlər nazirləri səviyyəsində görüş baş tutmayıb. Azərbaycan Xarici İşlər Nazirliyinin sözçüsü Hikmət Hacıyev görüşün baş tutmamasını Ermənistanın destruktiv siyasəti ilə izah edib.

Hamburqda Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarovla erməni həmkarı Eduard Nalbandyan arasında görüş baş tutub. Dekabrın 8-də axşam keçirilən görüşdə ATƏT-in Minsk qrupunun həmsədrləri də iştirak edib.

Sarkisyan Qarabağa gəldi

İrəvanın Hamburqda 3+2 formatında danışıqlardan imtina etdiyi bir vaxtda – dekabrın 8-də Ermənistan prezidenti Serj Sarkisyanın bu ölkənin cənub-şərqində yerləşən hərbi hissələrdən birinə baş çəkdikdən sonra Dağlıq Qarabağa gəlməsi diqqət çəkdi. İşğalçı ölkənin başçısının danışıqlardan imtina edərək öncə hərbi hissəyə gəlməsi, ardınca Qarabağa yollanması “müharibəyə hazırlaşırıq” mesajı kimi oxunula bilər.

“Razılaşmanı yerinə yetir” - Kremldən İrəvana Qarabağ TƏLƏBİ

Ermənistanın “Lragir” saytının yazdığına görə, Rusiya xarici işlər naziri Sergey Lavrovun Hamburq çıxışı Rusiyanın əvvəlki razılaşmaları qaytarmaq istəyindən xəbər verir. Lavrov bildirib ki, Dağlıq Qarabağ münaqişəsində əvvəldən əldə olunmuş razılıqlara əməl olunmalıdır.

Sayt yazıb ki, aprel müharibəsindən sonra Bakı və Ankara ərazilərin qaytarılması ilə bağlı Moskvaya təzyiq edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya, ABŞ və Fransa XİN rəhbərləri ATƏT Xarici İşlər Nazirləri Şurasının Hamburqda keçirilən 23-cü iclasında birgə bəyanat qəbul ediblər.

Bəyanat bildirilir ki,ATƏT-in Minsk qrupunun üzvləri yekdilliklə Dağlıq Qarabağ münaqişəsinin danışıqlar yolu həll olunmasının tərəfdarıdır və Ermənistan və Azərbaycan dövlət başçılarının görüşünü təşkil etməyə hazırdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev ATƏT-in Minsk qrupunun həmsədrlərinin bəyanatını şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan səhra komandirlərini Qarabağa toplayır – MÜHARİBƏ

Dağlıq Qarabağ münaqişəsi zonasında vəziyyət gərginləşməkdədir. Rusiyalı hərbi ekspert Dmitri Litovkinin fikrincə, artıq Azərbaycan və Ermənistan münaqişənin müharibə yolu ilə həlli ssenarisinə hazırlaşır: “Hərbi büdcənin artırılması, hərbi texnikanın alınması təhlükəsizliyin təmin olunmasına hesablanıb. Görünür, tərəflər münaqişənin sülh yolu ilə həllinə artıq ümid etmirlər”.

Digər hərbi ekspert Pavel Felqenqauer də Dağlıq Qarabağda müharibə riskinin yüksək olduğunu deyib və iki ssenari irəli sürüb.

“Birinci ssenari aprel variantıdır. Yəni əsas mövqeləri tutaraq, dayanmaq. İkinci ssenari genişmiqyaslı müharibədir və bura başqa ölkələr də qoşula bilər”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Dənizlərə nəzarət, Qarabağda... - Putinin Qafqaza qoşun yeritməsinin 8 SİRRİ

Rusiyanın Qafqazda Ermənistan və Abxaziya ilə vahid hərbi birləşmə yaratmasının 8 hədəfi var. Bu haqda Ukraynanın “politike” saytı yazıb. “Putin Qafqazda kimə qarşı ordu yaradır?” sualını araşdıran saytın yazdığına görə, Rusiya prezidenti Vladimir Putinin hədəflərindən biri də Dağlıq Qarabağ münaqişəsinə nəzarəti gücləndirmək və prosesləri öz istədiyi məcraya yönəltməkdir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiyanın İslam Komitəsinin sədri, tanınmış ictimai-siyasi xadim Heydər Camal noyabrın 5-də səhər saat 4-də Almatıda özəl klinikalardan birində vəfat edib. Məşhur ictimai xadim bir neçə ildir onkoloji xəstəliklə mübarizə aparırdı. Heydər Camal Qazaxıstanın Almatı şəhərində “Kensay-2” qəbiristanlığında dekabrın 6-da dəfn edilib.

“Qırmızı imperiya”nın əcəl zəngini onlar çaldı: SSRİ-nin “ölümü"nün 25-ci ilində 15 LİDER -

Dekabrın 8-də SSRİ-nin dağılmasının 25 ili tamam oldu. 1991-ci dekabrın 8-də üç respublikanın –Belarus, Ukrayna və Rusiya lideri - Belarus Ali Sovetin sədri Stanislav Şuşkeviç, Rusiya prezidenti Boris Yeltsin və Ukrayna prezidenti Leonid Kravçukun iştirakı ilə Belovejsk sazişi imzalandı. Bununla da Sovet İttifaqının varlığına son qoyuldu, yeni Müstəqil Dövlətlər Birliyi tarix səhnəsinə çıxdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Özbəkistanda dekabrın 4-də keçirilən prezident seçkilərində Şövkət Mirziyoyev qələbə qazandı. Şövkət Mirziyoyevə 88,61 faiz seçici və ya 15 milyon 906 min vətəndaş səs verib.

Prezidentin ÜÇ VARİANTI: baş nazir öz tələsinə düşdü

İtaliya sakinləri hökumətin təklif etdiyi Konstitusiya islahatına qarşı çıxdılar. Nəticələrdən məyus olan baş nazir Matteo Rensi müvəffəqiyyətsizliyindən sonra istefa qərarını elan etdi. İtaliyanın Daxili İşlər Nazirliyinin məlumatına görə, italiyalıların əksəriyyəti - 59,11 faiz ölkənin əsas qanununa düzəlişlərin edilməsi ideyasını rədd edib. Vətəndaşlar dövlətin siyasi quruluşunda genişmiqyaslı dəyişikliklərlə razılaşmadılar. Bununla da Konstitusiya islahatının təşəbbüskarı gələcək siyasi karyerasını təhlükə altına qoydu.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dördlər ittifaqı” qələbənin bir addımlığında – Rusiyadan veto

Suriyanın müxalifət qüvvələri isə bir-birinin ardınca Hələbdə ağır məğlubiyyətlər alır. Müxalifət Hələbdə nəzarət etdiyi ərazilərin 70 faizini itirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Şəhərdə qalanların hamısı öldürüləcək”. Hər halda Kremlin sözçüsü Dmitri Peskovun bəyanatı belə nəticə çıxarmağa əsas verir.Onun sözlərinə görə, Suriyanın Hələb şəhərinin şərq hissəsində atəşkəs barədə heç kimlə danışıqlar aparılmayacaq.

Dmitri Peskov bildirib ki, şəhərin şərq hissəsində “Ən-Nüsra” Cəbhəsi ətrafında birləşən döyüşçülər qalıb. “Bunlar terrorçulardır”, - deyə Peskov vurğulayıb.

Daha əvvəl Rusiyanın xarici işlər Naziri Sergey Lavrov Hələbi tərk etməyən müxalifət güclərinin “terrorçu” hesab ediləcəyini söyləyib. Lavrov Hələbdə son müxalifət döyüşçüsü qalana kimi Suriya ordusunu dəstəkləyəcəklərini bildirib.

Vaşinqton isə Suriya rejimi və Rusiyanın qələbələrini həzm etmək niyyətində deyil. ABŞ prezidenti Barak Obama noyabrın 8-də ölkənin Suriyadakı müttəfiqlərinə silah tədarükünü qadağan edən qanunu ləğv edib.

Ağ Evin bu addımı Moskva tərəfindən sərt qarşılanıb. Kremlin rəsmi nümayəndəsi Dmitri Peskov deyib ki, Suriyadakı müttəfiqlərə silah, döyüş sursatları və hərbi texnikanın çatdırılmasına üzrə məhdudiyyətlərin ləğvi barədə Vaşinqtonun qərarı yalnız regionda deyil, həm də bütün dünya üçün təhlükəlidir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Obamanın bu qərarını Rusiyanın xarici işlər naziri Sergey Lavrov da şərh edib. Onun sözlərinə görə, Suriya müxalifətinə silah çatdırılması Suriya böhranının həlli üzrə ABŞ-Rusiya danışıqlarına təsir edəcək. Lavrov əlavə edib ki, qərar Hələbdəki vəziyyətə təsir göstərməyəcək: “Çünki müxalifət Hələbin şərqində mühasirədədir”.

Türkiyə əsgərləri və Suriya Azadlıq Ordusu Əl Baba daxil olub. Rusiyanın “Sputnik” agentliyi Suriya Azadlıq Ordusundakı mənbəyə istinadən məlumat verib ki, tanklarla şəhərə girən türk əsgərləri İŞİD-lə döyüşüb. Şəhərin bəzi bölgələri, o cümlədən xəstəxana binası terrorçuların əlindən alınıb. Şəhərdə küçə döyüşlərinin getdiyinə dair məlumatlar var. Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu məlumatı təsdiqləyib.

ABŞ Konqresinin 2017-ci il üçün qəbul etdiyi 618,7 milyard dollarlıq müdafiə büdcəsini isə anti-Rusiya hesab etmək olar. Büdcə layihəsində “Rusiya təcavüzkarlığı” ilə mübarizəyə 4,3 milyard dollar həcmində vəsaitinin ayrılması nəzərdə tutulur.

Müdafiə büdcəsi layihəsində həmçinin ABŞ Müdafiə Nazirliyinə (Pentaqon) Rusiya ilə əməkdaşlıq etmək qadağan edilir. Layihəyə əsasən, Rusiya Ukraynaya qarşı təcavüzü dayandırana kimi, Pentaqon Rusiya ilə əməkdaşlığa maliyyə vəsaiti ayırmayacaq.

İŞİD-dən MÜHARİBƏ ELANI: Bütün dünyada türkləri...

“İslam dövləti” (İŞİD) yeni təyin etdiyi rəsmi nümayəndənin adından Türkiyəyə müharibə elan edib. Abi al-Hasan al-Muhadjir İŞİD-in tərəfdarlarını bütün dünyada türk hərbçiləri, biznesmenlər, jurnalistlər və səfirlik əməkdaşlarına hücum etməyə çağırıb.

O, yeni postunda ilk nitqində müsəlmanları bütün bədbəxtlikləri səbrlə daşımağa çağırıb və onlara gələcəkdə mükafat söz verib. Abi al-Hasan al-Muhadjir bildirib ki, Yer kürəsində “xaçlı ABŞ və Avropa, kommunist Rusiya, İrandan atəşpərəstlər, Türkiyədən sekulyaristlər, ateist kürdlər, həmçinin çoxsaylı kafirlər və bütpərəst ərəblər” İŞİD və bütün müsəlmanlara qarşı çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

RFİ televiziyasına açıqlamasında Fransa Xarici İşlər naziri Jan Mark Eyro söyləyib ki, Əsəd rejimi və Rusiyanın seçdiyi total müharibə strategiyası Suriyanı parçalanmaya doğru aparır.

Moskvanın addımlarının yanlış olduğunu bildirən baş diplomat bu strategiyanın İşidistanın yaranmasına səbəb olacağını söyləyib: “Total müharibə Suriyanı parçalayacaq. Əsas risk isə Əsəd rejiminin nəzarət edə bilmədiyi ərazilərdə İŞİD güclənəcək və İşidistan yaranacaq”.

Məşhur “təyyarə böhranı”ndan əvvəl qarşılarına ümumi ticarət dövriyyəsini 100 milyard dollara çatdırmağı məqsəd qoyan, lakin bu hadisədən sonra az qala düşmən ölkələr hesab olunan Türkiyə və Rusiya əvvəlki günlərə qayıtmaq niyyətindədir. Noyabrın 6-da Türkiyənin baş naziri Binəli Yıldırım Moskvaya səfər edib.

Səfər çərçivəsində Binəli Yıldırım Rusiyanın baş naziri Dmitri Medvedev və Türkiyənin baş naziri həmçinin Rusiya prezidenti Vladimir Putinlə görüşüb.

NATO-dan Moskvaya XƏBƏRDARLIQ: “Müharibə istəmirik, amma...”

“NATO Baltikyanı regionda Rusiya ilə qarşıdurma istəmir və buna cəhd etmir”. Bunu Şimali Atlantika İttifaqının (NATO) baş katibi Yens Stoltenberq deyib.

“Rusiyanın neçə illər ərzində Baltikyanı ölkələr regionunda silahlı qüvvələri yerləşdirməsi bizi mütənasib müdafiə hərəkətlərinə itələyir. Biz qarşıdurma istəmirik, amma reaksiya verməliyik. Rusiya inadla Ukraynada öz silahlı qüvvələrini toplayır”, - deyə ittifaqın rəhbəri Brüsseldə keçirilən Ukrayna-NATO komissiyasının iclası zamanı jurnalistlərə açıqlamasında bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

CİA-nın gizli Tramp HESABATI: seçkinin nəticələri ləğv olunur

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) Donald Trampın prezident seçilməsinə Rusiyanın kömək etdiyinə dair iddiaların araşdırmasını başa çatdırıb. İddiaya görə, CİA 8 noyabrda keçirilən seçkilərə Rusiyanın müdaxilə etdiyi və Trampın qələbə qazanmasına kömək etdiyi nəticəsinə gəlib. Bildirilir ki, Kremlə yaxın şəxslər Demokratlar Partiyasının gizli məlumatlarını kiber hücumla ələ keçirərək, “Wikileaks”ə ötürüb. Haqqında danışılan şəxslər Amerika kəşfiyyatı tərəfindən de-şifrə ediliblər.

Pakistanın “International Airlines” aviaşirkətinin təyyarəsi dekabrın 7-də qəzaya uğrayıb. Çitral şəhərindən İslamabada uçan təyyarə Hayber-Paxtunxva əyalətində silah zavodunun yaxınlığında düşüb. Təyyarənin içində 47 nəfərin hamısı ölüb.

Müharibə, su uğrunda döyüş, yoxsa... - Kərimovun xələfi Mərkəzi Asiyaya nə gətirəcək?

Özbəkistan İslam Kərimovun vəfatından sonra Şövkət Mirziyoyevi yeni prezident seçdi. İndi əsas düşündürücü məsələ Şövkət Mirziyoyevin hansı siyasi kursu izləyəcəyidir. MDB İnstitutunun Mərkəzi Asiya və Qazaxıstan şöbəsinin müdiri Andrey Qrozin Mirziyoyevin ilk növbədə iqtisadi məsələlərə diqqət ayıracağını hesab edir.
Rusiyalı politoloqun fikrincə, Mərkəzi Asiyada su resursları ilə bağlı mübarizə başlayacaqsa, o zaman Özbəkistan, Tacikistan və Qırğızıstan arasında sərhəd məsələsi üzərindəki mübarizə ikinci plana keçəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Pulu ödəyiblər, nüvə bombaları hazırdır!” - Pakistan qorxunc iddiaya cavab verdi

Pakistan xarici işlər nazirinin müavini Tasnim Aslam nüvə silahının satışı üzrə Səudiyyə Ərəbistanıyla razılaşmanın mövcudluğunu təkzib edib.

Pakistanlı diplomat “RİA-Novosti” agentliyinə müsahibəsində belə razılaşmanın olmadığını deyib. Diplomatın fikrincə, bu cür xəbərlərin əksəriyyəti Nyu-Dehlidən qaynaqlanır. “Biz həmişə nüvə silahının yayılmasına qarşı çıxmışıq. Pakistan hələ 1974-cü ildə Hindistan tərəfindən nüvə sınaqlarının keçirilməsinə kimi Cənubi Asiyada nüvə silahından azad zonanın yaradılmasını təklif edirdi”, - deyə Tasnim Aslam bildirib.

Qeyd edək ki, KİV-də Ər-Riyadın İslamabaddan nüvə silahı alacağı barədə xəbərlər dəfələrlə çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ağır artilleriya sərhəddə: MÜHARİBƏ BAŞLAYIR

Ukraynanın Donbas bölgəsindən həyacanlı xəbərlər gəlir. Separatçı “Donetsk Xalq Respublikası”nın (DXR) nümayəndəsi Eduard Basurin deyib ki, Ukrayna ordusu DXR-lə sərhədin müxtəlif ərazilərində ağır artilleriya və tanklar yerləşdirir. Məlumatlara görə, Ukrayna yeni müharibəyə başlamaq niyyətindədir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm