Dünyanı 9 günə dağıdacaq ADAM, müharibə və qan VƏDİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dünyanı 9 günə dağıdacaq ADAM, müharibə və qan VƏDİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

"Müharibələrə başlayacağıq, işğal və istila həyata keçirəcəyik",

ABŞ prezidenti Barak Obama vida nitqi söyləyib. Amerika KİV-i Rusiya agentlərinin ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı etibardan salan informasiyalara malik olduğunu iddia edib. Rusiyanın enerji sektoruna sanksiyalar tətbiq oluna bilər. Nursultan Nazarbayev qlobal müharibə xəbərdarlığı edib. Ankara-Bağdad münasibətlərində yumşalma başlanıb.

“2016-cı ildə Ermənistan böhran içində oldu. Həm daxili, həm də xarici uğursuzluqlar sürpriz deyildi. 2017-ci ildə də böhran davam edəcək, Ermənistan müstəqilliyi daha da zəifləyəcək və Rusiyanın təsiri artacaq”.

Bu barədə Londonda fəaliyyət göstərən “Janes Intelligence” analitik təhlükəsizlik mərkəzinin məqaləsində deyilir. Mərkəz 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözlənilən proseslərə də diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qazaxıstan prezidenti Nursultan Nazarbayev BMT Təhlükəsizlik Şurasına müraciətində qlobal müharibə xəbərdarlığı edib.

Nazarbayev əmindir ki, sülhün əldə edilməsi və müharibələrdən imtina XXI əsrdə bəşəriyyətin sağ qalmasının əsas məsələsidir. “Biz Təhlükəsizlik Şurasında Yaxın Şərq, Əfqanıstan, Koreya yarımadası və MDB məkanındakı münaqişələrin nizamlanmasına töhfəni vermək niyyətindəyik”, - deyə prezidentin müraciətində deyilir.

Qeyd edək ki, Qazaxıstan 2017-2018-ci il müddətinə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü vəzifəsini yerinə yetirəcək.

Türkiyənin Baş naziri Binəli Yıldırımın Bağdada səfəri Ankara-Bağdad münasibətlərini yumşalda bilib. Səfər zamanı Ankaranın türk əsgərinin Başika düşərgəsindən çəkilmək üçün Bağdad qarşısında qoyduğu şərt bundan ibarət olub ki, Mosul və Kərkük terrordan təmizlənməlidir.

İraqın Türkiyədəki səfiri Hişam Əli Əkbər İbrahim əl-Ələvi isə türk əsgərlərinin Mosul əməliyyatının bitməsindən sonra Başikadan çıxacağını bildirib. O, razılaşmanın iki ölkənin hökumət başçıları arasında əldə olunduğunu söyləyib.

Dünən isə İraqın Baş naziri Haydar əl-İbadi bildirib ki, türk əsgərləri İraqın şimalındakı Başika düşərgəsində qaldığı müddətdə Bağdad-Ankara əlaqələrində irəliləyiş olmayacaq.

ABŞ prezidenti Barak Obama Çikaqo şəhərində vida nitqi söyləyib. Dövlət başçısı 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə müvəffəqiyyətli olduğunu bildirib.

ABŞ-ın Rusiya və Çin kimi rəqiblərindən üstün olduğunu deyən Obama qeyd edib ki, öz dəyərlərindən imtina etmədikləri müddətdə bu üstünlük saxlanılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Keçmiş Amerika dəniz komandosu və müharibə əleyhdarı fəalı kimi tanınan Kennet Okeef isə Yaxın Şərq barədə qandondurucu etiraflar edib. O, Rusiyanın “Russian Today” (RT) kanalının canlı efirində ABŞ, İngiltərə və İsrailin İŞİD-ə verdiyi dəstəyi, Qərb ölkələrinin Yaxın Şərq və Türkiyə üzərində həyata keçirdiyi çirkin əməlləri şərh edib.

Onun sözlərinə görə, Yaxın Şərq siyasətinin nədən ibarət olduğunu anlamaq üçün Oded Yinonun “1980-ci illərdə İsrail üçün strategiya" başlıqlı hesabatını oxumaq lazımdır. Keçmiş dəniz komandosu hesab edir ki, İŞİD-in üzərində ABŞ-ın barmaq izlərini görməmək sadəlohvlükdən də yuxarıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moskvada Tramp barədə kompromatlar var? – Kreml cavab verdi

“Hill” nəşrinin yazdığına görə, Rusiya agentləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı etibardan salan informasiyalara malikdirlər. Bundan əvvəl CNN telekanalı anonim Amerika məmurlarına istinadən eyni iddia ilə çıxış edib.

“Buzfid” nəşri isə Rusiya xüsusi xidmət orqanlarının Trampa qarşı təxribat hazırlaması haqqında 35 səhifəlik hesabat dərc edib. Hesabatın müəllifi qəzetə açıqlamasında bəyan edib ki, Rusiya xüsusi xidmət orqanlarının keçmiş əməkdaşlarından biri ona Federal Təhlükəsizlik Xidmətinin Trampı izləməsi haqqında məlumat verib. Müəllif bu barədə məlumatı 2013-cü ildə əldə etdiyini söyləyib. Rusiya xüsusi xidmət orqanları özəlliklə, Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov sözügedən iddiaları “kriminal əsər”lə müqayisə edib. Onun sözlərinə görə, Tramp barədə dəlillərin Moskvada mövcudluğu haqqında bəyanatlar ikitərəfli münasibətlərə zərər vermək cəhdidir.

Trampın özü isə bu xəbərləri “cadugər ovu” adlandırıb. “Rusiya heç vaxt mənə təzyiqi göstərməyə çalışmayıb. Mən Rusiya ilə ən kiçik əlaqələrə malik deyiləm. Heç bir saziş, heç bir borc, heç nə yoxdur”, - deyə Tramp qeyd edib.

Rusiyanın əlində onunla bağlı dəlillərin olması barədə iddiaları şərh edən Tramp ABŞ-ı nasist Almaniyası ilə müqayisə edib. “Xüsusi xidmət orqanları tamaşaçıya bu saxta xəbərlərin çatmasına imkan verməməli idilər. Mənə daha bir atəş açılır. Biz nasist Almaniyasında yaşayırıq?”, - deyə Tramp yazıb.

Özünün “Facebook” səhifəsində Rusiya Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Mariya Zaxarova Tanrının dünyanı 7 günə yaratdığını, Barak Obama administrasiyasına onu yox etmək üçün 9 günün lazım olduğunu yazıb. “Hər gün Vaşinqtondan yeni xəbərlər oxuyuram. Rusiyaya münasibətdə yeni sanksiyalar, Suriyada başkəsənlərə zenit raket komplekslərinin tədarükü, xarici siyasətin bütün istiqamətlərində ağılsız zərərli fəaliyyətlər… Tanrı dünyanı 7 günə yaratdı. Obama administrasiyasına isə onu yox etmək üçün iki gün artıq zaman lazımdır”, – Zaxarova qeyd edib.

ABŞ mətbuatının yazdığına görə, Vaşinqtonun Rusiyanın enerji şirkətlərinə sanksiya tətbiq etmək istəyir. Xəbəri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, qlobal enerji bazarı bu sanksiyalardan çox şey itirəcək.

Peskov, həmçinin, Rusiya enerji sektorunun öz zərərlərini kompensasiya etmək üçün yol tapacağını da söyləyib.

Rusiya ABŞ-ın yeni administrasiyasından müsbət şeylər gözləsə də, deyəsən hər şey Moskvanın istədiyi kimi olmayacaq. ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə deyib ki, Rusiya beynəlxalq arenada ABŞ-ın maraqlarına etinasız yanaşır.

Onun sözlərinə görə, beynəlxalq arenada öz rolunun gücləndirilməsinə çalışan Rusiya ABŞ-ın maraqlarını diqqətə almır. “Rusiya təhlükəni təqdim edir. Amma onun şəxsi maraqlarını müdafiə etməsi gözlənilməz deyil. Rusiyanın ambisiyaları haqqında onun açıq və dürüst dialoq lazımdır”, - deyə dövlət katibi postuna namizəd bildirib.

Rusiyanın Liberal Demokratik Partiyasının lideri Vladimir Jirinovski avtoxuliqanların sürgün edilməsini təklif edib. Siyasətçi Cinayət Məcəlləsinə düzəlişlərin edilməsinin vacib olduğunu deyib.

Beləliklə, Jirinovski “Gelandewagen”lə qalmaqallı küçə yarışlarının iştirakçısı, erməni Mara Baqdasaryan barəsində verilən məhkəmə hökmünü şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə nümayəndə heyəti gələn ay İsrailə rəsmi səfər edəcək. Türkiyə Ədliyyə naziri Bəkir Bozdağ İsrailə ilk səfərin 7-8 fevral tarixlərində reallaşacağını deyib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm