Qarabağ üçün GİZLİ SAZİŞ: dəhşətli savaş bu həftə başlanır – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Qarabağ üçün GİZLİ SAZİŞ: dəhşətli savaş bu həftə başlanır – HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Bu, Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının gizli bəndlərindən biridir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Nazirlər Kabinetinin iclasında dediyi fikirlər Ermənistanda ciddi qorxuya səbəb olub. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp seksual qalmaqalla üz-üzə qalıb. İddiaya görə, Rusiya agentləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı etibardan salan informasiyalara malikdirlər. ABŞ ordusu “soyuq müharibə” illərindən sonra ilk dəfə Rusiya sərhədinə çatıb. Koreya yarımadasında vəziyyət gərginləşir.

Bakı və Moskva arasında GİZLİ SAZİŞ: Qarabağ bu şərtlə qaytarılacaq

Rusiyalı politoloq Vitali Arkovun iddiasına görə, Azərbaycanın Avrasiya İqtisadi İttifaqı ilə yaxınlaşmasına dair “yol xəritələri”nin hazırlanması Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasının gizli bəndlərindən biridir.

Onun sözlərinə görə, Rusiya, Qazaxıstan, Belarus, İran və Türkiyə münaqişənin həlli üçün Azərbaycan və Ermənistanın diplomatik idarələri ilə işləyir. V. Arkov hesab edir ki, münaqişə zonasında sülhməramlıların yerləşdirilməsi Azərbaycan və Ermənistan hərbiçiləri arasında toqquşmaları minimuma sala bilər.

Erməni politoloq İqor Muradyanın proqnozlarına görə, Qafqaz və Qara dəniz bölgəsi yeni müharibənin məkanı ola bilər. O, ABŞ-da Donald Trampın prezident seçilməsini “kiçik inqilab” adlandırıb. Erməni politoloqun fikrincə, Qafqaz-Qara dəniz bölgəsi qarşıdurmanın yeni məkanıdır. İ.Muradyan bildirib ki, müharibə olacaqsa, bunun mütləq Dağlıq Qarabağdan başlayacağını proqnozlaşdırmaq mümkündür.

“2016-cı ildə Ermənistan böhran içində oldu. Həm daxili, həm də xarici uğursuzluqlar sürpriz deyildi. 2017-ci ildə də böhran davam edəcək, Ermənistanın müstəqilliyi daha da zəifləyəcək və Rusiyanın təsiri artacaq”. Bu barədə Londonda fəaliyyət göstərən “Janes Intelligence” analitik təhlükəsizlik mərkəzinin məqaləsində deyilir. Mərkəz 2017-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı gözlənilən proseslərə də diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Prezident İlham Əliyevin Nazirlər Kabinetinin iclasında yekun nitqində dediyi fikirlər Ermənistanda ciddi qorxuya səbəb olub. Azərbaycan prezidenti torpaqlarımızda ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verilməyəcəyini açıqlayıb. Dövlət başçısı Azərbaycanın ərazi bütövlüyünü istənilən vaxt hərbi yolla bərpa edilə biləcəyini vurğulayıb.

Azərbaycan liderinin bu bəyanatları düşmən tərəfində ciddi narahatlıq yaradıb. Ermənistan mediasının gündəmini təhlil edərkən bunu aydın görmək olar. Erməni politoloq Serqey Minasyan bildirib ki, Qarabağda toqquşmalar mümkündür. Erməni jurnalist Naira Ayrumyan isə hazırda Bakının əlinin güclü olduğunu yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti Barak Obama yanvarın 10-da Çikaqo şəhərində vida nitqi söyləyib. Dövlət başçısı 8 illik prezidentliyi dövründə başda iqtisadiyyat olmaqla, bir çox sahələrdə müvəffəqiyyətli olduğunu bildirib. ABŞ-ın Rusiya və Çin kimi rəqiblərindən üstün olduğunu deyən Obama qeyd edib ki, öz dəyərlərindən imtina etmədikləri müddətdə bu üstünlük saxlanılacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Hakimiyyətdən getməsinə sayılı günlər qalan Barak Obama administrasiyası Rusiya ilə münasibətləri gərginləşdirmək üçün əlində olan bütün vasitələrdən istifadə edir. ABŞ Maliyyə Nazirliyi yanvarın 9-da “Maqnitski aktı” əsasında Rusiyanın 5 vətəndaşına sanksiya tətbiq edib.

Qara siyahıya Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin (Ədliyyə generalı – red.) düşüb. Siyahıda həmçinin Andrey Luqovoy, Dmitri Kovtun, Stanislav Qordiyevski, Gennadi Plaksinin adı yer alıb.

ABŞ senatorları Rusiya barəsində hərtərəfli sanksiyalar paketi hazırlayıb. ABŞ Senatının respublikaçı senatoru Con Makkeyn, demokrat senatorlar Ben Kardin və Robert Menendes seçki prosesinə qarışmasına görə Rusiyaya qarşı yeni sanksiyalar paketinin hazır olduğunu bəyan ediblər. ABŞ mətbuatının yazdığına görə, Vaşinqtonun Rusiyanın enerji şirkətlərinə sanksiya tətbiq etmək istəyir. Xəbəri şərh edən Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov söyləyib ki, qlobal enerji bazarı bu sanksiyalardan çox şey itirəcək.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (MKİ), Federal Təhqiqatlar Bürosu (FTB) və Milli Təhlükəsizlik Agentliyində (NSA) Rusiya müəmması dərinləşir. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp yanvarın 11-də keçirdiyi mətbuat konfransında deyib ki, haker hücumlarında Rusiyanın iştirakı haqqında iddia ilə razılaşır.

Amerika KİV-inin yazdığına görə, Rusiya agentləri ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampı etibardan salan informasiyalara malikdirlər. İddiaya görə, Rusiya xüsusi xidmət orqanları Trampın fahişələri dəvət etdiyi “Ritz Çarlton” otelini dinləyiblər. Məlumata görə, yeni prezident Rusiyaya səfərləri zamanı elit fahişələrlə “eyş-işrət” məclisləri qurub. Trampın özü isə bu xəbərləri “cadugər ovu” adlandırıb.

“Forbes” jurnalı yazı ki, Donald Trampla əlaqədar gizli məlumatları ortaya çıxaran şəxs keçmiş ingilis agentidir. Bu haqda “Forbes” jurnalı yazıb. Nəşrin yazdığına görə, 52 yaşındakı Kristofer Steel adlı keçmiş MI6 (İngiltərənin Xarici Kəşfiyyat Xidməti - red,) agenti hazırda Londonda “Orbis” adlı xüsusi təhlükəsizlik şirkətini idarə edir. Jurnal onun 1990-cı ildə İngiltərənin Moskva səfirliyində ikinci katib olaraq çalışdığını, ancaq kəşfiyyatda MI6 agenti olaraq tanındığını yazıb.

Rusiya prezidenti Vladimir Putinin dostu kimi tanınan ABŞ dövlət katibi postuna namizəd Reks Tillerson Senatda keçirilən dinləmələrdə Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsaslara malik olmadığını deyib. “Krımın Rusiyaya birləşdirilməsinin qanuni əsasları yoxdur. Bu, ərazinin tutulması idi”, - deyə o bildirib.

Tillerson bildirib ki, Ukraynaya bütün hərbi güclərini şərq sərhədlərində cəmləməyi məsləhət görür. Dövlət katibi postuna namizəd qeyd edib ki, Amerika Kiyevə münaqişənin gedişatında silah yardımı göstərə bilər.

Putin üçün dəhşətli savaş başlayır: Kremli şoka salan BÖYÜK SAZİŞ

Prezident seçilməsindən sonra keçirdiyi ilk mətbuat konfransında Donald Trampın, həm də ABŞ dövlət katibi postuna namizəd olan Reks Tillersonun Senatda keçirilən dinləmələrdə səsləndirdiyi bəyanatlar Rusiyanın gözləntilərini doğrultmadı. Trampın seçkiqabağı kampaniyası zamanı Rusiya ilə bağlı vədlərə uyğun olaraq, Moskva Ağ Evin yeni administrasiyasından müsbət addımlar gözləyirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Şərqi və Mərkəzi Avropanın 17 məşhur siyasətçisi ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa açıq məktubla müraciət ediblər. Siyasətçilər Trampın Rusiya ilə yaxınlaşmasının böyük təhdid olduğunu bəyan ediblər. Onların fikrincə, Trampın Rusiya ilə yaxınlaşması Şərqi Avropada destabilizasiyaya səbəb olacaq.

ABŞ ordusu “soyuq müharibə” illərindən sonra ilk dəfə Rusiya sərhədinə çatıb. ABŞ-ın hərbi qulluqçuları “Atlantika qətiyyəti” (Atlantic Resolve) əməliyyatı çərçivəsində Polşaya gəliblər. Briqada ölkədə 9 ay qalacaq. Amerika hərbçiləri Avropa müttəfiqləri ilə birgə təlimlərdə iştirak edəcəklər. Briqada döyüş qrupunun tərkibinə 4 min hərbi qulluqçusu, 87 “Abrams M1A1” tankı, 18 “Paladin” özüyeriyən qaubitsası, 400-dən çox “Humwee” döyüş avtomobili, həmçinin 144 “Bradley” PDM-i daxildir.

ABŞ hərbi qüvvələrinin Rusiya sərhədlərində yerləşdirilməsinə Moskvadan sərt reaksiya verilib. Kremlin sözçüsü Dmitri Peskov bunun Moskna tərəfindən hərbi təhlükə kimi qəbul edildiyini bildirib.

Türkiyənin rəsmi orqanlarının CHP lideri Kamal Kılıçdaroğluna etdiyi xəbərdarlığa görə, İŞİD siyasətçiyə qarşı sui-qəsd planlayıb. Türkiyə KİV-inin yazdığına görə, ölkənin baş naziri Binəli Yıldırım Kılıçdaroğluna sui-qəsdin ola biləcəyini deyib. Daha sonra partiya sədrinə dövlət tərəfindən 4,5 ton ağırlığında zirehli avtomobil verilib.

“Hüriyyet” qəzetinin yazarı Abdulkadir Selvi İŞİD-in planlaşdırdığı sui-qəsdin detallarını yazıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Prezident Sarayında təşkil edilən 9-ci Səfirlər Konfransında ABŞ-ı sərt tənqid edib. O, ABŞ-a “dost” deməyə dilinin gəlmədiyini bildirib.

Türkiyə prezidenti bəzilərinin İŞİD terroru üzərindən islam düşmənçiliyi etdiyini söyləyib: “Müsəlmanların ibadət və iş yerlərinə hücumların artdığının şahidi oluruq. Açıq və dəqiq söyləyirəm, bu, odla oynamaqdır”.

Suriya prezidenti Bəşər Əsəd Qazaxıstanın Astana şəhərində keçirilməsi planlaşdırılan Suriya ilə bağlı toplantı öncəsi açıqlama verib. Suriya lideri sülh danışıqlarında istənilən mövzunu müzakirə etməyə hazır olduğunu söyləyib.

Əsəd konstitusiyaya dəyişikliklər üçün təklif olunan referenduma da yaşıl işıq yandırıb. O bildirib ki, Astanada keçiriləcək danışıqlarda əsas mövzulardan biri də konstitusiya olmalıdır. Qeyd edək ki, Türkiyə, İran və Rusiyanın vasitəçiliyi ilə Astana sülh danışıqlarının yanvarın 23-də keçirilməsi planlaşdırılıb.

Yanvarın 23-də Astanada başlanacaq Suriya üzrə danışıqlara ciddi hazırlıq gedir. Danışıqlarda BMT və ABŞ-ın nümayəndələri də iştirak edəcəklər. Türkiyə Xarici İşlər naziri Mövlud Çavuşoğlu söyləyib ki, bu razılı Türkiyə və Rusiya arasında əldə olunub. “Heç kim ABŞ-ın bu məsələdə rolunu inkar edə bilməz. Bu, Türkiyənin prinsipial mövqeyidir. Burada Suriyada sülhə imkan yarada biləcək hər kəs olmalıdır”.

ABŞ Dövlət Departamentinin sözçüsü Mark Toner isə Astana görüşündə iştirakla bağlı rəsmi dəvət almadıqlarını bildirib.

Putindən “kürəyə zərbə”: Türkiyənin düşmənləri ilə GİZLİ SÖVDƏLƏŞMƏ

Suriya münaqişəsinin həlli üçün keçiriləcək Astana görüşünə günlər qaldığı bir vaxtda Rusiyanın “Sputnik” xəbər agentliyi şok bir iddia ortaya atıb. Agentliyə görə, Dəməşq PKK terror təşkilatının Suriya qolu PYD/YPG-yə daxil olmayan kürd siyasətçilərlə danışıqlar aparır. Agentliyin iddiasına görə, danışıqlar Rusiyanın vasitəçiliyi ilə keçirilib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin “Takvim” qəzetinin yazarı Ergün Diler şok bir iddia ilə çıxış edib. Dilerin anonim mənbəyə istinadən irəli sürdüyü iddiaya görə, Türkiyənin İncirlik hərbi hava bazasına xüsusi qrup gətirilib. “Keçdiyimiz günlərdə çox xüsusi bir qrup İncirliyə endi. Xüsusi təyyarə ilə gəldilər. Neçə nəfərin olduğunu dəqiq olaraq öyrənə bilmədim. Amma gəldilər. Gələnlər hərbi sui-qəsd qrupu idi”, - deyə o bildirib.

Yazar qrupun əsas vəzifəsini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qərb Kipr məsələsi üzərində Türkiyəyə qarşı hərəkətə keçib. İki gün əvvəl Cenevrədə Kiprin birləşdirilməsi üzrə beynəlxalq konfransda Ankaranın qarşısına bəzi qəbulolunmaz şərtlər qoyublar. Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu isə Avropa İttifaqının Kiprin təhlükəsizliyinin zamini olmasına qarşı çıxıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İranın Ali Dini Şurasının sədri, ölkənin keçmiş prezident Əli Əkbər Haşimi Rəfsəncani yanvarın 8-də dünyasını dəyişib. Onun ölüm xəbərindən sonra xalq küçələrə çıxıb. “Öldürüldü” şüarları səsləndirən insanlar sabiq prezidentin vəfat etdiyi xəstəxana qarşısında toplanıblar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Maydan hadisələrindən sonra Ukraynadan qaçan siyasətçilər isə Kiyevin indiki hökumətindən əl çəkmək niyyətində deyillər. Ukraynanın keçmiş baş naziri, hazırda Rusiyada yaşayan Nikolay Azarov bu ölkənin “İzvestiya” nəşrinə bildirib ki, “Ukraynanın Qurtuluşu Komitəsi” 2014-cü ildə Ukraynada dövlət çevrilişi faktını tanıyan Moskva məhkəməsinin qərarından sonra beynəlxalq məhkəmələrə müraciət edəcək.

Sabiq baş nazir həmçinin bildirib ki, mühacirətdə Ukrayna hökumətinin yaradılmasını tamamilə real hesab edir. O əlavə edib ki, ölkədə bunun üçün lazımı ilkin şərtlər yaranmalıdır.

Koreya yarımadasında vəziyyət gərgin olaraq qalır. Vaşinqton Koreya Xalq Demokratik Respublikasının (Şimali Koreya) ərazisindən buraxılmış raketləri vurmaq niyyətindədir. Bunu ABŞ Müdafiə Nazirliyinin (Pentaqon) başçısı Eşton Karter NBC telekanalına müsahibəsində deyib. Karter nüvə silahı və ballistik raketlərin yaradılması üzrə Pxenyanın proqramlarını ABŞ və onun müttəfiqləri üçün “ciddi təhdid” adlandırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Pxenyan Vaşinqtonun hədələri qarşısında geri çəkilmək niyyətində deyil. Şimali Koreya hökuməti bəyanat verib ki, istənilən an qitələrarası ballistik raketi sınaqdan keçirilə bilər. Bəyanatda raketin ölkə başçısının seçəcəyi istənilən nöqtədən buraxılma imkanının olduğu bildirilib.

ABŞ vətəndaşlarının əksəriyyəti Üçüncü Dünya müharibəsinin tezliklə başlayacağına əmindirlər. Bu nəticə “YuQov” şirkətinin apardığı sorğudan sonra ortaya çıxıb. Amerikalıların 64, britaniyalıların isə 61 faizi Üçüncü Dünya müharibəsinin başlayacağına inandıqlarını bildiriblər.

Rusiyanın özü isə ilhaq etdiyi Krım yarımadasınma “Triumf” S-400 zenit-raket sistemləri yerləşdirib. Bu haqda Rusiya Silahlı Qüvvələrinin Cənub hərbi dairəsinin mətbuat xidməti bildirib.

Vətənində keçirilən parlament seçkilərində uduzan, ardında Ukraynanın Odessa vilayətinin qubernatoru vəzifəsini itirən Gürcüstanın keçmiş prezidenti Mixail Saakaşvili növbəti zərbə alıb.

“Vahid Milli Hərəkat”dan parlamentə seçilmiş 21 deputat dünən rəsmən partiyanı tərk edərək yeni siyasi təşkilatın yaradıldığını elan ediblər. Təşkilatın adı hələ məlum deyil.

Partiyanı tərk edən deputatlar parlamentdə iki - “Avropa Gürcüstanı” və “Ən yaxşı gələcək üçün Avropa Gürcüstanı” fraksiyalarında təmsil olunacaqlar.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm