Torpaqlar bu tarixdə işğaldan azad ediləcək: maksimum 3 ayda… - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Torpaqlar bu tarixdə işğaldan azad ediləcək: maksimum 3 ayda… - GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistanın canından ikinci “aprel müharibəsi” qorxusu hələ çəkilməyib.

Ermənistanın canından ikinci “aprel müharibəsi” qorxusu hələ çəkilməyib. Ankara İstanbuldakı “Reina” klubuna hücumda kəşfiyyatın iştirak etdiyini açıqlayıb. Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır. Kiyev Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırmaq niyyətindədir. Türkiyəyə məxsus yük təyyarəsi Qırğızıstanda qəzaya uğrayıb.

Qarabağda “ikinci aprel”: Ermənistanda müharibə qorxusu

Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür.

Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib. Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar prosesi heç nəyi dəyişdirməyəcək:

“ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması ilə bağlı real məşğul olmur, sadəcə olaraq, gərginliyi azaltmağa çalışır. Lakin gərginlik artacaq. Mən böyük müharibə görmürəm, lakin ciddi toqquşmaların baş verdiyi müharibə istisna deyil”, - deyə erməni politoloq bildirib.

Yeni il gecəsi İstanbulda “Reina” klubuna hücumda kəşfiyyat iştirak edib. Bu haqda Türkiyə baş nazirinin müavini Numan Kurtulmuş deyib. Baş nazirin müavini hansı ölkənin kəşfiyyat xidmətindən söhbətin getdiyini dəqiqləşdirməyib. Siyasətçinin sözlərinə görə, hücum peşəkarlıqla hazırlanıb. Kurtulmuş digər təfərrüatları açıqlamayıb.

Qeyd edək ki, özbək əsilli Abdulqadir Maşaripovun “Reina” gecə klubunu hücumu nəticəsində 39 nəfər ölüb, 65-i yaralanıb. Terror hücumuna görə məsuliyyət İŞİD terror qruplaşması öz üzərinə götürüb.

Bu gün Türkiyədə daha bir terror aktı törədilib. Diyarbəkr bölgəsində çevik polis qüvvələrinə edilən silahlı hücum nəticəsində 3 polis şəhid olub, 3-ü yaralanıb. Hücumu terrorçu PKK silahlılarının törətdiyi ehtimal edilir.

Cümhuriyyətçi Xalq Partiyası (CHP) konstitusiya dəyişiklikləri üçün keçiriləcək referenduma etiraz olaraq Konstitusiya Məhkəməsinə müraciət edəcək. CHP-li millət vəkili Özgür Özəlin sözlərinə görə, partiya ikinci turun nəticələrindən sonra qərar verəcək: “Əgər ikinci turda 330 millət vəkili konstitusiya dəyişikliklərinin lehinə səs verərsə, Konstitusiya Məhkəməsinə üz tutacağıq”.

“Putin nüvə silahını ixtisar edərsə...” – Trampdan təklif

Donald Tramp Britaniyanın “Times” qəzetinə müsahibəsində deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq", - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yanvarın 20-dən sonra postunu təhvil verməyə hazırlaşan Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan isə bildirib ki, Donald Tramp Rusiyanın potensialını və dünyada yaratdığı təhlükələri tam anlamır. Onun sözlərinə görə, Tramp Rusiyaya qarşı sanksiyaların qədrini bilməlidir.

Almaniya Xarici İşlər naziri Frank Valter Ştaynmayer Brüsseldə NATO baş katibi ilə görüşdükdən sonra söyləyib ki, Donald Trampın NATO ilə bağlı sözləri Alyans rəhbərliyində narahatlıq yaradıb. O, bu narahatlığın təkcə Brüsseldə olmadığına inandığını bildirib. Qeyd edək ki, “Tayms” qəzetinə müsahibəsində Tramp NATO-nu köhnəlmiş təşkilat adlandırıb.

ABŞ-nın yeni seçilmiş prezidentinin özü Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib. Onun sözlərinə görə, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub.

Donald Tramp Böyük Britaniyanın “The Times” və Almaniyanın “Bild” qəzetlərinə müsahibəsində bildirib ki, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli humanitar vəziyyətin yaranmasına səbəb olub: “Bu, çox pisdir. Dəhşətdir. Hələbdə dəhşətli humanitar durum yaranıb”.

D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

ABŞ-ın yeni prezidenti olaraq Donald Trampın xarici siyasəti necə olacaq? Bu suala tam olaraq hələ cavab verilməyib. Amma milyarderin prezident seçkilərindən sonra keçirdiyi ilk mətbuat konfransında səsləndirdiyi bəyanatlar müəyyən ehtimalları irəli sürməyə imkan verir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Donbas payızda işğaldan azad olunacaq

Donbassın separatçıların və Rusiya hərbçilərinin işğalından azad olunması prosesi 2017-ci ilin payızında başlanmalıdır. Bunu "Espreso.TV"nin efirində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Georgi Tuka deyib.

O bildirib ki, Rusiyanın iqtisadi dəstəyi olmasa, Ukrayna hökumətinə regionda qayda-qanun yaratmaq üçün maksimum üç ay vaxt lazım gələcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko Xarici İşlər Nazirliyinə Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırılması barədə tapşırıq verib.

Poroşenkonun iddiasına görə, Rusiya terrorizmin maliyyələşdirilməsinə dair BMT Konvensiyasını pozub.

“Rusiya üç ildir beynəlxalq hüququ kobud pozur, Krımın qanunsuz zəbtini həyata keçirir, Luqansk və Donetsk vilayətlərində qanunsuz işğalı, Krımın məhvi və diskriminasiya siyasətini reallaşdırır”, - deyə dövlət başçısı vurğulayıb.

Kreml Putinin “keçmiş SSRİ” planını AÇIQLADI

"Rusiyada heç vaxt ərazi ambisiyaları olmayıb. Krımın zəbt edilməsi ərazi ambisiyası deyildi. İki milyon insan öz həyatlarını ekstremistlərin təhlükəsindən xilas etməyə çalışırdı”.

Bunu NBC televiziya şirkətinə müsahibəsində Kremlin sözçüsü Dmitri Peskov deyib.

“Bizdə prezident Vladimir Putinin coğrafi planı var. Plan keçmiş SSRİ ərazisində inteqrasiya mexanizmlərini nəzərdə tutur. Plan iqtisadi əməkdaşlığın yaradılmasına hesablanıb. Onun mahiyyəti kiminsə ərazilərin tutulması deyil”, - deyə Peskov bildirib.

Honkonqdan gələn ACT Hava Yolları şirkətinə məxsus yük təyyarəsi Qırğızıstanın paytaxtı Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb.

Qəza nəticəsində ölənlərin sayı 42-yə çatıb. Onlardan 37-si təyyarə düşən qəsəbənin sakinləri, 5-i ekipaj üzvüdür. Qəza nəticəsində xəsarət alan 11 nəfər xəstəxanalara yerləşdirilib.

Qırğızıstanın baş nazirinin müavini, qəza ilə bağlı yaradılmış hökumət komissiyasının rəhbəri Muhammetkalıy Abulqazıyev bildirib ki, ilkin məlumatlara görə, qəzanın səbəbi pilotların səhvi ola bilər.

“Amma hər şey araşdırmadan sonra məlum" olacaq”, - deyə o bildirib.

Komissiya rəhbəri qeyd edib ki, təyyarənin pilotları daha əvvəl “Manas” bazasına eniş həyata keçirmişdilər və aeroportu yaxşı tanıyırdılar.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm