Bakıdan Moskvaya Qarabağ MESAJI: Azərbaycanın ərazi bütövlüyü... - GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Bakıdan Moskvaya Qarabağ MESAJI: Azərbaycanın ərazi bütövlüyü... - GÜNÜN SİYASİ XÜLASƏSİ

Buna paralel olaraq, Azərbaycan Ordusu cəbhədə düşmənə mesaj verdi.

Türkiyədə 39 nəfərə 2017-ci ilin ilk gününü görməyə imkan verməyən terrorçu 16 gün sonra nəhayət ki, ələ keçirildi. Günə bu xəbərlə başlasaq da, Sarkisyanın özünü güllələməsindən tutmuş, Lavrovun yüzlərlə jurnalisti başına toplayıb verdiyi mesajlara qədər bir çox informasiya ilə qarşılaşdıq. Azərbaycan Prezidenti İlham Əliyevin nazirlərə iradı isə ölkə daxilində siyasi gündəmə damğasını vurdu.

Prezident Administrasiyasının xarici əlaqələr şöbəsinin müdiri Novruz Məmmədovun “Facebook” hesabında yazdıqlarından belə anlaşıldı ki, Dağlıq Qarabağın KVN komandalarının beynəlxalq festivalın iştirakçılarının siyahısından çıxarılması ilə bağlı atılan addımlar yalnız ölkə başçısısının tapşırığından sonra edilib.

“Amma nazirliklər bu addımları ölkə başçısının tapşırığından sonra atdıqlarını qeyd etsəydilər, onda ədalətli olardı”, - deyə PA rəsmisi vurğulayıb.

Qeyd edək ki, “KVN” Beynəlxalq İttifaqı və “AMİK” televiziya yaradıcılıq birliyi Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim adından fəaliyyət göstərən “С хлебом и солью” və “DeleYaman” KVN komandalarını yanvarın 10-23-də Soçidə keçirilən 28-ci Beynəlxalq KVN festivalına dəvət edib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı açıqlaması da xüsusi diqqət çəkdi.

Lavrovun 2016-cı ilin yekunlarına həsr etdiyi konfransa 160 yerli, 300 xarici jurnalist qatılmışdı.

Qarabağdan danışan Lavrov bunun Azərbaycanın daxili işi olmadığını qeyd edərək, dolayısı ilə yanlış mövqe sərgilədi. Lakin onu da qeyd etdi ki,
“Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir”.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Bakının buna sərt cavabı gecikmədi. Bakıda Lavrovu qəbul edərkən ona ən yüksək qonaqpərvərlik göstərən, “Böyük stəkanda çay gətirin” deyə rusiyalı həmkarının çayı belə necə içdiyindən xəbərdar olduğu mesajını verən xarici işlər naziri Elmar Məmmədyarov nümayiş etdirdi ki, milli maraqlar şəxsi münasibətlər və diplomatiyanın fövqündə dayanır.

“Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq”, - Azərbaycan XİN rəhbəri bildirdi. Bakı bununla həm də Rusiyaya mesaj verirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Buna paralel olaraq, Azərbaycan Ordusu cəbhədə düşmənə mesaj verdi. Müdafiə Nazirliyinin məlumatına görə, cəbhəboyu zonada yerləşən hərbi hissələrin minaatan bölmələrinin döyüşə hazırlıq səviyyəsi yoxlanılır.

Dağ-meşəlik və düzənlik ərazilərdə keçirilən praktiki məşqlərə cəlb olunan heyətlər 120 millimetrlik özüyeriyən CARDOM minaatan komplekslərindən şərti düşmənin yüngül zirehli texnikası, canlı qüvvəsi və atəş nöqtələrini imitasiya edən, eləcə də təbii maneələrin arxasında yerləşən və müşahidə edilməyən digər hədəfləri məhv etmək tapşırıqlarını yerinə yetirir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ BAŞLAYIR

Ukrayna böhranından sonra Qara dəniz bölgəsi ABŞ-Rusiya qarşıdurmasının yeni məkanına çevrilib.

Rusiya hələ 2014-cü ildə Qara dənizə döyüş gəmiləri, yeni raket sistemləri və 400 kilometr hədəfi vura bilən S-400 raket komplekslərini yerləşdirdi. Buna cavab olaraq, ABŞ Rumıniyanın Qara dəniz sahilində Köstencə limanındakı “Mixail Koqalniceanu” hərbi hava bazasında əsgərlərin sayını artırdı.

Bununla yanaşı, ABŞ Rusiyanın etirazına baxmayaraq, Rumıniyada raketdən müdafiə sistemlərini aktivləşdirdi. Vaşinqton yenilənən radar sistemlərinə və SM-2 raket əleyhinə olan sistemlərinə 800 milyon dollar xərcləyib. ABŞ-ın son 20 ildə ən böyük hərbi kontingentini NATO-nun şərq sərhədlərinə, yəni Rusiyaya yaxın bölgəyə daşıyacağı gözlənilir.

Artıq yüzlərlə tank və hərbi texnika Polşa-Rusiya sərhədinə göndərilib. Fevralda 4 min amerikalı əsgər də bu bölgəyə gələcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs saxlanılıb.

"Əbu Muhammed Xorasani" kod adlı terrorçu Abdulkadir Maşaripov əməliyyat-axtarış tədbirləri nəticəsində Esenyurt rayonunda yaxalandığı bildirilir. Onunla birgə daha 3 nəfər tutulub.

“Reina” gecə klubunda qətliam törədən terrorçu Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripov tutulduqdan sonra hər şeyi etiraf edib. İstanbul valisi Vasip Şahin açıqlayıb ki, terrorçu günahını etiraf edib və hücumun İŞİD-in əmri ilə etdiyini bildirib.

Həbs olunan terrorçu Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub, Əfqanıstanda təlim keçib. 4 dil bilir. Türkiyəyə 2016-cı ilin yanvar ayında gəldiyi ehtimal olunur.

Türkiyə polisi terrorçunu tutmaq üçün 7 min 200 saatlıq kamera görüntülərini araşdırıb. Əməliyyata ümumilikdə 2 min polis cəlb edilib. Məlumata görə, terrorçu əvvəlcə Başakşehirdə ev tutub. Daha sonra bir neçə ev dəyişdirərək, gizlənməyə çalışıb

Qeyd edək ki, Yeni il gecəsi naməlum şəxsin İstanbulun Ortaköy rayonunda yerləşən “Reina” gecə klubuna etdiyi hücum nəticəsində 16 nəfər əcnəbi olmaqla, ümumilikdə 39 insan ölüb.

Rusiya xarici işlər naziri Sergey Lavrov 2016-cı ilin yekunları ilə bağlı ənənəvi mətbuat konfransı keçirib . Konfransda Rusiyadan 160, xarici ölkələrdən 300 jurnalist iştirak edib.

Bütün ölkələrlə bərabərhüquqlu münasibətlərə önəm verdiklərini deyən S.Lavrov qeyd edib ki, Rusiya xaricdən dəyər idxal etmir. “Demokratiya və dəyərlərin ixracı yaxşı heç nəyə gətirmir. Buna nümunə kimi “ərəb baharı” və Ukraynanı göstərmək olar”, - deyə o bidirib.

Rusiyanın XİN rəhbəri həmçinin Balkanlarda müharibə təhlükəsi, rus hakerlərinin ABŞ-dakı seçkiyə müdaxiləsi haqqında iddialar, NATO qüvvələrinin Baltikyanı bölgəyə yerləşdirilməsi, Suriya münaqişəsi və ABŞ-ın yeni prezidenti Donald Tramp ilə komandasının bəyanatlarının sərtləşməsini şərh edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Abxaziya və Cənubi Osetiyaya girən Rusiya beynəlxalq nizamın düşmənidir. Bunu “Amerikanın səsi” radiosuna müsahibəsində amerikalı general Devid Petreus söyləyib.

“Tramp tərəfindən milli təhlükəsizliklə bağlı toplanmış komanda Vladimir Putinin ABŞ-ın dostu olmadığı fikri ilə razılaşır. O hətta bir neçə istiqamətdə bizim və beynəlxalq nizamın düşmənidir. Məhz Rusiya Abxaziya, Cənubi Osetiya, Krım, Donbasa daxil olub, Belarusda aviabaza tikdirib, Moldovada 1500 əsgər yerləşdirib. Əgər Rusiyanın ətrafına baxsaq, onun yenidən keçmiş SSRİ-ni bərpa etmək cəhdini görə bilərik. Buna görə də Putin tərəfindən Avrasiya İttifaqı istifadə edilir” – deyə o bildirib.

CNN televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Con Kerri ABŞ və Rusiya münasibətlərində problemlərin Rusiyanın rəhbərliyi ucbatından yarandığını deyib. “Problemlər olurdu. Bunlar Vladimir Putin tərəfindən məhz Ukrayna, Krım və Suriyada yaradılmışdı”, – o qeyd edib.

Kerri həmçinin tərəflərin bütün problemlərin öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

Donald Tramp prezidentlik müddətinin sonuna qədər öz kreslosunda qalmayacaq. Bu sözləri “Facebook” səhifəsində rusiyalı ekspert Slava Rabinoviç paylaşıb. O, Trampı ABŞ vitse-prezidenti Mayk Pensin əvəz edəcəyini bildirib:

“Növbəti ABŞ Prezidenti Mayk Pens olacaq. O, bu vəzifəyə 2020-ci ildən bir qədər əvvəl gətiriləcək. Ona görə ki, Trampa qarşı prezidentlik müddəti başa çatmamış impiçment elan edilə bilər. Bunun üçün isə kifayət qədər arqument var”.

Ermənistanın “Joxovurd” qəzetinin yazdığına görə, ölkə prezidenti Serj Sərkisyana hücum olub.

“Bizdə olan məlumata görə, insidentdən sonra prezident iqamətgahının mühafizəsi gücləndirilib. uyğun olaraq, Ermənistan prezidenti və digər yüksək vəzifəli şəxslər yanvarın 6-da Eçmiədzində Yeni il tədbirlərində iştirak etməli idilər. Sərkisyan ənənəni bu il pozdu. Mənbənin məlumatına görə, gözlənilməz məzuniyyət prezidentin səhhətindəki problemlərlə bağlıdır, lakin Sərkisyanın bununla potensial təhlükələri özündən uzaq tutmaq istəməsi də istisna edilmir”, – deyə, qəzet yazıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm