“Yeni SSRİ”nin sərhədləri, Qarabağda MÜHARİBƏNİN... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

“Yeni SSRİ”nin sərhədləri, Qarabağda MÜHARİBƏNİN... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İnsanları bəzilərinə hədiyyə vermək normal ola bilər.

Rusiya xarici işlər naziri Sergey Lavrovun dünən keçirdiyi mətbuat konfransında Dağlıq Qarabağ münaqişəsi ilə bağlı verdiyi bəyanat hələ də müzakirə mövzusudur. Ermənilər Qarabağda müharibə və lokal toqquşma riskinin böyük olduğunu bildirirlər. Putin “Yeni SSRİ”nin sərhədlərini genişləndirir. İki gün əvvəl tutulan “Reina" terrorçusu barədə yeni detallar üzə çıxıb.

Rusiya xarici işlər naziri Sergey Lavrov dünən keçirdiyi mətbuat konfransında gözlənilməz bəyanat verdi: “Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın daxili işi deyil”.

Lavrovun bu açıqlama ilə hansı mesajlar verdiyi maraqlıdır. Xüsusilə Azərbaycan-Rusiya münasibətlərinin yüksək olduğu, Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı Rusiyanın fəallaşdığı və beynəlxalq siyasətdə yaranmış şərtlər fonunda Moskvanın anti-Bakı mövqeyi sərgiləməsi suallar doğurur. Azərbaycan Strateji Tədqiqatlar Mərkəzinin rəhbəri, politoloq Natiq Miri və Qərb Universitetinin professoru, politoloq Fikrət Sadıqov Rusiya xarici işlər nazirinin bəyanatını şərh ediblər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Topvar.ru saytının yazdığına görə, Rusiya Gümrüdəki 102-ci hərbi bazasında Nebo-M radiolokasiya kompleksləri yerləşdirib. Yazının müəllifi Yevgeniya Damantseva qeyd edir ki, Nebo-M Azərbaycanın İsraildən əldə etdiyi EL/M-2084 Qrin Payn stansiyasına güclü cavab olacaq.

“Bu kompleks həmçinin Türkiyə, İraq, Suriya və Gürcüstanla hava məkanında böyük ərazini nəzarətdə saxlaya bilər. NATO və İsrail aviasiyasının Yaxın Şərqdə istənilən qanunsuz fəaliyyəti dərhal qeydə alınacaq”, – o bildirib.

Qeyd edək ki, Azərbaycan EL/M-2084 Qrin Payn stansiyasının əldə edilməsi ilə bağlı İsraillə 2011-ci ildə müqavilə imzalayıb. Bu sistem Azərbaycanla yanaşı İsrail, Hindistan və Cənubi Koreyada da istifadə edilir. Qrin Payn 500 kilometr məsafədəki bütün hədəfləri müəyyən etmək gücündədir. Nebo-M-də isə hədəflər 600 kilometr məsafədən müəyyən olunur.

Yanvarın 20-də ABŞ-ın yeni prezidenti Donald Tramp and içərək vəzifə səlahiyyətlərinə başlayacaq. Yeni prezidentin xarici siyasətinin necə olacağı hələ də müzakirə mövzusudur. Trampın Dağlıq Qarabağ münaqişəsinə necə yanaşacağı, münaqişənin həllində təşəbbüsü tamamilə Moskvaya verib-verməyəcəyi də açıq qalan məsələlərdəndir.

Rusiya İctimai Palatasının üzvü, politoloq Sergey Markov Trampın Qarabağ münaqişəsinin nizamlanmasını tamamilə Rusiyanın öhdəsinə buracağını hesab edir: “Tramp Amerika daxilindəki məsələlələrə diqqət ayıracaq, xaricdə də kritik əhəmiyyətə malik olmayan məsələlərə diqqəti azaldacaq. Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsi də ABŞ üçün həyati əhəmiyyətə malik deyil. Bu baxımdan, Tramp Cənubi Qafqazdakı problemlərin həllini Rusiyaya etibar edəcək, həmçinin, Qarabağ məsələsində təşəbbüsü Moskvaya ötürəcək”.

Rusiyalı politoloqun fikrincə, Trampın Azərbaycanla bağlı siyasəti Obamadan fərqli olaraq müsbət olacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni politoloq Stepan Safaryanın sözlərinə görə, Qarabağda müharibə və lokal toqquşmaların riski böyükdür. Onun sözlərinə görə, Ermənistan öz maraqlarını müdafiə edə bilmir, beynəlxalq arenada zəif vəziyyətdədir:

“Misal üçün, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında bizi alçaldırlar. Bizim prezidentimiz Sarkisyanı saymayanlar İlham Əliyevin sözünü dərhal eşidirlər. Bununla yanaşı, Suriya məsələsində Rusiya-Türkiyə razılaşması Ermənistana təsir edir. Üçüncüsü, Rusiyanın münaqişənin həlli üçün nəzərdə tutduğu plan bizim əleyhimizədir. Hansı ki, bu plan ərazilərin qaytarılmasını özündə ehtiva edir”.

Erməni politoloq bütün bunların fonunda Qarabağ ətrafında yeni gərginliklərin bu il də davam edəcəyini bildirib.

İki gün əvvəl tutulan “Reina" terrorçusu barədə yeni detallar üzə çıxıb. Kluba hücum edən terrorçunun ilk ifadəsi məlum olub. 39 adamı öldürən Abdulkadir Maşaripovun əslində İŞİD terror təşkilatından Taksim Meydanında terror aktı törətmək tapşırığı alıb. Lakin o, sonradan hədəfi dəyişməyə məcbur olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyəli kəşfiyyat şefi Kubilay Gülbekin iddiasına görə, əslində kamikadze olan Abdulqadir Maşaripov partlayıcı qurğu ilə təmin edilməyib. Onun məhz buna görə terror aktını avtomat silahla həyata keçirdiyi bildirilir.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) sabiq əməkdaşı Edvard Snoudenə Rusiyada yaşamaq üçün verilən sənədin müddəti 2020-ci ilə qədər uzadılıb. Bu haqda SİTA agentliyinə Snoudenin vəkili Anatoli Kuçeren bildirib.

Hüquq müdafiəçisinin sözlərinə görə, ən yaxın illərdə Snouden Rusiya Federasiyasının vətəndaşlığının alınması üçün müraciət edə bilər. Kuçeren xatırladıb ki, qanunvericiliyə görə, Rusiya vətəndaşlığı almaq üçün ən azı beş il bu ölkədə yaşamaq lazımdır.

CİA direktorunun keçmiş köməkçisi Mixael Morell bir məqaləsində bildirib ki, Snoudenin ölkəsinə verilməsi Donald Trampın inauqurasiya mərasimi üçün mükəmməl hədiyyə olardı. Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın təklifə cavabı isə çox sərt olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moldova və Avrasiya İqtisadi İttifaqı arasında mümkün çərçivə razılaşması Avropa İttifaqı ilə assosiasiya çərçivəsində Kişnyovun öhdəliklərinə zidd deyil. Bu barədə Moldova prezidenti İqor Dodon "Sputnik" radiosunun efirində bildirib.

"Əminəm ki, Avrasiya İqtisadi İttifaqı ilə çərçivə razılaşmasını imzalayacağıq", - deyə o vurğulayıb.

Avrasiya İqtisadi İttifaqına keçmiş SSRİ-nin tərkibində olan 5 respublika - Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir. İttifaq bəzən Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ”si də adlandırılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

MSNBC telekanalın efirində respublikaçı senator Con Makkeyn Rusiyanın gücünü etiraf etməli olub. Siyasətçinin sözlərinə görə, Rusiya lideri əllərindəki “pis kartlar”a baxmayraq, arzuolunan nəticələrə çox ağıllı üsullarla nail olub. O, Rusiyanın Yaxıb Şərqdə əsas oyunçuya çevrildiyini bildirib.

Makkeyn həmçinin əlavə edib ki, ABŞ yalnız yanvarın 23-də Astanada keçiriləcək Suriya üzrə danışıqlara dəvətlə kifayətlənir. Qeyd edək ki, Con Makkeyn özünün anti-Rusiya mövqeyi ilə məşhurdur. O, xüsusi halda, kiberhücumlara görə Moskvaya qarşı yeni sanksiyaların təşəbbüskarlarından biridir.

Davos forumunda çıxışı zamanı ABŞ vitse-prezidenti Cozef Bayden isə Rusiyanı beynəlxalq liberal nizama əsas təhdid adlandırıb. O, Moskvanın Avropada olacaq seçkilərə təsir etməyə çalışdığını bildirib:

“Putinin rəhbərlik etdiyi Rusiya bütün vasitələrdən istifadə edərək Qərb ölkələrinin gizli problemlərindən faydalanmağa çalışır. Moskva regionu yenidən öz təsir zonasına qaytarmaq istəyir. Onlar mütləq sizin seçkilərə müdaxilə edəcəklər. Bunu sizə söz verirəm”.

Rusiya və Türkiyə Suriyanın Əl Bab mahalında İŞİD terror qruplaşmasına birgə aviazərbələr endirib. Bu haqda brifinqdə Rusiya Silahlı Qüvvələri Baş qərargahının Əsas operativ idarəsinin general-leytenantı Sergey Rudskoy bildirib.

Hava əməliyyatına Rusiyanın dörd Su-24M, dörd Su-34 və bir Su-25 təyyasi, Türkiyə Hərbi Hava Qüvvələrinin isə dörd F-16 və dörd F-4 təyyarəsi qatılıb.

İraq təhlükəsizlik gücləri Mosul şəhərinin şərqini İŞİD terror təşkilatından təmizləyib. Dəclə cayının şərqinin terror təşkilatından təmizlənməsi Mosul əməliyyatının başlanmasından bu yana ən əhəmiyyətli addım hesab olunur.

2016-cı il oktyabrın 17-də başlanan Mosul əməliyyatına 100 minlik hərbi güc qatılıb.

BMT Katibliyi Kiyevə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiyaya müraciətinin surətini verib. Bu haqda Ukraynanın baş prokuror Yuri Lusenko deyib. Sənədə görə, Yanukoviç Rusiya qoşunlarının Ukraynaya daxil edilməsini Moskvadan xahiş edib. Məktub 2014-cü il 1 mart tarixinə aiddir.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm