Azərbaycan MƏXFİ SƏNƏDLƏRDƏ, güc vasitəsilə SÜLH... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Azərbaycan MƏXFİ SƏNƏDLƏRDƏ, güc vasitəsilə SÜLH... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan hakimiyyətinin ərazilərin qaytarılmasına hazırlaşdığı faktdır.

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində “RİA-Novosti” agentliyinə müsahibə verib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) məxfilikdən çıxarılmış sənədlərin bəzilərində Azərbaycandan bəhs edilib. ABŞ prezidenti Barak Obama prezident postunda son mətbuat konfransını keçirib. Yeni il gecəsi İstanbulda terror aktı törədən terrorçu ilə bağlı yeni detallar ortaya çıxıb. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbə sərt mesajlar verib.

Azərbaycan Prezidenti İlham Əliyev müsahibədə deyib ki, Azərbaycan yeni silahların alınması barədə Moskva ilə danışıqlar aparır. Dövlət başçısı Rusiyanın hərbi sənayesinin inkişaf etdiyini bildirib: “Biz yeni silahların alınması ilə bağlı danışıqlar aparırıq. Rusiya hərbi sənayesinin nə qədər inkişaf etdiyi yaxşı məlumdur. Biz əsasən ən müasir müdafiə silahları ilə maraqlanırıq. Bura helikopterlər, mühafizə sistemləri və bütün komplekslər aiddir. Bu daimi prosesdir”.

Prezident İlham Əliyev hərbi-texniki sahədə Azərbaycan və Rusiyanın yeni müqavilələrin imzalaması üçün yaxşı perspektivlərin olduğuna diqqət çəkib. “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollar həcmində müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”, - deyə dövlət başçısı bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) məxfilikdən çıxarılmış sənədlərin birində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. 1988-ci ildə CİA-nın direktoru Uilyam Uebsterin ABŞ-ın vitse-prezidentinə ünvanlandığı məktubda münaqişə haqqında məlumat verilir. Bu məktub 25 il məxfi qrifi altında qalıb.

Azərbaycanla bağlı daha bir sənəddə isə Heydər Əliyevdən bəhs olunur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“2016-cı ildə aprel müharibəsi Ermənistan və ermənilər üçün ən dramatik hadisə oldu. Bu son 24 ilin ən geniş eskalasiyası idi. Lakin əfsuslar ki, Ermənistan hakimiyyətinin ərazilərin qaytarılmasına hazırlaşdığı faktdır”. Bu barədə erməni jurnalist Tavos Arşakyan “armenianreport” saytında yazıb. Müəllif Sarkisyan rejiminin erməni xalqının başına açdığı oyunlara toxunub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yeni il gecəsi İstanbulda terror aktı törədən terrorçu ilə bağlı yeni detallar ortaya çıxıb. Məlum olub ki, 39 adamı öldürərək qaçan İŞİD terrorçusu Abdülkadir Maşaripovun Esenyurtda tutulmasında onun həyat yoldaşı F.A.-ın əhəmiyyətli rol oynadığı ortaya çıxıb.

Həyat yoldaşını qısqanan qadın ərinin olduğu yeri polisə bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Reina” terrorçusu bağlı məlum olan digər xəbərə görə, o, terror təşkilatının azərbaycanlı üzvləri ilə eyni düşərgədə təlim keçib. İŞİD-in Əfqanıstandakı düşərgələrində azərbaycanlı, türkman, uyğur, özbək, qazax, qırğız və Dağıstandan olanlar iştirak edir.

Türkdilli Ölkələrin Jurnalistlər Dərnəyinin ötən il yaydığı hesabata görə, Şərqi Türküstan bölgəsindən uyğur türklərinin “Əl-Qaidə” və Talibana yaxın olan qrupları özlərini “Türküstan İslam Ordusu”, yaxud “Türküstan İslam Partiyası” adlandırırlar.
Dərnəyin rəhbəri Güngör Yavuzaslan bildirib ki, bu qruplar fəaliyyətlərini Suriyaya köçürürlər. Onun sözlərinə görə, terror təşkilatlarının türkdilli ölkələrə hücumları başlaya bilər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Qərbə sərt mesajlar verib.

“Bu ölkəni etnik, məzhəb, terror və iqtisadiyyat üzərindən vurdular, artıq atacaq güllələri qalmayıb Bundan sonra növbə bizdədir. Növbəti dəfə elan edirəm, Türkiyə müdafiə mövqeyini tərk edərək hücum mövqeyinə keçib. Kimsənin bizi terrorla, iqtisadiyyatla, xəyanət şəbəkələri ilə əldən salmasına icazə verməyəcəyik. “Türkiyənin yanında olmayan onun qarşısındadır” prinsipi ilə mübarizə meydanını genişləndirəcəyik. Türkiyə bunu bacara biləcək gücə və əzmə malikdir”, - deyə prezident bildirib.

Türkiyədə Konstitusiya dəyişiklikləri üzrə referendum 2 və ya 9 apreldə keçiriləcək. Bu barədə Türkiyə baş nazirinin köməkçisi Numan Qurtulmuş deyib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) məxfilikdən çıxarılmış sənədlərdən birində deyilir ki, Vaşinqton Yunanıstan və Türkiyə arasında müharibə ssenarilərinə daim baxırdı. ABŞ kəşfiyyatı müharibənin mümkün nəticələrini açıqlayıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Qeyri-nüvə müharibəsində Rusiyanı... - NATO-ya alternativ Avropa ordusu

Fransanın baş naziri Bernar Kaznevin Avropanın müdafiəsi üçün müstəqil sistemin yaradılması barədə bəyanatı NATO-nu “köhnələn struktur” adlanan ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampa cavab oldu.

Baş nazir Avropa investisiyaları ilə Avropanın müdafiə sisteminin yaradılmalı olduğunu deyib. Parisin planları Avropa İttifaqının qalan üzvləri tərəfindən nə dərəcədə dəstəklənə bilər?

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ-ın respublikaçı senatoru Con Makkeyn “Fox News” telekanalın efirində yeni seçilmiş prezident Trampı Reyqan prinsipinə qayıtmağa çağırıb.

Makkeyn ümid edir ki, Trampın məsləhətçiləri, həmçinin ABŞ müdafiə naziri postuna namizəd Ceyms Mettis yeni prezidenti sərt mövqe tutmağa inandıra biləcəklər. “Biz Ronald Reyqanın keçmiş SSRİ ilə bağlı tətbiq etdiyi prinsipə qayıtmalıyıq: güc vasitəsilə sülh. Bu, müvəffəqiyyətə nail olmaq üçün tək haldır”, - senator hesab edir.

Böyük Britaniya ordusu Rusiya ilə mümkün müharibəyə hazırlıq çərçivəsində təlim keçirib. Təlimlər çərçivəsində La-Manş boğazındakı tunel vasitəsilə zirehli texnika partiyası Fransaya göndərilib. Nəşr qeyd edir ki, təlimlər Şərqi Avropada NATO-nun operativ reaksiya güclərinin möhkəmləndirilməsi üçün təşkil edilib. Britaniya ordusunun rəhbərliyi materikdə qoşunların ani genişlənməsinin yeni üsullarını axtarır. Çünki Britaniyanın Almaniya ərazisindəki bazası bir neçə il sonra bağlanacaq.

“Ordu kontinental Avropaya hərbi texnikanın nəqli üçün La-Manş boğazındakı tuneldən istifadə imkanını yoxladı. Bu, bizə Böyük Britaniya silahlı qüvvələrinin portativliyini artırmağa imkan verəcək”, - deyə krallığın Müdafiə Nazirliyindən bildirilib.

Məlumatda əlavə edilir ki, zəruri olduqda hərbi texnika bərələr və hava nəqliyyatının köməyi ilə çatdırıla bilər.

Ukrayna prezidenti Pyotr Poroşenko dünyanı Rusiyaya qarşı birləşməyə çağırıb. Onun sözlərinə görə, Rusiya qlobal kibersavaşa başlayıb. “Rusiya hər kəsə qarşı qlobal kibersavaşa başlayıb. Bunun üçün çoxlu dəlil var. Bu, qlobal təhdiddir və bütün dünya buna qarşı mübarizə üçün birləşməlidir. Kibersavaş həm də hibrid müharibənin aparılma metodlarından biridir”, – prezident bildirib.

Vəzifəyə başlamasına təxminən 24 saat qalan ABŞ-ın yeni prezidenti Donald Tramp Rusiya ilə münasibətlərdə yeni bir səhifə aça, NATO-da radikal dəyişikliklər edə bilər. Çinlə qarşı-qarşıya gələcək Trampın İranla imzalanan nüvə razılaşmasını ləğv etmə ehtimalı da var. Trampın xarici siyasətindəki digər mövzular sərbəst ticarət anlaşmaları, Şimali Koreya və iqlim dəyişikliyidir.

ABŞ-ın mövcud siyasətinə dəyişiklik gətirəcək yeddi mövzu aşağıdakılardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Sanksiyalar və neftin aşağı qiymətləri ortamüddətli perspektivdə dəyişməyəcək”. Bu haqda hökumətin iclasında Rusiyanın baş naziri Dmitri Medvedev bildirib. “Biz hər halda, mühafizəkar proqnoza əsaslanacağıq. İqtisadiyyatın xarici risklərə uyğunlaşmasından keçmək lazımdır”, - deyə hökumət başçısı vurğulayıb.

Dmitri Medvedev qeyd etdi ki, hökumət üçün ən vacib məsələ üzərinə götürdüyü sosial öhdəlikləri yerinə yetirməkdir.

Postunu tərk etməsinə bir gün qalan ABŞ prezidenti Barak Obama bu vəzifədə son mətbuat konfransını keçirib. Fələstin-İsrail münaqişəsindən danışan Obama bildirib ki, Fəlsətin dövləti yaranmasa Yaxın Şərqdə münaqişə həll olunmayacaq. Onun sözlərinə görə, Donald Trampın administrasiyası Yaxın Şərq bölgəsində olduqca ehtiyatlı davranmalı, düşünülməmiş addımlardan uzaq olmalıdır.

Bu gün İranın paytaxtı Tehranda 17 mərtəbəli ticarət mərkəzində güclü yanğın baş verib. Yanğının söndürülməsi üçün cəlb olunmuş yanğınsöndürənlər hadisə yerində olarkən bina çöküb. Binanın çökməsi nəticəsində 50-dən çox insan ölüb. İranın İRNA agentliyi yaralıların 200-ə çatdığını xəbər verib.

İtaliyada dünən baş verən 5,7 ballıq zəlzələ böyük qar uçqununa səbəb olub. Böyük qar kütləsinin hotelin üzərinə düşməsi nəticəsində ən azı 30 adam ölüb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm