Şoumenə qalan DÜNYA, Azərbaycanda ATOM SİLAHI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Şoumenə qalan DÜNYA, Azərbaycanda ATOM SİLAHI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Bu barədə məxfi məruzəsində qeyd olunur.

Bu gün Azərbaycanda 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd olunur. Dünyanın bütün diqqəti ABŞ-ın paytaxtına yönəlib. Yeni il gecəsində İstanbulda “Reina” klubunda terror aktı törədən Abdulkadir Maşaripovla bağlı yeni detallar üzə çıxıb. Türkiyə ordusu Suriyada 5 şəhid verib. ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) bir milyona yaxın məxfi sənədi ictimaiyyətə açıqlayıb.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, əvvəlcədən fövqəladə vəziyyət elan edilmədən, Sovet ordusu Azərbaycana qarşı hərbi əməlliyyatlara başladı. Faciə zamanı 137 insan öldürüldü, 744 adam ağır xəsarət aldı, 841 nəfər isə qanunsuz olaraq həbs edildi. Sovet ordusunun əməliyyatları nəticəsində 200 mənzil, ev, şəxsi və dövlət əmlakı dağıldı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan baş prokurorunun birinci müavini Rüstəm Usubov deyib ki, SSRİ-nin keçmiş prezidenti Mixail Qorbaçov istintaqdan yayınıb və 68 cildlik əsas iş hələ də Azərbaycana verilməyib.

Onun sözlərinə görə, Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu və Azərbaycan Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq Bakıda fövqəladə vəziyyətin tətbiq edilməsi və ordunun Bakıya yeridilməsi ilə bağlı qanunsuz fərman verib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycan Baş Prokurorluğunun müraciəti əsasında Belarusda saxlanılmış blogger Aleksandr Lapşinin Azərbaycana ekstradisiyası məsələsinə baxılıb. Belarus baş prokurorunun müavini Aleksey Stuk A.Lapşinin Azərbaycana ekstradisiyası haqqında qərar qəbul edib. Xatırladaq ki, A.Lapşin 2011-ci ilin aprelində və 2012-ci ilin oktyabrında Azərbaycanın işğal altındakı ərazilərinə qanunsuz səfərlər edərək separatçı rejimin təbliğatı ilə məşğul olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Azərbaycanın “Anti-armenian Team” haker qrupu Ermənistan saytlarını dağıdıb.
Bu barədə haker qrupu məlumat yayıb.

Dağıdılan erməni saytları:

http://online-tv.am/

http://online-news.am/

http://goydent.am/

http://fitoterapia.am/

Rusiya Xarici İşlər naziri Sergey Lavrovla Ermənistan XİN rəhbəri Edvard Nalbəndyan arasında telefon danışığı baş tutub. Bu barədə informasiyanı Rusiya Xarici İşlər Nazirliyi yayıb. Görüş Moskvanın təşəbbüsü ilə keçirilib. Tərəflər arasında əsas müzakirə mövzusu Dağlıq Qarabağ konfliktinin həlli yolları olub.

Kreml Azərbaycan torpağında atom bombası hazırladı və sınaqdan keçirtdi – ABŞ kəşfiyyatının MƏXFİ SƏNƏDİ

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) bir milyona yaxın məxfi sənədi ictimaiyyətə açıqlayıb.

2011-ci ildə məxfi şrifti açılan sənəddə SSRİ-nin ilk atom bombasını Ermənistanda yaratdığı deyilir.

“Atom zavodlarının tikilməsi üçün uyğun yer axtarılırdı. Uraldan Qərbi Sibirə qədər bir neçə yerə baxış keçirildi. Lakin SSRİ-də atom silahının yaradılması layihəsinə rəhbərlik edən Beriya Ermənistanı seçdi”, - deyə sənəddə bildirilir.

CİA-nın məxfi məruzəsində qeyd olunur ki, atom silahının yaradılması üzrə zavodun yerləşəcəyi yer kimi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə olan Sevan gölü (Azərbaycanın tarixi Göyçə gölü-red) yaxınlığındakı ərazi seçildi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

CİA həmçinin “Əl-Qaidə”nin keçmiş lideri Usama Bin Ladenin məktublarını yayıb. Yayımlanan 50 məktubun içində ABŞ və Qərb əleyhinə yazılanlarla yanaşı, İŞİD-lə bağlı deyilənlər də diqqət çəkib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Reina” terrorçusunu qətliama o RAZI SALIB

Yeni il gecəsində İstanbulda “Reina” klubunda terror aktı törədən Abdulkadir Maşaripovla əlaqəsi olan daha bir kritik şəxs deşifrə edilib. Kəşfiyyat mənbələri onun kod adının “Əbu Cihad” olduğunu bildirirlər.

İŞİD-də “əmirlik” vəzifəsində olan Əbu Cihadın Maşaripovu Türkiyəyə hücum üçün razı saldığı və hücuma hazırladığı deyilir. Maşaripovun Əbu Cihadla bir necə dəfə əlaqə yaratdığı müəyyən edilib. Təşkilatda sürətlə yüksələrək “əmir köməkçisi” olan Maşaripovun daha sonra bu “vəzifə”dən azad edildiyi deyilir.

Terrorçunun telefonunda Əbu Cihadla əlaqə yaratdığını göstərən mətnlər aşkarlanıb. Əbu Cihadın əsl kimliyi araşdırılır.

Abdulqadir Maşaripovu dindirən İstanbul Terrorla Mübarizə İdarəsinin polisi təcavüzkarın 4.5 yaşlı oğlunu qaçıran 3 İŞİD-çini axtarır. Polislər Maşaripova silah verən və Bakırköyə qaçarkən avtomobildə olan 1 adamla 4,5 yaşlı uşağı gizlədən 3 İŞİD-çini tutmaq üçün əməliyyatlarını davam etdirirlər. Deyilənə görə, Maşaripov polisə “uşağımı tapsanız, danışaram” şərtini irəli sürüb. O, “bir daha şansım olsa, yenə oranı gülləbaran edərəm” deyərək, törətdiyi əməldən peşman olmadığını bildirib.

Bu gün həm ABŞ, həm də bütün dünya üçün tarixi bir gündür. ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp and içərək ölkənin 45-ci prezidenti kimi vəzifəsinin icrasına başlayır.

ABŞ-ın yeni seçilmiş prezidenti Donald Trampın inauqurasiyası ərəfəsində Vaşinqtonda etiraz aksiyası keçirilib. Tramp əleyhdarları andiçmə mərasiminin keçirilməsinin qarşısının alınması məqsədilə yürüş keçirib.

Bu zaman "National Press Club" mətbuat mərkəzinin yanında toplaşmış Tramp tərəfdarları ilə etirazçılar arasında toqquşma yaşanıb. Polis toqquşmanın qarşısını almaq məqsədilə gözyaşardıcı qazdan istifadə etməli olub. Bildirilir ki, hadisə nəticəsində xəsarət alanlar olmayıb.

Suriyanın Hələb şəhərinin qərbindəki Şeyx Süleyman bölgəsində yerləşən təlim düşərgəsinə qarşı həyata keçirilən hərbi hava əməliyyatları nəticəsində “Fetih el Şam” təşkilatının (keçmiş adı “El Nusra cəbhəsi” adlanır) 120 hərbiçisi öldürülüb. Hava zərbələrinin Rusiya və ya ABŞ təyyarələri tərəfindən edildiyi dəqiq məlum deyil.

Ancaq “Fetih el Şam” təşkilatına yaxın olan mənbələr hücumun ABŞ döyüş təyyarələri tərəfindən edildiyini iddia edir.

İŞİD terrorçuları Suriyanın Palmira şəhərində Roma İmperiyası dövrünə aid olan qədim teatr binasını dağıdıb. Bu barədə Suriyanın dövlət televiziyası məlumat yayıb.

Məlumatda deyilir ki, İŞİD terrorçuları qədim Roma teatrını toplarla atəşə tutaraq, darmadağın ediblər.

Xatırladaq ki, ötən gün Suriya ordusu Palmirada İŞİD-ə qarşı hərbi əməliyyatlara başlayıb. Əməliyyata Rusiya ordusu havadan dəstək verib.

Rusiya Silahlı Qüvvələri Baş Qərargahının rəsmisi, general-polkovnik Sergey Rudskoy isə İŞİD-in Palmiranı partladacağı barədə kəşfiyyat məlumatı əldə etdiyini bəyan edib: “Əlimizdə olan kəşfiyyat məlumatlarına əsasən, İŞİD terrorçuları partlayıcı maddələrlə dolu avtomobillərlə Palmiraya doğru yola çıxıb. İŞİD bu partlayıcı maddələrlə Palmirada mövcud olan antik tarixi və mədəni abidələri məhv etməyi planlaşdırır”.

İŞİD Əl Babda türk əsgərlərinə bomba yüklü avtomobillə hücum edib. Bab şəhərinin Suflaniyap bölgəsində həyata keçirilən hücum nəticəsində 5 əsgər şəhid olub, 9-u yaralanıb.

Yaralılar Suriya sərhədində yerləşən Kilis və Qaziantep şəəhərindəki xəstəxanalara yerləşdirilib.
Qeyd edək ki, Türkiyə ötən ilin 24 avqust tarixindən başlayaraq, Suriyada “Fərat qalxanı” əməliyyatı keçirir.

“Türkiyə Suriya konfliktinin Prezident Bəşər Əsədsiz həllinə israr etməyəcək”. Bunu Davos forumunda çıxışı zamanı Türkiyə Baş nazirinin müavini Mehmət Şimşək söyləyib.

“Suriyada altı ildir davam edən vətəndaş müharibəsi və yüz minlərlə insanın qətlinə görə məsuliyyət birbaşa Əsədin üzərindədir. Türkiyə Suriya məsələsində realist olmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Ankara bundan öncə Suriya konfliktinin Əsəd hakimiyyətdən getməmiş həll olunmayacağında israr edirdi.

Yaponiyanın TBS televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib ki, Suriyada növbədənkənar prezident seçkisi müxalifətlə görüşdə müzakirə mövzusu olmayacaq.

“Prezidentin istefası və seçilməsi milli məsələdir və bu bütün suriyalılara aiddir. Ona görə də bu, müxalifətlə və ya hansısa başqa dövlətlə müzakirə edilmir. Bu, Suriyanın məsələsidir və konstitusiya ilə bağlıdır. Mən Suriya təhdidlərlə üzləşəndə qaçmamışam. Böhran zamanı dövlət başçısı hər şeyi əlinə alıb böhranı həll etməlidir. Yalnız böhrandan sonra o getmək və qalmaq istədiyini deyə bilər” – o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm