İşğala son qoyulacaq TARİX, Kremlin QARABAĞ OYUNU… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

İşğala son qoyulacaq TARİX, Kremlin QARABAĞ OYUNU… - HƏFTƏNİN SİYASİ XÜLASƏSİ

Torpaqların işğaldan azad olunması prosesi 2017-ci ilin payızında başlanmalıdır.

Bu həftə Azərbaycanda 20 Yanvar faciəsinin iyirmi yeddinci ildönümü qeyd olundu. Donald Tramp rəsmən ABŞ-ın 45-ci prezidenti oldu. Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır. Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Dağlıq Qarabağla bağlı bəyanatı Azərbaycanda hiddətlə qarşılandı.

Azərbaycanın azadlığı və ərazi bütövlüyü uğrunda mübarizə tarixinə qəhrəmanlıq səhifəsi kimi daxil olmuş 1990-cı il yanvarın 20-də ölkəmizə qarşı ərazi iddiaları irəli sürən Ermənistanın təcavüzkar hərəkətlərindən və keçmiş SSRİ rəhbərliyinin onlara havadarlığından hiddətlənən, Bakının küçələrinə və meydanlarına çıxaraq buna öz qəti etirazını bildirən geniş xalq kütlələrinə qarşı Sovet ordusunun döyüş hissələrinin yeridilməsi Azərbaycanda misli görünməmiş faciəyə gətirib çıxardı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya xarici işlər naziri Sergey Lavrovun Qarabağla bağlı açıqlaması həftənin gündəminə damğasını vurdu.

Lavrovun 2016-cı ilin yekunlarına həsr etdiyi konfransda Qarabağdan danışan Lavrov bunun Azərbaycanın daxili işi olmadığını qeyd edərək, dolayısı ilə yanlış mövqe sərgilədi. O, qeyd etdi ki, Dağlıq Qarabağın yekun statusunun müəyyən edilməsi şərti ilə ərazilərin azad olunması tələbi qüvvədədir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rəsmi Bakının buna sərt cavabı gecikmədi. Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov bildirdi ki, Rusiya bütün ciddiliyi ilə məşğul olsa, Ermənistan qoşunlarının işğal olunmuş ərazilərdən çıxarılması təmin olunacaq.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Topvar.ru saytının yazdığına görə, Rusiya Gümrüdəki 102-ci hərbi bazasında Nebo-M radiolokasiya kompleksləri yerləşdirib. Yazının müəllifi Yevgeniya Damantseva qeyd edir ki, Nebo-M Azərbaycanın İsraildən əldə etdiyi EL/M-2084 Qrin Payn stansiyasına güclü cavab olacaq.

Qarabağda “ikinci aprel”: Ermənistanda müharibə qorxusu

Dağlıq Qarabağ münaqişəsi zonasında 2016-cı ilin aprelində olduğu kimi, yeni müharibə mümkündür. Bu barədə erməni politoloq Aleksandr İskəndəryan deyib. Onun sözlərinə görə, münaqişə üzrə danışıqlar prosesi heç nəyi dəyişdirməyəcək:

“ATƏT-in Minsk qrupu münaqişənin nizama salınması ilə bağlı real məşğul olmur, sadəcə olaraq, gərginliyi azaltmağa çalışır. Lakin gərginlik artacaq. Mən böyük müharibə görmürəm, lakin ciddi toqquşmaların baş verdiyi müharibə istisna deyil”, - deyə erməni politoloq bildirib.

Erməni politoloq Stepan Safaryanın sözlərinə görə, Qarabağda müharibə və lokal toqquşmaların riski böyükdür. Onun sözlərinə görə, Ermənistan öz maraqlarını müdafiə edə bilmir, beynəlxalq arenada zəif vəziyyətdədir. Erməni politoloq bütün bunların fonunda Qarabağ ətrafında yeni gərginliklərin bu il də davam edəcəyini bildirib.

Azərbaycan Prezidenti İlham Əliyev Davos İqtisadi Forumu çərçivəsində “RİA-Novosti” agentliyinə müsahibə verib. Prezidenti deyib ki, Azərbaycan yeni silahların alınması barədə Moskva ilə danışıqlar aparır.

Prezident İlham Əliyev hərbi-texniki sahədə Azərbaycan və Rusiyanın yeni müqavilələrin imzalaması üçün yaxşı perspektivlərin olduğuna diqqət çəkib. “Siz tarixi bilirsiniz. Rəqəmlər elan olunub. 5 milyard dollar həcmində müqavilələr imzalanıb. Onların əksəriyyəti artıq reallaşıb”, - deyə dövlət başçısı bildirib.

ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi (CİA) məxfilikdən çıxarılmış sənədlərin birində Dağlıq Qarabağ münaqişəsindən bəhs olunur. 1988-ci ildə CİA-nın direktoru Uilyam Uebsterin ABŞ-ın vitse-prezidentinə ünvanlandığı məktubda münaqişə haqqında məlumat verilir. Bu məktub 25 il məxfi qrifi altında qalıb.

Azərbaycanla bağlı daha bir sənəddə isə Heydər Əliyevdən bəhs olunur.


Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

CİA-nın 2011-ci ildə məxfi şrifti açılan sənəddə SSRİ-nin ilk atom bombasını Ermənistanda yaratdığı deyilir.

“Atom zavodlarının tikilməsi üçün uyğun yer axtarılırdı. Uraldan Qərbi Sibirə qədər bir neçə yerə baxış keçirildi. Lakin SSRİ-də atom silahının yaradılması layihəsinə rəhbərlik edən Beriya Ermənistanı seçdi”, - deyə sənəddə bildirilir.

CİA-nın məxfi məruzəsində qeyd olunur ki, atom silahının yaradılması üzrə zavodun yerləşəcəyi yer kimi dəniz səviyyəsindən 2225 metr yüksəklikdə olan Sevan gölü (Azərbaycanın tarixi Göyçə gölü-red) yaxınlığındakı ərazi seçildi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin İstanbul şəhərində yanvarın 1-ə keçən gecə "Reina" gecə klubunda terror aktı törətməkdə şübhəli bilinən şəxs yanvarın 16-da saxlanılıb. Əbu Muhammed Əl Horasani kod adlı Abdulkadir Maşaripov tutulduqdan sonra hər şeyi etiraf edib. Terrorçu günahını etiraf edib və hücumun İŞİD-in əmri ilə etdiyini bildirib.

Həbs olunan terrorçu Abdulkadir Maşaripov 1983-cü ildə Özbəkistanda doğulub, Əfqanıstanda təlim keçib. 4 dil bilir. Türkiyəyə 2016-cı ilin yanvar ayında gəldiyi ehtimal olunur.

İki gün əvvəl tutulan “Reina" terrorçusu barədə yeni detallar üzə çıxıb. Klubuna hücum edən terrorçunun ilk ifadəsi məlum olub. 39 adamı öldürən Abdulkadir Maşaripovun əslində İŞİD terror təşkilatından Taksim Meydanında terror aktı törətmək tapşırığı alıb. Lakin o, sonradan hədəfi dəyişməyə məcbur olub.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yeni il gecəsində İstanbulda “Reina” klubunda terror aktı törədən Abdulkadir Maşaripovla əlaqəsi olan daha bir kritik şəxs deşifrə edilib. Kəşfiyyat mənbələri onun kod adının “Əbu Cihad” olduğunu bildirirlər.

Terrorçunun telefonunda Əbu Cihadla əlaqə yaratdığını göstərən mətnlər aşkarlanıb. Əbu Cihadın əsl kimliyi araşdırılır.

Yeni il gecəsi İstanbulda ikinci terror aktının törədilməsi planlaşdırılmışdı. Bunu “Reina” gecə klubunda qətliam törədən İŞİD terrorçusu Abdulkadir Maşaripovun telefonu və kompüterində olan yazışmalar ortaya çıxarıb.

Amerika və Rusiya ordusu dənizdə üz-üzə gəldi - MÜHARİBƏ BAŞLAYIR

Ukrayna böhranından sonra Qara dəniz bölgəsi ABŞ-Rusiya qarşıdurmasının yeni məkanına çevrilib.

Rusiya hələ 2014-cü ildə Qara dənizə döyüş gəmiləri, yeni raket sistemləri və 400 kilometr hədəfi vura bilən S-400 raket komplekslərini yerləşdirib. ABŞ yüzlərlə tank və hərbi texnikanı Polşa-Rusiya sərhədinə göndərib. Fevralda 4 min amerikalı əsgər də bu bölgəyə gələcək.


Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Yanvarın 20-də ABŞ-ın yeni prezidenti and içərək vəzifəsinə başladı. Tramp Rusiya ilə münasibətlərdə yeni bir səhifə aça, NATO-da radikal dəyişikliklər edə bilər. Çinlə qarşı-qarşıya gələcək Trampın İranla imzalanan nüvə razılaşmasını ləğv etmə ehtimalı da var. Trampın xarici siyasətindəki digər mövzular sərbəst ticarət anlaşmaları, Şimali Koreya və iqlim dəyişikliyidir. ABŞ-ın mövcud siyasətinə dəyişiklik gətirəcək yeddi mövzu aşağıdakılardır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

ABŞ prezidenti olaraq ilk addımlarını atan Donald Trump əvvəlki administrasiyadan miras qalmış səhiyyə sisteminə aid sərəncama imza atıb. Sərəncam Obamacare adı ilə tanınan sığorta proqramı ilə bağlı "tənzimləmənin məhdudlaşdırılmasını" nəzərdə tutur.

Donald Trump həmçinin yeni təyinatlarla bağlı təkliflərini Senata göndərib.

Rusiya lideri Vladimir Putin ABŞ prezidenti Donald Trampla görüşə hazırdır. Bunu Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Britaniyanın BBC telekanalına bildirib. Kremlin sözçüsü əlavə edib ki, Vladimir Putin və Donald Trampın görüşünün təşkili üçün həftələr deyil, aylar lazım olacaq.

ABŞ-ın respublikaçı senatoru Con Makkeyn “Fox News” telekanalın efirində yeni seçilmiş prezident Trampı Reyqan prinsipinə qayıtmağa çağırıb.

Makkeyn ümid edir ki, Trampın məsləhətçiləri, həmçinin ABŞ müdafiə naziri postuna namizəd Ceyms Mettis yeni prezidenti sərt mövqe tutmağa inandıra biləcəklər. “Biz Ronald Reyqanın keçmiş SSRİ ilə bağlı tətbiq etdiyi prinsipə qayıtmalıyıq: güc vasitəsilə sülh. Bu, müvəffəqiyyətə nail olmaq üçün tək haldır”, - senator hesab edir.

Donald Tramp Britaniyanın “Times” qəzetinə müsahibəsində deyib ki, ABŞ-ın yeni seçilmiş prezidenti Donald Tramp nüvə arsenalının ixtisarına əvəz olaraq, Rusiyaya qarşı sanksiyaların ləğvini təklif etməyə hazırdır.

“Rusiyaya qarşı sanksiyalar tətbiq edilib. Rusiya ilə yaxşı razılıqları əldə etmək olmazmı? Hesab edirəm ki, başlanğıc olaraq nüvə silahını azaltmaq bu prosesin tərkib hissəsi ola bilər. Ancaq Rusiya hazırda sanksiyalara görə xeyli əziyyət çəkir. Düşünürəm ki, sanksiyaların ləğvindən çox insan qazanacaq", - deyə o bildirib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Rusiya prezidenti Vladimir Putinin mətbuat katibi Dmitri Peskov deyib ki, nüvə potensialının simmetrik ixtisarı yolverilməzdir. “ABŞ və Rusiyada nüvə silahının potensialında fərq var. Buna görə hansısa simmetrik ixtisarlar tamamilə yolverilməz və yersizdir”, - deyə Peskov bildirib.

Yanvarın 20-dən sonra postunu təhvil verməyə hazırlaşan Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) rəhbəri Con Brennan isə bildirib ki, Donald Tramp Rusiyanın potensialını və dünyada yaratdığı təhlükələri tam anlamır. Onun sözlərinə görə, Tramp Rusiyaya qarşı sanksiyaların qədrini bilməlidir.

Tramp Rusiyanın Suriya münaqişəsinə müdaxilə etməsini mənfi qiymətləndirib. Onun sözlərinə görə, Rusiyanın Suriyaya müdaxiləsi dəhşətli nəticələrə səbəb olub.

D. Tramp əlavə edib ki, ABŞ-ın Suriyada hansısa addım atmaq imkanı var idi, lakin artıq çox gecdir.

CNN televiziyasına müsahibəsində ABŞ Dövlət katibi Con Kerri ABŞ və Rusiya münasibətlərində problemlərin Rusiyanın rəhbərliyi ucbatından yarandığını deyib.“Problemlər olurdu. Bunlar Vladimir Putin tərəfindən məhz Ukrayna, Krım və Suriyada yaradılmışdı”, – o qeyd edib.

Kerri həmçinin tərəflərin bütün problemlərin öhdəsindən gələcəyinə ümid etdiyini bildirib.

Rusiya, Türkiyə və İran Astanada yanvarın 23-də keçiriləcək Suriya üzrə danışıqlara hazırlaşır.

Davos forumunda çıxışı zamanı Türkiyə Baş nazirinin müavini Mehmət Şimşək söyləyib ki, Türkiyə Suriya konfliktinin prezident Bəşər Əsədsiz həllinə israr etməyəcək. Türkiyə Suriya məsələsində realist olmalıdır”, – deyə o bildirib.

Qeyd edək ki, Ankara bundan öncə Suriya konfliktinin Əsəd hakimiyyətdən getməmiş həll olunmayacağında israr edirdi.

Yaponiyanın TBS televiziyasına müsahibəsində Suriya Prezidenti Bəşər Əsəd söyləyib ki, Suriyada növbədənkənar prezident seçkisi müxalifətlə görüşdə müzakirə mövzusu olmayacaq. “Prezidentin istefası və seçilməsi milli məsələdir və bu bütün suriyalılara aiddir. Ona görə də bu, müxalifətlə və ya hansısa başqa dövlətlə müzakirə edilmir. Bu, Suriyanın məsələsidir və konstitusiya ilə bağlıdır. Mən Suriya təhdidlərlə üzləşəndə qaçmamışam. Böhran zamanı dövlət başçısı hər şeyi əlinə alıb böhranı həll etməlidir. Yalnız böhrandan sonra o getmək və qalmaq istədiyini deyə bilər” – o bildirib.

Donbas payızda işğaldan azad olunacaq

Donbasın separatçıların və Rusiya hərbçilərinin işğalından azad olunması prosesi 2017-ci ilin payızında başlanmalıdır. Bunu "Espreso.TV"nin efirində Ukraynanın müvəqqəti işğal olunmuş ərazilərin və daxili köçürülmüş şəxslərin məsələləri üzrə nazir müavini Georgi Tuka deyib.

O bildirib ki, Rusiyanın iqtisadi dəstəyi olmasa, Ukrayna hökumətinə regionda qayda-qanun yaratmaq üçün maksimum üç ay vaxt lazım gələcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukrayna prezidenti Pyotr Poroşenko Xarici İşlər Nazirliyinə Haaqa Beynəlxalq Məhkəməsində Rusiyaya qarşı iddia qaldırılması barədə tapşırıq verib.

Poroşenkonun iddiasına görə, Rusiya terrorizmin maliyyələşdirilməsinə dair BMT Konvensiyasını pozub.

“Rusiya üç ildir beynəlxalq hüququ kobud pozur, Krımın qanunsuz zəbtini həyata keçirir, Luqansk və Donetsk vilayətlərində qanunsuz işğalı, Krımın məhvi və diskriminasiya siyasətini reallaşdırır”, - deyə dövlət başçısı vurğulayıb.

BMT Katibliyi Kiyevə Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviçin Rusiyaya müraciətinin surətini verib. Bu haqda Ukraynanın baş prokuror Yuri Lusenko deyib. Sənədə görə, Yanukoviç Rusiya qoşunlarının Ukraynaya daxil edilməsini Moskvadan xahiş edib. Məktub 2014-cü il 1 mart tarixinə aiddir.

Honkonqdan gələn ACT Hava Yolları şirkətinə məxsus yük təyyarəsi yanvarın 16-da Qırğızıstanın paytaxtı Bişkekin Manas hava limanına eniş edən zaman qəzaya uğrayıb. Qəza nəticəsində 42 nəfər ölüb.

Moldovada prezident seçilən ruspərəst İqor Dodon bu həftə Moskvaya gəldi. Dövlət başçısı bildirib ki, Moldova və Avrasiya İqtisadi İttifaqı arasında mümkün çərçivə razılaşması Avropa İttifaqı ilə assosiasiya çərçivəsində Kişnyovun öhdəliklərinə zidd deyil. "Əminəm ki, Avrasiya İqtisadi İttifaqı ilə çərçivə razılaşmasını imzalayacağıq", - deyə o vurğulayıb.

Avrasiya İqtisadi İttifaqına keçmiş SSRİ-nin tərkibində olan 5 respublika - Rusiya, Belarus, Qazaxıstan, Ermənistan və Qırğızıstan daxildir. İttifaq bəzən Rusiya prezidenti Vladimir Putinin “Yeni SSRİ”si də adlandırılır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq təhlükəsizlik gücləri yanvarın 18-də Mosul şəhərinin şərqini İŞİD terror təşkilatından təmizləyib. Dəclə cayının şərqinin terror təşkilatından təmizlənməsi Mosul əməliyyatının başlanmasından bu yana ən əhəmiyyətli addım hesab olunur.

2016-cı il oktyabrın 17-də başlanan Mosul əməliyyatına 100 minlik hərbi güc qatılıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm