Nida Təhlil
Qarabağ üçün YOL XƏRİTƏSİ, kitablara salınacaq DÖYÜŞ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Müdafiə Nazirliyinin Abşeron rayonunun Pirəkəşkül qəsəbəsində “N” hərbi hissəsinin yeni inşa edilmiş hərbi şəhərciyinin açılışında iştirak edən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin hərbçilərlə görüşündə səsləndirdiyi bəyanatlar günə damğasını vurdu. Bu gün dünyanın diqqəti Qazaxıstana yönəlmişdi: Astana şəhərində Suriya münaqişəsinin nizama salınması üzrə danışıqlar başlanıb. ABŞ-ın yeni administrasiyası tərəfindən dəstəklənən İsrailin Fələstin ərazisində həyata keçirdiyi məskunlaşma siyasəti Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər.
Münaqişənin həllinin çox sadə olduğunu deyən dövlətimizin başçısı qeyd edib ki, Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək: “Birinci, Azərbaycanın ərazi bütövlüyü bərpa edilməlidir. Biz heç vaxt Azərbaycan ərazisində ikinci qondarma erməni dövlətinin yaranmasına icazə verməyəcəyik. Dağlıq Qarabağa heç vaxt müstəqillik verilməyəcək. Əgər kimsə bunu gözləyirsə, qoy əbəs yerə gözləməsin, bu olmayacaq. Dağlıq Qarabağ Azərbaycan torpağıdır. Həm tarix, həm də bütün dünya birliyi bunu belə qəbul edir".
Prezident İlham Əliyev bildirib ki, Ermənistan öz acı məğlubiyyətini etiraf etməyə məcburdur: “Aprel döyüşləri bizim böyük hərbi qələbəmizdir. Uzun illər Ermənistan öz ordusu haqqında miflər yaradırdı, uydurmalar irəli sürürdü ki, guya bunların yenilməz ordusu var. Aprel döyüşləri göstərdi ki, kimin ordusu yenilməzdir. Ermənistan öz acı məğlubiyyətini etiraf etmək istəməsə də məcburdur ki, etiraf etsin. Məhz aprel döyüşlərindən sonra Ermənistanın müdafiə naziri başda olmaqla bir çox yüksək vəzifəli hərbçilər öz vəzifələrindən kənarlaşdırıldı. Bu, aprel döyüşlərinin nəticəsi idi. Bizim əsgərlərimiz, zabitlərimiz qəhrəmanlıq göstərdilər. Biz şəhidlər də verdik. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Ancaq torpağımızı qoruduq, torpaqlarımızın bir hissəsini işğalçılardan azad etdik. Aprel döyüşləri hərbi kitablara salınmalıdır. Azərbaycan Ordusu həm hərbi peşəkarlıq, həm qəhrəmanlıq göstərmişdir”.
Prezident vurğulayıb ki, bütün bu uğurların təməlində düşünülmüş siyasət dayanır.
İlham Əliyev bildirib ki, Ermənistan müstəqil dövlət kimi dünya xəritəsində sadəcə olaraq formal mövcuddur: “Ermənistan asılı ölkədir, öz gələcəyini özü müəyyən edə bilmir. İşğalçı siyasəti onları bax, bu vəziyyətə gətirib çıxarıbdır. Onların vəziyyətdən yeganə çıxış yolu qonşularla münasibətləri bərpa etməkdir. Bunun üçün isə işğala son qoyulmalıdır".
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CİA) ictimaiyyətə açıqladığı bir milyona yaxın məxfi sənəd arasında Suriyanın erməni terror təşkilatı ASALA və PKK-ya dəstəyini sübut edən faktlar da var., CİA-nın 14 sentyabr 1983-cü il tarixli məxfi sənədində bu haqda ətraflı məlumatlar yer alır. “Suriyanın erməni terror təşkilatı ASALA və İraqda fəaliyyət göstərən PKK-ya dəstəyi Türkiyə tərəfinin qəzəbinə səbəb olur. Türkiyə Suriyanın şimalında olan terror düşərgələrinə hücum etməyi də planlaşdırır”, - deyə sənəddə qeyd olunur.
“Dağlıq Qarabağda yeni müharibəyə hazırlıq aparılır”. Bu iddia ilə erməni jurnalist Naira Ayrumyan “lragir” saytında yayımlanan məqaləsində çıxış edib.
Erməni jurnalist yazır ki, Azərbaycan ərazilərin azad olunması üçün güc yoluna əl ata bilər.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
ABŞ-ın yeni prezidenti Donald Tramp bu ölkədəki erməni lobbisini qəbul etmir. “1in.am” saytının yazdığıan görə, ABŞ-da “California Currier” qəzetinin redaktoru Arut Sasunyan da erməni lobbisinin bu günə qədər Trampla görüşmək təşəbbüsləri nəticəsiz qaldığını təsdiqləyib:
“Buna görə də Trampın Ermənistanla bağlı planları müəmmalı olaraq qalır. Bizim yeganə ümidimiz odur ki, Trampın prezidentliyi dövründə Qarabağda sülh olacaq. Əks təqdirdə, Ermənistan üçün yaxşı gələcək görünmür”, - deyə qəzet yazıb.
“Washington Times” nəşrində “Caspian Group Holdings” şirkətlər qrupunun prezidenti, əvvəllər ABŞ-ın Corctaun Universitetinin professoru olmuş Zöhrab Rob Sübhanın müəllifi olduğu məqalədə deyilir ki, ABŞ prezidenti Donald Tramp keçmiş SSRİ-dən qalma ən ağır münaqişə olan Dağlıq Qarabağ problemini həll edərək Nobel mükafatı qazana bilər.
“Əgər Vladimir Putin münaqişənin həllində Birləşmiş Ştatların
tərəfdaşı olmaq istəyərsə, Tramp və onu milli təhlükəsizlik
komandası Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün addımlar ata
bilərlər. Trampın Qarabağla bağlı mövqeyi Putinin onunla əməkdaşlıq
etməsindən, yaxud qaynaq nöqtələrdə ABŞ-la birgə hərəkət
edib-etməyəcəyindən asılı ola bilər”.
Müəllif yazır ki, Qarabağ münaqişəsinin həll açarı Rusiyanın
əlindədir və Moskva bundan təsir imkanı olaraq istifadə edir.
Müəllif münaqişənin həlli yolunu da göstərir.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Bu gün dünyanın diqqəti Astanaya yönəlmişdi. Qazaxıstanın Astana şəhərində Suriya münaqişəsinin nizama salınması üzrə danışıqlar başlanıb.
Zirvə görüşü “Rixos” mehmanxanasının konfrans zalında bağlı qapılar arxasında keçirilir. Danışıqlarda Rusiya, Türkiyə, İran, Suriya və ABŞ rəsmiləri, BMT baş katibinin xüsusi nümayəndəsi Stefan de Mistura, həmçinin Suriya müxalifətinin 15 qruplaşmasının nümayəndələri iştirak edirlər.
Danışıqların əsas məqsədi hökumət və silahlı Suriya müxalifəti arasında 2016-cı il dekabrın 29-da əldə olunmuş razılaşmaları möhkəmləndirməkdir.
Türkiyə KİV-inin yazdığına görə, Suriya müxalifəti ilk iclasda Bəşər Əsəd rejiminin Astanaya göndərdiyi heyətlə üzbəüz görüşməkdən imtina edib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
Rusiya Hərbi Hava Qüvvələrinə məxsus 6 ədəd Tu-22 uzaqmənzilli bombardman təyyarələri Suriyadakı İŞİD hədəflərinə hava zərbəsi endirib. Rusiya Müdafiə Nazirliyindən verilən məlumata görə, təyyarələr Rusiyadakı hərbi bazalardan havaya qalxıb.
“23 yanvar tarixində Rusiyadakı hərbi bazalardan havaya qalxan və İraq ilə İran hava sahəsindən keçən Tu-22 təyyarələri Deyr əz-Zor şəhərində fəaliyyət göstərən İŞİD terrorçularına məxsus sığınacaqları bombardman edib. Hücum zamanı terrorçuların silah və hərbi təchizat anbarları hədəfə alınıb”, - deyə açıqlamada bildirilir.
Təyyarələr əməliyyatdan sonra Rusiyadakı bazalara geri qayıdıb.
Türkiyə ordusu və Azad Suriya Ordusunun (ASO) Suriyanın şimalında həyata keçirdiyi “Fərat Qalxanı” hərəkatına kifayət qədər dəstək verməyən ABŞ və onun başçılıq etdiyi koalisiya gücləri Türkiyəni döyüş meydanında tək qoyub.
ABŞ Türkiyənin terror təşkilatı kimi tanıdığı YPG-yə (PKK terror təşkilatının Suriyadakı qanadı – red.) böyük miqdarda silah-sursat çatdırıb. Vaşinqton türk əsgərinin sərhədin 20 kilometr dərinliyini keçməməsini tələb edir.
ABŞ-ın yeni administrasiyası tərəfindən dəstəklənən İsrailin Fələstin ərazisində həyata keçirdiyi məskunlaşma siyasəti Yaxın Şərqdə vəziyyəti daha da gərginləşdirə bilər.
Qüds Bələdiyyəsi İnşaat və Planlaşdırma Komitəsi Fələstin torpaqlarında 560 yeni binanın tikintisi barədə qərarı təsdiqləyib. Qərar Türkiyə tərəfindən sərt tənqid edilib. Türkiyənin Xarici İşlər Nazirliyi qərarın yolverilməz olduğunu bildirib.
Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69
İsrail hərbi kəşfiyyatının keçmiş rəhbəri Amos Yadlin isə baş nazir Benyamin Netanyahuya xəbərdarlıq edib. İranla əldə olunan nüvə razılaşmasını tənqid edən Yadlin ABŞ Prezidenti Donald Trampa təzyiq edilməsinin vacib olduğunu deyib:
“Anlaşmanın ləğvi beynəlxalq arenada mövqelərin dəyişməsinə gətirib çıxaracaq. Əgər İranla qarşıdurma labüd olarsa, Trampı müharibəyə sürüklədiyimiz üçün heç kim yanımızda olmayacaq”.
Xatırladaq ki, nüvə razılaşması 14 iyul 2015-ci ildə imzalanıb. ABŞ rəhbərliyinin İrana qarşı maliyyə sanksiyalarını qaldırmaması anlaşmanın gələcəyini təhlükəyə atıb. Bununla yanaşı, Tramp nüvə razılaşmasını ləğv edəcəyi barədə açıqlama verib.
Ankara ABŞ-ın yeni prezidenti Donald Tramp administrasiyası qarşısında tələblərini irəli sürüb.
“Bunlardan biri Fəthullah Gülənin ekstradisiyası, digəri isə PYD-yə verilən dəstəyin kəsilməsidir. Türkiyə və ABŞ əlaqələri baxımından əvvəlki rəhbərliyin yol verdiyi səhvlərin təkrarlanmamasını istəyirik. Gülənin Türkiyəyə qaytarılması ABŞ-dan ən fundamental istəklərimizdən biridir. PYD bölgədəki qeyri-sabitliyin səbəbidir”, - deyə Türkiyə hökumətinin sözçüsü Numan Kurtulmuş deyib.
Ömər Dağlı
-
Nida Xəbər 17:13
Baş nazir bu qaydaları təsdiqlədi
-
Kriminal16:40
Azərbaycanda yutuber həbs edildi - Şantajla məşğul imiş
-
Sosial16:22
Müavinət və təqaüd alanların nəzərinə!
-
Art15:55
Dəhşətli terrorda həlak oldu, "Təhminə və Zaur" üçün yazdığı... - Xalq artistinin acı həyat hekayəsi
-
Dəb15:16
Əməkdar artist italyan stili ilə diqqət mərkəzində - FOTO
-
Kriminal14:40
7 yaşlı uşağı öldürən məşqçiyə hökm oxundu
-
Sosial14:05
Gələn ilin pensiya artımları nə vaxt bəlli olacaq? - Komitə sədri açıqladı
-
Qoroskop13:26
Aprelin bəxtəvər 3 bürcü - Şans ayaqlarına gələcək