Yaxın saatlarda QƏLƏBƏ, Azərbaycan daha çox ƏRAZİNİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Yaxın saatlarda QƏLƏBƏ, Azərbaycan daha çox ƏRAZİNİ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Azərbaycanı bundan sonra heç bir qüvvə saxlaya bilməyəcək

Azərbaycanda yeni nazirlik yaradıldı. Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. Türkiyənin “Bordo Bereli” xüsusi təyinatlı qüvvələri Əl-Bab küçələrində İŞİD-ə qarşı əməliyyatlarını davam etdirir. Türkmənistanda keçirilən prezident seçkilərinin nəticələri məlum olub.

Azərbaycan Prezidenti İlham Əliyev Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin yaradılması haqqında sərəncam imzalayıb. Sərəncama əsasən, Nəqliyyat Nazirliyi və Rabitə və Yüksək Texnologiyalar Nazirliyi birləşdirilərək onların əsasında Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yaradılır.

Nazirlər Kabinetinə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi haqqında Əsasnamənin layihəsini, habelə nazirliyin strukturu və işçilərinin ümumi say həddi barədə təkliflərini iki ay müddətində hazırlayıb prezidentə təqdim etmək tapşırılıb.

Fevralın 12-də Dağlıq Qarabağda Ermənistan silahlı qüvvələrinin kəşfiyyat-diversiya qrupunun növbəti təxribat törətmək cəhdinin qarşısı alınıb. Müdafiə Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, düşməni izləyən bölmələrimiz tərəfindən diversiya qrupu əvvəlcədən müəyyən edilərək atəşlə məhv edilib. Silahlı Qüvvələrimizin bölmələri bütün cəbhə xəttində əməliyyat şəraitinə nəzarət edir.

“Azadlıq” radiosunun Krım xidmətinə açıqlamasında “Avropa seçimi” fondunun rəhbəri, erməni ekspert Tiqran Xzmalyan maraqlı iddialar səsləndirib. Onun sözlərinə görə, Rusiya Ermənistanı tamamilə nəzarətə götürmək üçün qarşıdakı parlament seçkilərinə müdaxilə edir”.

Erməni ekspert deyib ki, Moskvanın Ermənistanda idarə üsulunun dəyişdirmək istəyi ötən ilin yazında – “dördgünlük müharibə” zamanı aydınlaşdı. Onun fikrincə, Putin Sarkisyanın rus “sülhməramlıları”nı dəvət etməsini istəyirdi.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Erməni politoloq Riçard Kirakosyanın sözlərinə görə, Qarabağda ən yaxın zamanlarda yeni müharibə başlaya bilər. O, bunun aprel ayında olacağını ehtimal edir.

“Yeni müharibə olarsa, Azərbaycan daha çox ərazi əldə edəcək. Azərbaycanı bundan sonra heç bir qüvvə saxlaya bilməyəcək”, - deyə erməni politoloqu proqnozlaşdırıb.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Türkiyənin ticarət gəmilərinə mümkün müharibə zamanı tətbiq etmələri üçün verilən məxfi döyüş planları itib. Türkiyə Milli İstihbarat Təşkilatı (MİT) döyüş planlarının üçüncü şəxslərin əlinə keçməsində narahatdır.

Məxfi döyüş planları ticarət gəmilərinə 1963-cü ildə Milli Təhlükəsizlik Şurasının qərarı ilə verilməyə başlanılıb. Buna səbəb Kipr münaqişəsinin başlanması idi. Türkiyə hökumətinin qərarı ilə ticarət gəmilərinin bu planları daşıması qərarı ləğv olunub. Bundan sonra MİT və Hərbi Dəniz Qüvvələri ticarət gəmilərindən həmin planları toplanmağa başlayıb. Lakin bir neçə gəmidə məxfi döyüş planlarının yoxa çıxdığı məlum olub.

Məxfi döyüş planları 20-25 səhifəlik gizli sənədlərdən ibarətdir. Döyüş şəraitində kapitanlar bu sənədlərə uyğun olaraq təhlükəsizlik limanların tapılması, donanma ilə əlaqənin yaradılması kimi təlimatları həyata keçirirlər. Sənədlər “Gizlidir” möhürü ilə kapitanların şəxsən özünə verilib.

Türkiyənin təhlükəsizlik qüvvələri İŞİD və PKK terrorçularının əsgər və polis uniforması geyinərək, siyasi partiya qərargahlarına, polis bölmələrinə, hərbi obyektlərə hücum edəcəyini ortaya çıxarıb. Terrorçular referendum seçkiləri öncəsi ölkədə xaos yaratmaq planını həyata keçirmək niyyətindədirlər. Məlumata görə, terrorçular siyasi partiya liderlərinə qarşı da sui-qəsd planları hazırlayıblar. Təhlükəsizlik qüvvələrinin keçirdiyi əməliyyat nəticəsində bir çox terror hücrələri ələ keçirilib.

ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) yeni direktoru Maykl Pompeonun ötən həftə Türkiyəyə səfər etməsi Fəthullah Güləni ciddi narahat etməyə başlayıb. MKİ direktorunun Ankaraya səfərindən dərhal sonra Gülənin yaxın adamları hesab olunan Faruk Taban və Mahmut Yeter ABŞ-ın Federal Tədqiqatlar Bürosuna (FTB) gedərək, orada gizli görüş keçiriblər.

FTB-nin binasında baş tutan görüşdə “FETÖ”nü təmsil edən 5 nəfər nümayəndə iştirak edib. Görüş zamanı FTB rəhbrəliyindən Gülənin Türkiyəyə ekstradisiya edilməsinə qarşı addımlar atılması istənilib.

FTB nümayəndələri isə Fəthullah Gülənin Türkiyəyə ekstradisiyasının baş tutması üçün hər cür dəstəyin veriləcəyini vəd edib.

Yeni il gecəsi İstanbuldakı “Reina” gecə klubuna hücum edərək 39 nəfəri qətlə yetirən özbək əsilli İŞİD terrorçusu Əbdülqədir Maşaripov Türkiyə məhkəməsindən edam edilməsini istəyib. Bu barədə Əbdülqədir Maşaripov istintaqa verdiyi ifadəsində qeyd edib.

O, “Reina”ya hücum edəndən sonra özünü də öldürmək istədiyini, ancaq təsadüfən bunun baş tutmadığını söyləyib.

Türkiyənin “Bordo Bereli” xüsusi təyinatlı qüvvələri Əl-Bab küçələrində İŞİD-ə qarşı əməliyyatlarını davam etdirir. Türkiyə ordusu Əl-Babın mərkəzinin 40 faizini İŞİD-dən təmizləyib.

Məlumata görə, Əl-Babın cənub-şərqindəki Zemzem məhəlləsində məscidi, idman mərkəzini, BAAS partiyasının binasını, Hikmə xəstəxanasını, bazarı və depoları ələ keçirib. Türkiyə ordusu ilə birgə hərəkət edən Azad Suriya Ordusu (ASO) isə Əl-Baba doğru irəliləyən Əsəd güclərinin qarşısını kəsib.

Yaxın saatlarda Əl-Babın azad ediləcəyi gözlənilir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan da bildirib ki, Əl-Babın alınması an məsələsidir. “Əl-Bab artıq İŞİD-dən təmizlənir. Şəhərin azad edilməsi artıq an məsələdir”, - deyə o bildirib.
Məlumatlara görə, artıq türk tankları da Əl-Bab küçələrinə girib. Türkiyə prezidenti bildirib ki, Əl-Babdan sonra əsas hədəf ən azı 4-5 min kvadrat kilometrlik ərazidə təhlükəsiz bölgə yaratmaqdır.

Əsəd rejimi əsas neft sahələrindən biri olan Xüms və Deyr-əz Zor bölgələrini itirib.“Haber 7”nin yazdığına görə, bununla da Suriya ordusu ciddi çətinliklə üzləşib.

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan Suriya lideri Bəşər Əsədlə son görüşündən danışıb.

Beynəlxalq Sülh İnstitutunun Yaxın Şərq və Şimali Afrika ofisi tərəfindən təşkil edilən konfransda çıxış edən Ərdoğanın sözlərinə görə, Əsədlə son söhbətində Suriyada baş verən hadisələrlə bağlı ona xəbərdarlıq edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Əsəd rejimi təkcə Britaniya yox, Rusiya üçün də təhdiddir. Bunu jurnalistlərə açıqlamasında Britaniyanın Suriya üzrə xüsusi nümayəndəsi Qaret Beyli söyləyib. O, həmçinin Britaniyanın hələlik Suriyada yerüstü əməliyyatlar keçirmək istəmədiyini bildirib. Beyli İŞİD-lə mübarizənin genişlənməsinin terror təşkilatına qarşı aparılan kampaniyanın gedişatından asılı olacağını deyib.

Qurbanqulu Berdiməhəmmədov yenidən Türkmənistan prezidenti seçilib. Türkmənistan Mərkəzi Seçki Komissiyasının yaydığı informasiyaya əsasən, seçkidə iştirak edən seçicilərin 97,69 faizi ona səs verib. Qeyd edək ki, prezident postu uğrunda 9 namizəd mübarizə aparıb.

Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp Hamburqda keçiriləcək G-20 (Böyük İyirmilik) sammitində görüşəcəklər. Kremlin mətbuat katibi Dmitri Peskovun sözlərinə görə, liderlərin görüşünün daha tez keçirilməsi məsələsi gündəmdə idi: “Lakin hələlik bu baş tutmayıb. Buna görə də prezidentlərin bu ilin iyul ayında Almaniyada keçiriləcək G-20-nin sammitində görüşəcəkləri gözlənilir”.

Qeyd edək ki, G-20-nin sammiti 7-8 iyul tarixlərində Hamburqda keçiriləcək.

Rusiyaya sanksiyalardan başqa heç nə ilə təsir etmək olmaz. Bunu “Apostrof” saytına açıqlamasında Krım tatarlarının lideri Mustafa Cəmilov söyləyib.

“Avropa Birliyi Rusiyaya sanksiyalar ucbatından ümumilikdə 17,5 milyard dollar itirib. Bu, təkcə Almaniyanın ümumi daxili məhsulunun 0,5%-dir. Əgər bunu 28 ölkə arasında bölsək, o zaman həmin rəqəmin birlik üçün heç nə olduğunu görərik. Sanksiyalar ucbatından Rusiya ümumi daxili məhsulunun 5%-ni itirib. Bu isə təxminən 260 milyard dollardır. Ölkədən illik kapital axını 100-150 milyard dollar arasındadır. Onların artıq ehtiyat fondu tükənib və Milli Rifah Fondundan istifadə etməyə başlayıblar. Əgər bu templə getsələr, maksimum bir ilə hər şeylərini itirəcəklər. Sanksiyalardan başqa, Moskvaya təsir etmək üçün alternativ variant yoxdur”, – o bildirib.

Pakistanın Laxor şəhərinin Pəncab əyalətinin Məclisi yaxınlığındakı Feyzal meydanında mitinq zamanı baş verən güclü partlayış nəticəsində azı 16 nəfər ölüb. Partlayış nəticəsində 30-a yaxın insan xəsarət alıb.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm