Kabus YAXINLAŞIR, üç gün sonra MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Kabus YAXINLAŞIR, üç gün sonra MÜHARİBƏ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Yeni müharibə haqda söz-söhbətlər gəzir və buna hazırlıq gedir.

Almaniyada 53-cü Münhen Təhlükəsizlik Konfransı başlayıb. Azərbaycan Prezidenti İlham Əliyev konfransda iştirak edir. Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Münhendə görüşüb. ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqton və Moskva arasında Suriyada hərbi əməkdaşlığın qeyri-mümkünlüyünü dilə gətirib. Rusiya prezidenti Vladimir Putin isə Amerikalı həmkarı Donald Trampa terrorla birlikdə mübarizə aparmağı təklif edib.

Münhen Təhlükəsizlik Konfransında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edir. Prezidentin sabah Bakı vaxtı ilə saat 20:00-22:00 arası keçiriləcək “Avrasiyada ciddi fikir ayrılıqları” mövzusunda panel müzakirələrində çıxışı nəzərdə tutulub. Konfrans fevralın 19-na qədər davam edəcək.

Qeyd edək ki, konfransa dünyanın müxtəlif ölkələrindən 500-dək rəsmi şəxs qatılıb. Konfransda Donald Trampın ABŞ prezidenti seçilməsindən sonra transatlantik əlaqələr və NATO-nun gələcəyi, təhlükəsizlik və müdafiə sahəsində Avropa əməkdaşlığı, Rusiya ilə əlaqələr, Suriya müharibəsi, Asiya-Sakit okean regionunda təhlükəsizliklə bağlı vəziyyət və informasiya müharibəsi məsələlərinin müzakirəsi nəzərdə tutulur.

İlham Əliyev bu gün Münxen Təhlükəsizlik Konfransı çərçivəsində “Qiymətlərin sabitləşməsinə doğru: OPEC-in qayıdışı və neft geosiyasəti” mövzusunda “dəyirmi masa”da çıxış edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Münhendə ATƏT-in Minsk qrupu həmsədrlərinin iştirakı ilə görüşüb. Məlumata görə, görüşdə Elmar Məmmədyarov və Edvard Nalbandyan XİN rəhbərlərinin növbəti görüşünü və həmsədrlərin regiona səfərini müzakirə ediblər.

“Qarabağda yeni müharibə martda olacaq”. Bu iddia ilə Ermənistanın “Aykakan jamanak” qəzeti çıxış edib.

Qəzet qeyd edir ki, Ermənistanda yeni müharibə haqda söz-söhbətlər gəzir və buna hazırlıq gedir. “O haqda danışılır ki, yeni müharibə mart ayında olacaq. Bu rəsmi təsdiqini tapmasa da, kulislərdə müzakirələr davam edir”, - deyə qəzet qeyd edib.

Ermənistanda müharibə hazırlığını hərbi mənbələr də qəzetə təsdiqləyib. “Təəssüf ki, çoxsaylı ehtimallar müharibənin reallığını təsdiqləyir”, - deyə erməni qəzeti yazıb.

Ermənistanın işğal etdiyi Azərbaycan torpaqlarında yaradılan qondarma “DQR”-də fevralın 20-si “referendum seçkiləri” keçiriləcək. Bu gün isə Münhen Təhlükəsizlik Konfransında Azərbaycan və Ermənistanın xarici işlər nazirləri Minsk qrupunun həmsədrlərinin iştirakı ilə görüşüb. Rəsmi məlumatda deyilir ki, nazirlər növbəti görüşləri və həmsədrlərin regiona səfəri məsələsini müzakirə ediblər. Yəni görüş nəticəsiz olub və Münhendə nəticəsiz görüşün olacağı gözlənilməz deyildi.


Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Dağlıq Qarabağda yaradılmış qondarma rejim dünyanın müxtəlif nöqtələrində terror mahiyyəti daşıyan “kvazidövlət”lərin yaradılmasında nümunə, “işçi model” oldu. Mən bir neçə il əvvəl geniş məqalə ilə çıxış edərək bildirdim ki, qondarma “DQR” və İŞİD ümumi tipoloji xüsusiyyətlərə malikdirlər. Yəni İŞİD-in yaranmasında Qarabağda yaradılmış qondarma rejimin nümunəsindən istifadə edib”.

Bu barədə rusiyalı politoloq Oleq Kuznetsov fevralın 20-də qondarma “DQR”-də keçriləcək “referendumu” şərh edərkən deyib.

Onun sözlərinə görə, Azərbaycanın işğal edilmiş ərazilərində yaradılan rejim terror mənşəyinə malikdir: “Orada keçiriləcək “referendum aktı” tamamilə qanunsuzdur və heç bir hüquqi əsasa malik deyil”.

Qarabağda yeni müharibənin başlaması ehtimalını şərh edən Oleq Kuznetsov qeyd edib ki, istənilən hərbi toqquşma İrəvan rejiminin fiziki və siyasi mövcudluğunun yeganə mənbəyidir.

“Erməni hərbiçilərinin səyinin Qarabağda yeni eskalasiyaya səbəb olacağı ehtimalı məni narahat edir. Bundan qaçmaq və toqquşmanın qarşısını almaq heç cür mümkün görünmür”, - deyə o bildirib.

Azərbaycan Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov fevralın 20-də Azərbaycanın işğal olunmuş ərazilərində separatçı rejim tərəfindən keçiriləcək qanunsuz referendumla bağlı məsələyə münasibət bildirib. Z.Əsgərov jurnalistlərə açıqlamasında işğal edilmiş Azərbaycan ərazilərində ermənilərin keçirəcəyi qanunsuz “referendum”un heç bir hüquqi nəticəsinin olmadığını söyləyib.

Bu gün Azərbaycan Milli Məclisində aparıcı KİV rəhbərləri ilə görüş keçirilib. Görüşdə media-parlament münasibətləri, həmçinin Xocalı soyqırımının 25-ci ildönümünün KİV-də daha geniş işıqlandırılması məsələləri müzakirə olunub.

ABŞ prezidenti Donald Tramp mətbuat konfransında KIV-i tənqid edib. Prezidentin sözlərinə görə, yanlış reportajlar Rusiya ilə saziş bağlamaq imkanını çətinləşdirir.

Tramp həmçinin vurğulayıb ki, Rusiya ilə yola getmək istəyərdi. Hərçənd, onun sözlərinə görə, siyasi planda vəziyyət çox da yaxşı deyil. Bundan başqa, prezident iki dövlətin razılaşa bilib-bilməyəcəyindən dəqiq əmin deyil.

“Əgər biz yola gedə biləcəyiksə, onda bu, müsbət haldır. Bizdə çox istedadlı insan var. Reks Tillerson (ABŞ-ın dövlət katibi – red.) onlarla görüşəcək. Rusiya ilə bağlı daha sərt kursu həyata keçirmək olardı. Amma mən amerikalılar üçün düzgün şeylər etmək istəyirəm. İkinci növbədə, mən bütün dünya üçün düzgün şeylər etmək istəyirəm. Rusiya və ABŞ iki güclü nüvə dövlətidir. “Nüvə Xolokostu” heç nə ilə müqayisə oluna bilməz. Əgər bizim yaxşı münasibətlərimiz yaranacaqsa, mənə inanın, bu, yaxşı olacaq”, - deyə Tramp əlavə edib.

ABŞ-ın dövlət katibi Reks Tillerson Vaşinqton və Moskva arasında Suriyada hərbi əməkdaşlığın qeyri-mümkünlüyünü dilə gətirib. Bu haqda “Reuters” agentliyi diplomatik mənbəyə istinadən bildirib.

Dövlət katibi belə bəyanatla Suriya prezidenti Bəşər Əsədə qarşı çıxan dövlətlərin nümayəndələri ilə danışıqlar zamanı çıxış edib. Mənbə qeyd edib ki, Vaşinqton və Moskva arasında Suriyada hərbi əməkdaşlığın qeyri-mümkünlüyünün əsas səbəbi Rusiyanın bütün Suriya müxalifətinin terrorçu kimi tanımasıdır.

Rusiya Prezidenti Vladimir Putin ABŞ Prezidenti Donald Trampa terrorla birlikdə mübarizə aparmağı təklif edib. Putin Federal Təhlükəsizlik Xidmətinin iclasındakı çıxışı zamanı NATO və ABŞ-la yenidən çalışmağın tərəflər üçün xeyli faydalı olacağını deyib.

İslamın sonu, Avropanın ölümü, NATO-nun süqutu - KABUS YAXINLAŞIR

Bu il seçkilər keçiriləcək dünyanın iri dövlətlərində - Fransa, Hollandiya, Almaniya və İtaliyada radikal sağçıların reytinqi çox yüksək qiymətləndirilir. Fransada ilkin nəticələr “Milli Cəbhə”nin lideri Marina Le Penin prezident seçkilərinin ilk turundan qalib çıxacağını göstərir.

Rəy sorğusuna görə, Le Pen ilk turda 26 faiz səslə ilk sırada yer alacaq. Fransa tarixində radikal sağçılar ilk dəfədir ki, bu qədər yüksək reytinqə malikdirlər.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Moldova və Avrasiya İqtisadi Komissiyası apreldə əməkdaşlıq haqqında çərçivə razılaşmasını imzalayacaq.

Bu haqda Moldova prezidenti İqor Dodon “Rossiya 24” telekanalına bildirib. Onun sözlərinə görə, Kişinyov Moldovanın yaya qədər Avrasiya İqtisadi İttifaqında müşahidəçi statusu əldə edəcəyinə ümid edir.

Qeyd edək ki, Moldovanın yeni prezidenti İqor Dodon ilk xarici səfərinin bu ilin yanvar ayında Moskvaya edib. O, həmkarı Vladimir Putinlə görüşdən sonra Moldovanın Avrasiya İqtisadi İttifaqına (KİV təşkilatı bəzən də “Yeni SSRİ” adlandırır –red.) üzv olmaq niyyətini ifadə edib.

2015-ci il yanvarın 1-dən işləyən Avrasiya İqtisadi İttifaqına hazırda Rusiya, Ermənistan, Belarus, Qazaxıstan və Qırğızıstan daxildir.

“Türkiyə əsgərlərini dərhal Suriyadan geri çəksin”. Bu tələbi Suriyanın Birləşmiş Millətlər Təşkilatındakı (BMT) daimi nümayəndəsi Bəşər Cəfəri səsləndirib.

Cəfəri Türkiyənin Suriya sərhədlərini pozduğunu iddia edib.

Koreya Xalq Demokratik Respublikasının (KXDR) lideri Kim Çen İnın qardaşı Kim Çen Nam dayısının gizli hesabları və atasından qalan miras ətrafındakı münaqişənin qurbanı ola bilərdi. Bu haqda Cənubi Koreya nəşri “The Korea Times” yazıb.

Nəşrin məlumatına görə, KXDR-in ikinci adamı sayılan Çan Son Txekin (Kim Çen Namın dayısı) 2013-cü ildə edamından sonra onun məxfi xarici hesabları üzərində nəzarət hansı yollasa Kim Çen Nama keçib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Livanın “Hizbullah” şiə təşkilatının lideri Həsən Nəsrallah İsraili təhdid edib. O, Dimonadakı nüvə stansiyasının vurula biləcəyini deyib.

“İsraili Dimonadakı nüvə reaktorunu sökməyə çağırıram. Hərbi imkanlarımız İsraili və onun yaşayış məntəqələrini vurmağa kifayət edir. İsraillilər təhdidlərimizin ciddi olduğuna inanmalıdır”, - o bildirib.

“Hizbullah” lideri həmçinin qeyd edib ki, İsrailin baş naziri Benyamin Netanyahunun ABŞ prezidenti Donald Trampla görüşü İsrail ilə Fələstin arasındakı sülh prosesinin öldüyünün bir siqnalıdır.

Qeyd edək ki, İsrailin 1982-ci ildə Livanın paytaxtı Beyruta qədər uzanan işğalı 1985-ci ildə mərhələli olaraq ölkənin cənubuna doğru çəkilib. Bu tarixdən etibarən İsraillə müxtəlif tarixlərdə qarşı-qarşıya gələn “Hizbullah” İsraillə son olaraq 2006-cı ilin iyulunda döyüşüb. Nəticədə Livanın cənubu ağır dağıntılara məruz qalıb.

Əgər Nəsrullah İsrailin milli infrastrukturuna zərbə endirməyə cəsarət etsə, o zaman bütün Livana zərbələr endirəcəyik. Bunu “Hizbullah” liderinin təhdidinə cavab olaraq İsrailin Nəqliyyat və Kəşfiyyat naziri İsrail Kats söyləyib.

“Kiyev yeni inqilab ərəfəsindədir. Bu, fevralın 20-də olacaq. Qarşıda Kiyevi müharibə gözləyir. Biz buna müdaxilə etməyəcəyik”. Bunu “Rossiya” televiziyasında çıxışı zamanı Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski söyləyib.

Qeyd edək ki, Kiyevdə fevralın 20-sinə genişmiqyaslı etiraz aksiyaları təyin edilib. Müddətsiz aksiyalarda banklar tərəfindən aldadılmış əmanətçilər, kiçik biznes federasiyaları və radikal sağçı təşkilatların, həmçinin “Hajdak” hərəkatı və "Ukrayna xalq özünümüdafiəsi" Ümumukrayna ictimai təşkilatının (UNA-UNSO) millətçi döyüşçüləri iştirak edəcəklər.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm