Aprel müharibəsindən DAHA DƏHŞƏTLİ, prezidentdən XƏBƏRDARLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Aprel müharibəsindən DAHA DƏHŞƏTLİ, prezidentdən XƏBƏRDARLIQ... – GÜNÜN SİYASİ XÜLASƏSİ

Ermənistan və Azərbaycan orduları ciddi şəkildə müharibəyə hazırlaşır.

Bu gün Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla Ermənistan xarici işlər naziri Edvard Nalbandyan arasında görüş keçirilib. Fevralın 20-də isə Ermənistan Müdafiə Nazirliyində qapalı görüş keçirilib. Suriyada rejim gücləri ilə müxalifət silahlıları arasında atəşkəs razılaşması imzalansa da proseslər getdikcə təhlükəli şəkil almağa başlayıb. Ukrayna Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyi təklif edib. Ukrayna prezidenti Pyotr Poroşenko Rusiya ilə genişmiqyaslı müharibə xəbərdarlığı edib.

Görüşdən sonra keçirilən mətbuat konfransında Lavrov bildirib ki, Moskva daha əvvəl qəbul edilmiş qərarlar əsasında Qarabağ münaqişəsinin nizama salınması üçün məqbul yolların axtarışını dəstəkləyir.

“Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur”, - deyə Lavrov bildirib.
Nazirlərin görüşü zamanı bildirilib ki, Hazırda Ermənistan prezidenti Serj Sarkisyanın Moskvaya səfəri üçün hazırlıq gedir. Sergey Lavrov həmçinin özünün İrəvana səfər edəcəyini deyib.

Fevralın 20-də isə Ermənistanın xarici işlər naziri Edvard Nalbandyan ölkəsinin Müdafiə Nazirliyində qapalı görüş keçirib. Nalbandyan müdafiə naziri və ordu komandirlərinin suallarını cavablandırıb.

Görüş qapalı keçirildiyi üçün nələrin müzakirə edildiyi haqda məlumat verilmir.

Lakin Nalbandyanın Müdafiə Nazirliyində qapalı görüşdə iştirak etməsi iki kontekstdə diqqət çəkir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qarabağda yeni müharibə qaçılmazdır. Çünki tərəflər arasında danışıqlar yoxdur. Həmçinin, toqquşma təkcə Qarabağ zonasında yox, Ermənistan-Azərbaycan sərhədində də ola bilər”. Bu barədə rusiyalı hərbi ekspert Pavel Felqenqauer deyib.

Onun sözlərinə görə, münaqişə tərəfləri yeni müharibəyə ciddi şəkildə hazırlaşır: “Mən toqquşmanın konkret nə vaxt olacağını deyə bilmərəm, lakin bu, gec-tez baş verəcək. Hücumun kimin başlayacağını da dəqiq deyə bilmərəm. Müharibənin miqyasının nə qədər ola biləcəyini də demək çətindir. Bu, ötən ilin aprelində olduğu kimi də baş verə, yaxud daha genişmiqyaslı və uzun müddətli ola bilər. Lakin yenə deyirəm, yeni hərbi toqquşma mütləq baş verəcək. Ümid edə bilərik ki, bu dəfə də toqquşmalar apreldəki kimi qısa müddətli olsun”.

Hərbi ekspert vurğulayıb ki, münaqişə ilə bağlı siyasi proses donub, əvəzində Ermənistan və Azərbaycan orduları ciddi şəkildə müharibəyə hazırlaşır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

1983-cü ilin iyun ayından 1988-ci ilin mart ayına qədər Dövlət Təhlükəsizlik Komitəsinin (KQB) Dağlıq Qarabağ Muxtar Vilayəti bölməsinə rəhbərlik etmiş general-mayor Georgi Septa erməni millətçilərinin separatçı fəaliyyəti və Kremlin Qarabağ münaqişəsində oynadığı rolla bağlı yeni faktlar açıqlayıb.

G.Septa 1968-ci ildən KQB-də xidmətə başlayıb. 1983-cü ildə isə Qarabağa göndərilib. 1988-ci ildə Qarabağda erməni separatizmi başlayandan sonra onu KQB-nin Stavropol bölməsinə rəhbər göndərirlər.

G.Septa danışır ki, Cənubi Qafqazda Sovet hakimiyyəti qurulan zaman bir sıra subyektiv səbəblərə görə, Azərbaycan və Ermənistan arasında sərhədlərin müəyyənləşdirilməsi yenidən aparılmışdı.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Ötən il Rusiya tərəfindən verilmiş “İsgəndər” raket kompleksləri Ermənistan silahlı qüvvələrinə aiddir və onları xüsusi hazırlıq keçmiş erməni zabitləri idarə edirlər”. Bunu “RİA-Novosti” agentliyinə müsahibəsində Ermənistanın müdafiə naziri Vigen Sarkisyan bildirib.

Nazirin sözlərinə görə, Ermənistan vəziyyətin inkişafından asılı olaraq “İsgəndər”in tətbiqi haqqında qərar qəbul edəcək.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan hər yerdə məğlub olur və bu məğlubiyyətlər davam edəcək. Bunu Türkiyənun Xarici İşlər naziri Mövlud Çavuşoğlu Ankarada “Xocalı soyqırımı, bəşəriyyətə qarşı cinayətlər və terrorizm” mövzusunda keçirilən beynəlxalq konfrans zamanı deyib.

Nazir bildirib ki, Türkiyə və Azərbaycan Xocalı faciəsinin təbliğatını birgə aparmaqda davam edəcək.

Suriyada rejim gücləri ilə müxalifət silahlıları arasında atəşkəs razılaşması imzalansa da proseslər getdikcə təhlükəli şəkil alır. PKK terror təşkilatı Əl-Babdan sonra “Fərat Qalxanı” hərəkatının növbəti hədəfi olan Münbiç şəhərinə silah-sursat və canlı qüvvə toplamağa başlayıb.

“Yeni Şafak” nəşrinin yazdığına görə, PKK-nın şəhərdə möhkəmlənməsinə İranın dəstəklədiyi “Haşdi Şabi” şiə təşkilatı da yardım edir.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Fərat Qalxanı” hərəkatı çərçivəsində Əl-Babın İŞİD-dən təmizlənməsindən sonra gözlər Rakka əməliyyatına çevrildi. Almaniya səfəri zamanı təyyarədə jurnalistlərin suallarını cavablandıran Türkiyənin baş naziri Binəli Yıldırım Rakkada əməliyyata birbaşa qatılmayacağını, taktikı dəstək verəcəklərini bildirib.

Mütəxəssislər Türkiyənin əməliyyata birbaşa qatılmamasının haqlı səbəblərinin olduğunu söyləyir.

Təhlükəsizlik üzrə mütəxəssis Abdullah Ağar bildirir ki, 2014-cü ilin iyunundan ABŞ-ın başçılıq etdiyi koalisiya və Rusiya İŞİD-ə qarşı mübarizə aparmasına baxmayaraq, təşkilat hələ də ayaqdadır.

Mütəxəssis qeyd edir ki, YPG/PKK ilə Türkiyənin eyni sırada olduğu bütün ssenarilərdə Türkiyə üçün böyük tələlər var.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ukraynanın keçmiş prezidenti Viktor Yanukoviç ölkənin şərqində münaqişənin nizama salınması üzrə bir sıra ölçüləri təklif edib. ABŞ, Rusiya, Polşa, Almaniya və Fransa liderlərinə açıq məktub yazan Yanukoviçin sözlərinə görə, Minsk razılaşmaları Kiyev tərəfindən yerinə yetirilməyəcəyi halda, Donbasın statusu üzrə referendum keçirilməlidir.

Viktor Yanukoviç hazırda Rusiyada yaşayır. O, zaman-zaman Donbas münaqişəsi ilə bağlı Moskvanın xeyrinə olan bəyanatlarla çıxış edir.

Qeyd edək ki, Rusiya Donetsk və Luqansk vilayətlərinə xüsusi statusun verilməsini tələb edir. Kiyev isə buna qarşıdır.

Ukraynanın xarici işlər naziri Pavel Klimkin Rusiyanı BMT Təhlükəsizlik Şurasında veto hüququndan məhrum etməyi təklif edib. Ukraynalı nazir təklifi Avropada həll olunmamış münaqişələr üzrə Təhlükəsizlik Şurasının iclasında səsləndirib.

Klimkin Rusiyanı münaqişələrin tərəfi adlandırıb. Ukrayna xarici siyasət idarəsinin başçısı BMT Nizamnaməsinin 27-ci maddəsinin üçüncü bəndini xatırladıb. Həmin maddəyə görə, mübahisəli məsələdə iştirak edən tərəf qərarın qəbul olunması vaxtı səsvermədən çəkinməlidir.

Klimkin növbəti dəfə Moskvanı Avropada münaqişələri alışdırmaqda ittiham edib, BMT Təhlükəsizlik Şurasında Rusiyanın daimi üzvlüyünü “fundamental problem” adlandırıb.

Onun sözlərinə görə, Avropadakı həll olunmamış münaqişələr ümumi xüsusiyyətə malikdir. Bunlar Rusiyanın aktiv cəlb olunması, iştirakı və dəstək strategiyasıdır.

Xarici İşlər Nazirliyinin başçısı bildirib ki, Rusiya Ukraynaya qarşı təcavüz həyata keçirir. Klimkin qeyd edib ki, qlobal təhlükəsizliyin əsas elementi olan Avropa və transatlantik birliyinin dağıdılması Moskvanın hədəfidir.

“Krım Ukraynaya qaytarılana kimi Rusiyaya qarşı tətbiq olunan sanksiyalar davam edəcək”. Bu bəyanatla ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Nikki Heyli çıxış edib.

Onun sözlərinə görə, Krım qaytarılana kimi NATO yeni üzvləri üçün qapılarını açıq saxlamalıdır.

“Rusiyanın Luqansk və Donetsk pasportlarını tanıması Ukraynanın şərqində təmin edilməsi üçün göstərilən səylərə təhdiddir. Rusiya Ukraynadakı vəziyyəti gərginləşdirməyə çalışır, Ukraynanın suverenliyini və ərazi bütövlüyünü təhdid edir. ABŞ Avropanın təhlükəsizliyini təmin edən institutlara bağlıdır. NATO-ya dəstəyimiz sarsılmazdır. NATO üzvləri ilə əməkdaşlığı gücləndirərək və yeni üzvlər üçün qapıları açıq saxlayaraq ittifaqı daha məhsuldar bir təşkilata çevirmək üçün çalışırıq”, - deyə amerikalı diplomat bildirib.

“Ukraynanın cənubi-şərqində və Dnestryanı ərazidə yerləşən Rusiya hərbi kontingentindən istənilən vaxt ərazilərimizə hücum üçün istifadə edilə bilər”. Bu fikirlə Ukrayna prezidenti Pyotr Poroşenko ölkənin silahlı qüvvələrinin rəhbər heyəti ilə görüşündə çıxış edib.

“Rusiya tərəfindən genişmiqyaslı müharibə təhlükəsi heç yerə yoxa çıxmayıb”, - Poroşenko əlavə edib.

Ukrayna prezidenti vurğulayıb ki, Rusiyada 2018-ci ildə keçiriləcək prezident seçkiləri Ukrayna Silahlı Qüvvələrindən yüksək döyüş hazırlığı tələb edir.

Pyotr Poroşenkonun sözlərinə görə, Belarus prezidenti Aleksandr Lukaşenko əmin edib ki, Rusiyaya Ukraynaya hücum üçün öz ərazisindən istifadə etməyə icazə verməyəcək.

"Şimalda Kreml Belarusa təzyiqi gücləndirir. Hərçənd mən əminəm ki, prezident Lukaşenko buna icazə verməyəcək. O, mənə dəfələrlə deyib ki, bizimlə bağlı düşməncəsinə hərəkətlər üçün öz ərazisindən istifadə edilməsinə icazə verməz”, - deyə Poroşenko qeyd edib.

Ukrayna prezidenti həmçinin Lukaşenkoya Rusiyanın istənilən “sürprizləri”nə hazır olmağı məsləhət görüb.

Fələstinə dəstək konfransında çıxışı zamanı İranın ali dini lideri ayətullah Əli Xamnei İsraili saxta dövlət adlandırıb. O, HƏMAS və Hizbullahı İsrailə hücumlar təşkil etməyə çağırıb:

“İsrail dünyanın müxtəlif yerlərindən olan yəhudilərin Yaxın Şərqə toplanması və fələstinlilərin ərazilərini tutmaları ilə yaradılıb. İsrail saxta dövlətdir. Bu dövlətin yaradılması tarixin ən çirkin fəsillərindən biridir və Allahın yardımı ilə bu fəsil də qapadılacaq. Biz müsəlman dövlətlərini Hizbullahla HƏMAS-ı dəstəkləməyə çağırırıq ki, onlar ara-sıra İsrailə hücum edə bilsinlər”, – deyə o bildirib.

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm