Dünyadan SİRLİ QAÇIŞ, Xomeyni kimi dönmək PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ
Bizi izləyin

Nida Təhlil

Dünyadan SİRLİ QAÇIŞ, Xomeyni kimi dönmək PLANI... – GÜNÜN SİYASİ XÜLASƏSİ

İndiyə qədər onun yerini bilən yoxdur.

Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının iclası keçirilir. Cənubi-şərqi Asiyada sular isinir. Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl-Bab mahalının mərkəzini ələ keçirib. İraq təhlükəsizlik gücləri isə Mosulda strateji nöqtə olan hava limanını İŞİD-dən təmizləyib.

Bu gün Bakıda "Cənub Qaz Dəhlizi" Məşvərət Şurasının III iclası öz işinə başlayıb. Tədbirə Azərbaycan Prezidenti İlham Əliyev də qatılıb. Ölkə başçısı tədbirdə nitq söyləyib.
Tədbirdə yekun olaraq “Cənub Qaz Dəhlizi” Məşvərət Şurası çərçivəsində nazirlərin görüşünün iştirakçıları tərəfindən “Birgə Bəyannamə”nin imzalanması planlaşdırılır.

"Cənub Qaz Dəhlizi"nin Məşvərət Şurasının ilk iclası 2015-ci il fevralın 12-də, ikinci iclası isə ötən il fevralın 29-da keçirilib.

Rusiya xarici işlər naziri Sergey Lavrovun dünən Moskvada Ermənistan xarici işlər naziri Edvard Nalbandyanla görüşdə Dağlıq Qarabağla bağlı açıqlaması diqqət çəkdi. Lavrov “Dağlıq Qarabağ münaqişəsinin nizama salınmasında ATƏT-in Minsk qrupu formatının alternativi yoxdur” deyə bildirib.

Minsk qrupunun 20 ildən artıq dövr ərzində münaqişənin həlli ilə bağlı heç bir irəliləyiş əldə etməməsi fonunda rəsmi Bakı bu formatın səmərəsiz olduğu tezisini irəli sürür. İrəvan isə mövcud-statusun saxlanılmasına şərait yaradan bu formatı israrla dəstəkləyir. Bu baxımdan, Lavrovun Nalbandyanla görüşdə İrəvanın mövqeyinə yaxın fikirlər səsləndirməsinin səbəbləri maraqlıdır.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

“Qlobal güclərin dünyanı bölüşdürmək istəkləri münaqişələrin eskalasiya riskini gücləndirir”.
Bu barədə Almaniyanın “Di Welt” nəşri yazıb.

Nəşr qeyd edir ki, son 50 ildə dünya bu qədər müharibəyə yaxın olmayıb: “Müharibələr təhlükəsi artır, dünya həlledici anın kandarındadır”.

Alman nəşri yazır ki, NATO Rusiya sərhədlərində möhkəmlənməyə başlayanda hər şey yenidən qarışdı və Rusiya əks-həmləyə keçib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ermənistan Rusiyadan 4 ədəd İsgəndər-M raket kompleksi alıb. Bu barədə informasiya Stokholm Sülh Problemlərinin Tədqiqatı İnstitutunun (SİPRİ) hesabatında yer alıb. Hesabata əsasən, İrəvan bu komplekslər üçün həmçinin 25 raket də əldə edib.

Rusiya Liberal Demokrat Partiyasının sədri Vladimir Jirinovski ənənəsinə uyğun olaraq növbəti bəyanatla çıxış edib. Siyasətçi “Rossiya” televiziyasında çıxışı zamanı bildirib ki, Rusiya sərhədlərindəki bütün NATO qoşunlarına cavab verəcək.

“Siz baltiklilərə NATO qoşunları lazımdır? NATO qoşunları Baltikyanı ərazilərdə olsa, sizdən heç nə qalmayacaq. Bu addımı sizə nifrət etdiyimizə görə yox, NATO qoşunları sərhədlərimizdə dayandığına görə atacağıq”, – deyə o bildirib.

Cənubi-şərqi Asiyada sular isinir. Dünyanın ən sıx dəniz yoluna təkbaşına nəzarət etmək istəyən Çin ABŞ və Cənub Asiyadakı qonşularına meydan oxuyur. Çin Cənubi Çin dənizində uzun mənzilli raket batareyalarının yerləşdiriləcəyi 20-dən çox bazanın inşasını tamamlamağa yaxındır.

Hərbi bazalar ABŞ tərəfindən hərbi təhdid olaraq qiymətləndirilir. Çin dünya dəniz ticarətinin təxminən üçdə birinin reallaşdırıldığı Cənub Çin dənizinin sularının az qala hamısına iddia edir. Dəniz sularına digər iddiaçılar Bruney, Malayziya, Filippin, Tayvan və Vyetnamdır.

ABŞ prezidenti Donald Trampın administrasiyası Cənub Çin dənizində Çin tərəfindən süni adaların tikilməsini qeyri-qanuni hesab edir. ABŞ-ın “Carl Winson” təyyarədaşıyan gəmisi patrul səfəri çərçivəsində ötən bazar günü bölgəyə gəlib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

İraq təhlükəsizlik gücləri İŞİD terror qruplaşmasının nəzarət etdiyi Mosul hava limanını ələ keçirib. Qeyd edək ki, Mosulun şərqi 2016-cı ilin oktyabrdan başlanan əməliyyatın gedişatında İŞİD qruplaşmasından tamamilə azad edilib. Şəhərin qərb hissəsi hələ ki terrorçuların nəzarəti altında qalır.

İraq təhlükəsizlik gücləri iki gün əvvəl şəhərin qərb hissəsini İŞİD-dən təmizləmək üçün əməliyyatlara başlayıb.

Türkiyə Silahlı Qüvvələri və Azad Suriya Ordusu Əl-Bab mahalının mərkəzini ələ keçirib. Əl-Babın ələ keçirilməsi ilə bölgədə xəritə də dəyişib. Azad Suriya Ordusu Türkiyə Silahlı Qüvvələrinin dəstəyi ilə hazırda İŞİD-in yerləşdirdiyi minaları təmizləyir.

“Fərat Qalxanı” Hərəkatının 184-cü günündə 1900 kvadrat kilometrdən çox ərazi terror təşkilatlarından təmizlənib. Bununla da Türkiyə ordusu Suriyanın 35 kilometr dərinliyinə çatıb.

Suriyada İŞİD-ə qarşı mübarizənin gücləndirilməsi üçün daha çox əsgərə ehtiyac duyuruq. Bunu jurnalistlərə açıqlamasında ABŞ Mərkəzi Qüvvələr Komandanı Jozef Votel söyləyib.

Qeyd edək ki, hazırda ABŞ-ın Suriyada 500 hərbçisi var. Prezident Donald Tramp bir müddət əvvəl Pentaqona İŞİD-lə mübarizə ilə bağlı xüsusi plan hazırlaması haqqında əmr verib. İddialara görə, Tramp bu plan sayəsində Suriyada neytral bölgələr yaratmaq istəyir.

ABŞ-ın Respublika Partiyasının üzvü, senator Con Makkeyn bu həftə Ankarada Türkiyə prezidenti Rəcəb Tayyip Ərdoğanla görüşməmişdən öncə Suriyaya gizli səfər edib. Türkiyə KİV-inin yazdığına görə, Makkeyn Suriyanın şimalında terror təşkilatı PKK-nın qolu olan PYD/YPG üzvlərinin təmsil olunduğu Suriya Demokratik Güclərinə dəstək verən amerikalı əsgərlərlə görüşüb.

Makkayenin səfəri ilə bağlı rəsmi açıqlamada məqsədin İŞİD-in tamamilə məhv edilməsi olduğu deyilir.

Lakin “The Wall Street Jorunal” nəşri Makkeynin 2015-ci ildə İŞİD-dən təmizlənən Kobaniyə getdiyini və orada YPG liderləri ilə görüşdüyünü yazıb.

Qeyd edək ki, Makkeyn “müharibə partiyası” olaraq tanınan respublikaçıların “ağır topu” hesab olunur.

Rusiya Suriyanın daxili işlərinə qarışmağı qarşısına məqsəd qoymayıb. Bunu Şimal donanmasının zabitləri qarşısında çıxışı zamanı Rusiya Prezidenti Vladimir Putin söyləyib.

Putin həmçinin Rusiya və keçmiş SSRİ respublikalarından Suriya döyüşmək üçün gedən insanların sayını açıqlayıb. "Bizim ilkin məlumatlarımıza görə, onların sayı minlərlədir. Federal Təhlükəsizlik Xidmətinin məlumatına görə, Rusiyadan dörd, keçmiş Sovet İttifaqının respublikalarından beş minə qədər insan Suriyaya gedib”, - prezident deyib.

Fəthullahçı Terror Təşkilatının (FETÖ) lideri Fəthullah Gülən Xomeyni kimi dönmək üçün fürsət gözləyir. Bunu “Amerikanın səsi” radiosuna İraqın keçmiş lideri Səddam Hüseyni sorğulayan agent kimi tanınan Con Nikson bildirib.

“Gülən hələ də Xomeyni kimi qayıtmaq üçün planlar qurur”, - deyə Nikson vurğulayıb.

O həmçinin bildirib ki, ABŞ Türkiyə kimi müttəfiq bir ölkədə hərbi çevriliş cəhdlərini dəstəkləməyəcəyini deyib. Con Nikson sadə amerikalıların Güləni tanımadığını, amma Türkiyədə Gülənin rejimə təhdid hesab edilməsini qəbul etdiyini söyləyib.

Misirdə hərbi çevrilişlə hakimiyyətə gələn Əbdülfəttah əl-Sisi İsrailə təklif edib ki, fələstinlilər Sinay yarımadasına yerləşdirilsinlər. İddia İsrail tərəfindən təkzib edildikdən qısa müddət sonra təqaüddə olan israilli bir general tərəfindən təsdiqlənib.

İsrailli general Arieh Eldad bildirib ki, Misir prezidenti Sinay yarımadasının bir hissəsində Fələstin dövlətinin qurulmasını təklif edib.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Bu gün Ukrayna Ali Radasının “Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Aleksey Qonçarenkonu oğurlanması haqqında xəbər yayıldı.

Ukrayna Baş prokurorluğunun mətbuat katibi Larisa Sarqan bildirib ki, hüquq-mühafizə orqanlarının bölmələri hazırda fakt üzrə işləyirlər.

“Pyotr Poroşenkonun Bloku” fraksiyasının üzvü Olqa Çervakova isə jurnalistlərə dedi ki, baş prokuror Yuri Lusenkonun sözlərinə görə, Aleksey Qonçarenko işgəncə məqsədi ilə separatçılardan ibarət qrup tərəfindən oğurlanıb.

Lakin bir qədər sonra Aleksey Qonçarenkonun “oğurlanması”nın səhnələşdirildiyi ortaya çıxıb. Ali Radanın üzvü oğurlanmasının səhnələşdirilməsi üzrə xüsusi əməliyyatın təfərrüatlarını “Newsone”yə danışıb.
Deputatın sözlərinə görə, hüquq-mühafizə orqanları ona qabaqcadan xəbərdarlıq ediblər ki, separatçı qrup onu oğurlamağa hazırlaşır.
“Bu, xüsusi xidmət orqanlarımızın xüsusi əməliyyatı idi. Ağır cinayətlərin seriyasını planlaşdıran, həmçinin mənə ağır bədən xəsarətləri yetirməyə çalışan bütöv qrup saxlanılıb”, - Qonçarenko bildirib.

Yaponiya Xarici İşlər Nazirliyi Rusiyaya nota verib. Buna səbəb Rusiyanın Kuril adalarında diviziya yerləşdirmək istəyi olub. Rəsmi Tokio notada Rusiyanın fəaliyyətinin təəssüf hissi yaratdığını bildirib.

Qeyd edək ki, Kuril adaları artıq uzun müddətdir Rusiya və Yaponiya arasında əsas mübahisə mövzusudur. Rəsmi Tokio Moskvadan öz ərazilərinin geri qaytarılmasını tələb edir.

Birləşmiş Millətlər Təşkilatı Liviyanın öldürülən lideri Müəmmar Qəddafinin oğlu Seyfülislam Qəddafinin Beynəlxalq Cəza Məhkəməsinə təhvil verilməsini tələb edir.

S.Qəddafi beş il həbsdə olduqdan sonra ötən il azadlığa çıxıb və indiyə qədər onun yerini bilən yoxdur.

Template blocks/article_inline not found. FILE: /home/publikaaz/www/classes/tpl.class.php, CLASS: tpl, LINE: 69

Ömər Dağlı

Oxumağa davam et
Reklam
Reklam

Gündəm